Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar oktyabrın 31-də keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Həmin cavablardan bəzilərini qısa şəkildə təqdim edirik.
“Bu millətin Yazıçılar Birliyindən başqa dərdi yoxdur. Min dənə başqa yaradıcılıq təşkilatları var. Biri maraqlanmır ki, Bəstəkarlar Birliyinin qurultayı nə vaxt olacaq, Rəssamlar İttifaqının sədr kim olacaq? Teatr Xadimləri İttifaqında evləri paylayıblar, ya yox?..
“Məşədi İbad yaşında cavanlar Yazıçılar Birliyindən narazıdırlarsa bu, onların öz işidir. Yazdığım həcv cavanları şapalaq kimi tutmasaydı, indiyə qədər onları yandırmazdı. Ya bu ilin axırı, ya da gələn ilin əvvəli qurultay keçiriləcək.
Qurultay ərəfəsində namizəd olub-olmayacağımı bildirəcəyəm”.
“İki-üç nəfər Yazıçılar Birliyindən narazı cavanlar öz yazıçılıqlarını isbat etsinlər, sonra narazı qalsınlar. Ən istedadlı cavanlar AYB-nin ətrafındadır, onlar bizim jurnallarda çap olunurlar, onlara mükafat veririk, onları dəstəkləyirik”.
AYB sədri xalq yazıçısı adının verilməsi məsələsinə toxunarkən deyib ki, vaxtilə Heydər Əliyevlə görüşüb və bu adların ləğv olunmasını istəyib:
“Mən üç dəfə məsələ qaldırdım ki, “xalq yazıçısı”, “xalq şairi” adı ləğv olunsun. Amma mənim üstümə düşdülər ki, bu, bizim halal haqqımızdır. Sonra mən də “xalq yazıçısı” aldım və susmağa məcbur oldum. Mənə bu adı verdilərsə, niyə imtina etməliydim ki... Mükafatlar çox ölkədə var. Hökumət orden veribsə, bu o demək deyil ki, o adam hökuməti tərifləməlidir”.
Mətbuat konfransında Anar Rafiq ötən il qətlə yetirilmiş yazıçı Tağı haqqında da danışıb:
“Deyə bilərəm ki, Rafiq Tağı istedadlı yazıçı idi, amma çox təəssüf ki, onun düşünülməmiş, mənasız bəyanatları olub. Biz buna görə onu Yazıçılar Birliyindən xaric etdik. Məsələn, o deyirdi ki, Füzuli şarlatandır, Mirzə Cəlil vətən xainidir. O, Səməd Vurğun haqqında elə təhqiramiz ifadələr işlətdi ki, biz onu ittifaqdan uzaqlaşdırdıq”.
azadliq.org

Комментариев нет:
Отправить комментарий