Asif Həsənli
Professional Oxucu Liqası
“O, inqilab rəhbəri və Liviya xalqına xoşbəxtlik
bəxş edən bədəvi əsgərdir!”
«Qəzəb günü»ndən sonra, artıq 20 fevralda üsyançılar
gecə saatlarında Benqazini tam nəzarətə götürdülər. Qəddafinin qaçması
haqqında məlumatlar geniş yayılmışdı. Ordu üsyançıların tərəfinə
keçməkdə davam edirdi. Belə gərgin bir vaxtda qəflətən Qəddafi dövlət
televiziyası ilə xalqa müraciət etdi. Liderin bu müraciəti çox gözlənilməz
oldu və əsl sensasiya yaratdı.
Qəddafi öz çıxışı ilə Liviyadan ayrılmayacağını,
təkcə ölkənin prezidenti yox, həm də inqilabın rəhbəri olduğunu göstərdi.
«Mən heç vaxt
öz torpağımı, Liviya torpağını tərk etməyəcəyəm. Mən son damla
qanıma qədər vuruşacaq və ata-babalarımızın yanında şəhid olacağam!
Qəddafi adi prezident deyil ki, vəzifədən getsin.
O, inqilab rəhbəri və Liviya xalqına xoşbəxtlik bəxş edən bədəvi əsgərdir!»
NATO-NUN HƏRBİ MÜDAXİLƏSİ. 19 mart 2011-ci ildə yerli
vaxtla saat 16-00-da fransız qırıcı təyyarələri Liviyanın səmasına
daxil oldu, kəşfiyyat uçuşu apardıqdan cəmi 45 dəqiqə sonra Liviyanın
ərazisinə hərbi müdaxilə başlandı və Qəddafi qoşunlarının bir neçə
zirehli texnikasını məhv etdi. Sonra ABŞ-ın və Britaniyanın
hərbi-hava qüvvələri hücuma keçdi. Liviyanın hava limanlarına və digər
hərbi obyektlərinə havadan zərbələr endirdilər. Martın 20-də ABŞ,
Fransa və Böyük Britaniyanın hərbi-hava qüvvələri «Şəfəq» əməliyyatını
davam etdirərək 2 saat ərzində tank kolonnasını hədəfə götürdü və
aramsız hava zərbələri endirərək 7 Liviya tankını və 2 BMP hərbi maşınını
sıradan çıxartdılar, amma qanadlı raketlərin hücumu nəticəsində
dinc əhalinin də öldürülməsi xəbəri yayıldı. Martın 21-dən başlayaraq
NATO-nun işğalçı qüvvələri Əjdəbiyyə
uğrunda döyüşlərə başladı və martın 28-də şəhər alındı.
Aprel ayı qanlı döyüşlərlə keçdi. Breq, Əjdəbiyyə,
Ən-Nofəliyyə, Bin Cavad, Ras-Lanuf və başqa şəhərlərdə qan töküldü.
Koalisiya qüvvələrinin hücumu nəticəsində dinc əhalinin, qadınların,
uşaqların öldürülməsi hiddətə səbəb oldu. Rusiya Xarici İşlər Nazirliyi
kəskin bəyanat yaydı və koalisiya qüvvələrini zorakılığı və hərbi
əməliyyatları təcili olaraq dayandırmağa, beynəlxalq ictimaiyyəti
bu zorakılığa qarşı çıxmağa çağırdı. Rusiya təkid edirdi ki, əməliyyatlar
dayandırılsın, danışıqlara başlanılsın.
Rusiyanın və başqa ölkələrin çağırışına baxmayaraq
2011-ci ilin iyul ayında ABŞ, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya,
Almaniya, Türkiyə başda olmaqla 30-dan çox ölkə Liviya Milli Keçid Şurasını
rəsmi olaraq tanıdı və yeni tanınmış
bu Şuraya hərbi yardım göndərildi.
İyulun 28-də inqilabçıların ştab rəisi Əbdül
Fateh Yunis müəmmalı şəkildə öldürüldü. Milli Keçid Şurasının sədri
Mustafa Əbdül Cəlilin sözlərinə görə, Fateh Yunis döyüş bölgəsindən
ona görə geri çağırılmışdı ki, o, Qəddafi ilə əlaqədə şübhəli bilinirdi.
Lakin yolda onü müşayiət edən iki zabitlə birlikdə qətlə yetirilmişdi.
Ərəb mətbuatı Qəddafinin qoşunlarının 16 avqust
2011-ci ildə vətəndaş müharibəsi tarixində ilk dəfə olaraq raketdən
istifadə etdiyi haqqında məlumat yaydı. Əl-Ərəbiyyə, Əl-Cəzirə və başqa
kanallar Qəddafinin həqiqətən bu vaxta qədər raket zərbələrindən
istifadə etmədiyini rəsmi olaraq təsdiqləmişdilər.
Çox maraqlıdır, fevralın 15-də vətəndaş müharibəsi
başlayır, getdikcə qızışır, Qəddafini bir çox cinayətlərdə ittiham
edirlər, amma o, tabeliyində olan raketlərdən istifadə etmir. Və yalnız
doğma Sirt şəhərinə geri çəkildiyi ərəfədə, müharibə başlayandan 6
ay sonra cəmi bir dəfə istifadə edir! Qəddafini diktator hesab edənlər
bunu necə təhlil edə bilərlər? Bəlkə məğlub olduğunu görüb nahaq yerə
qırğın törətmək istəməyib? Bəlkə əvvəldən elə bilib ki, qələbə çalacaq,
raket zərbələrini axıra saxlayıb?
Bəlkə öz xalqına aviazərbə vurmağı lazım bilməyib? Bəlkə, ümumiyyətlə,
dinc əhalinin zərər çəkəcəyindən ehtiyatlanıb raket zərbələrindən
istifadə etmək istəməyib? Hər halda zaman bu suallara gec-tez cavab
verəcək!
Avqustun 28-də Qəddafinin oğlu Hamiz Qəddafi
bəni-Valid yaxınlığındakı döyüşlərdə öldürülür.
Qəddafinin digər oğlu Sədi Qəddafi isə Nigeriyaya
qaçır. Sentyabrın 29-da onu İnterpol axtarışına verirlər.
Qəddafinin özü üçün Əlcəzair sərhədi yaxınlığındakı
Hadamis və Qat şəhərləri arasındakı rayonlarda gizlənməyə sığınacaq
verirlər, lakin Qəddafi bundan imtina edir. Onu müdafiə edən tuareq tayfa
başçıları nə qədər təkid etsələr də, Qəddafi onlara belə cavab verir:
«Siz istəyirsiniz ki, mən döyüşdən qaçanların taleyini yaşayım? Döyüşçü
döyüşdə ölməlidir!»
Sentyabr-oktyabr aylarında Tarxun, Bəni-Valid
və Sirt ətrafında döyüşlər davam edib. NATO-nun bombardmanları nəticəsində
150 nəfərdən çox dinc əhali öldürülüb. Oktyabrın 3-də üsyançılar Qəddafinin
doğulduğu Kəsr Əbu Hadi rayonunu ələ keçirdilər.
Комментариев нет:
Отправить комментарий