11.03.2013

Heydər Ələddinoğlu - Ay həkim

Hələlik üzünü belə görmədiyim, yalnız “fasebook” da “ruhlarımızın dostlaşdığı” bir insana – istedadlı şair və gözəl həkim- kardioloq QALİB ŞƏFAHƏTƏ müraciətlə:

Ürəyin divarı cadar-cadardır,
Əlacı tapılmaz, gecdir, ay həkim.
İllərdir inləyən Vətənin dərdi
Canımın suyunu icdi, ay həkim.

Bağlarda nüybarsız qaldı barımız,
Hələ ki, sağalmaz qanlı yaramız,
Eldən ayrı düşən soydaşlarımız
Dərdin qucağına köçdü, ay həkim.


Dili də olarmış qayanın, daşın,
O dağlar tək-tənha qoymaz sirdaşın...
Qanadı qırılmış yuvasız quşun
Göyü də, yeri də heçdir, ay həkim.

Dərdin oylağında qəm ürküb qaçsın,
Ruhumun bağlanmış qapısın açsın.
Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın
Yuxumun içindən keçdi, ay həkim.

...Keçmiş güc topladı, qüvvətə gəldi,
O gündən bu günə minnətə gəldi.
Vaxtın ayı, ili qeyrətə gəldi
Artıq el yığışıb, köçdür, ay həkim!..

Комментариев нет:

Отправить комментарий