Qapını arxasınca bağladı. Başını mavi səmaya qaldırıb dərin bir ah çəkdi. Hara getsin?! Nə etsin?! Suallar beynində fırlanırdı. Amma heç birinə cavab tapa bilmirdi. O halda da deyildi. Bu dəqiqə onun üçün hər şeyin mənası heçliyə bərabər idi. Nə qədər çalışsada dumanlanmış beyniylə yaranan suallara cavab verə bilmirdi. Axı evə nə üzlə getsin?! Elə indicə əczaxanadan çıxmışdı. Əli boş. Həkim yazan resepti satıcı qıza necə vermışdisə eləcədə alıb cibinə qoymuşdu.
Xəstə anasına yazılmışdı bu resept. İki gün əvvəl. Amma hələ ala bilməmişdi. Pulu yox idi. İki günüydü şəhərin bir çox əczaxanalarına baş çəkmişdi. Hansındasa dərmanların daha ucuz olacağına ümid edərək. Ümidlərsə...
...Səkiylə addımlayırdı. Evə gedirdi. Əli boşda olsa. Getməliydidə. Övladlıq borcu idi. Ölüm yatağında olan anasına oğul borcu. Yol boyu haqda yalnız bir şey barəsində düşnürdü. Axı niyə taleyi belə gətirmişdi?!
Elə bil ki, Allah onu alın yazısını qara qələmlə qara kağız üzərinə yazmışdı. Üzü gülməmişdi heç vaxt. Ata qayğısının nə olduğunu bilməmişdi. Görməmişdi onu. Qayğınıda, atasınıda. Anasından onun haqda bircə dəfə eşitmişdi. Ağlamışdı. Daha doğrusu bacarmamışdı. Yaşadığı bütün ağır günləri yadına salıb onların hesabına ağlamaq istəmişdisədə yenə alınmamışdı. Amma... Yalanın ömrü qırx gün olar məsəli burada da öz doğruluğunu tapdı. İllər sonra anası qonşu qadınla söhbət zamanı onun yaşadığını deyən də eşitmişdi. Bax onda ağlamışdı. Doyunca. Illər öncə ağlamamağınında əvəzini çıxmışdı. Bəs indi niyə ağlayırdı?! Bəlkə atasının yaşadığına sevinirdi və bu sevinc göz yaşlarıydı. Bəlkə ata əvəzi olan ansının ona yalan danışmağına görə axırdı bu göz yaşları. Bəlkə də...
Amma anasından bu haqda heçnə soruşmamışdı. Dediklərini eşitdiyinidə deməmişdi. Düşünürdü...
Ağır- ağır nəfəs alırdı anası. Xəstəlikdən əriyib bir ovuc yumağa dönmüş bədəninə uzaqdan baxan olsaydı onun öldüyünü zənn edərdi.
Üzərinə ağ mələfə örtülmüş sinəsnə diqqətlə baxdıqda sinəsinin zəif və gec- gec qalxıb endiyini görmək olardı. Gözlərini tavana zilləmişdi. Görəsən nə düşünürdü?!...
...Bu nə bəlaydı düçar olmuşdu?! Həmişə əziyyət çəkmişdi. Oğluna həm ata, həmdə ana olmuşdu. Boğazından kəsib ona yedizdirmişdi. Çalışmışdı oğlu yaşıdlarının yanında utanmasın. Elə əsgər gedəndə də hərbi xidməti onunla birgə çəkmişdi. Bütün ömrünü oğluna həsr etmişdi. Bəs indi?! Yataq xəstəsiydi. Bundan belə nə qədər yaşayacağını bilmirdi.
O da bilmirdi anasının nə qədər yaşayacəğını. Anasını müayinə etdikdən sonra həkim onu qırağa çəkib demişdi ki, “ vəziyyəti kritikdir, yalnız Allaha dua etmək lazımdır amma hər halda bir- iki dərman yazıram onları alarsan. ” O isə ala bilmirdi. Getdiyi əczaxanalar hamısı eyni qiyməti demişdi. Üç yüz əlli manat.
Anasının əlini əlləri arasına alaraq sığallayırdı.Qırışmış əllərin hər qırışında onun da öz payı vardı. Yaxşı və ya pis. O, əllərin əllərindən üzüləcəyindən qorxurdu. Anasını itirmək istəmirdi. Bunun üçünsə dərmanları almalıydı. Amma...
Bir yol tapmışdı. Dərmanları almaq üçün bu son şans idi. Günahda olsa bunu edəcəkdi. Həyat buna vadar edirdi. Atasız böyümüşdü, anasıda bu gün sabah öləcəkdi. Amma anasını itirmək istəmirdi. Düşünürdü bəlkə o dərmanlar kömək etdi. Həkimin dedikləri boşa çıxdı və anası yaşadı. İnanırdı. Ürəkdən inanırdı düşündüklərinin reallaşacağına. İnamsa.
Çoxdanda göz altı etdiyi evin qarşısında dayanmışdı. Hündür hasarlı, iki mərtəbəli ev. Yaxınlıqdakı evlərdən fərqi vardı. Yeganə evidiki həyətində iti yoxuydu. Elə buda onun diqqətini cəlb etmışdi. Bir şeydə onun diqqətini cəlb etmişdi ev xaricdən bu qədər gözəl idisə gör daxili necə idi. Bu evdə çox pul vardı dərmanları almağa lazım olduğundan daha çox. Ona da elə bu lazım idi. Ev sahibini uzaqdan görmüşdü. Orta yaş bir kişi idi. Hər gün səhərlər maşın gəlib onu aparır, axşamda geri gətirirdi. Bir həftə olardı onu güdürdü. İnşəallah bu gün bitirəcəkdi işi. Dua edirdi Allaha. Dua edirdi ki, işi əlinə gözünə bulamadan sona çatdırsın...
Darvazanı bir təhər tullanıb birinci mərtəbənin yarımaçıq yan pəncərəsindən içəri keçib, dayanmışdı. Gözləyirdi gözləri qaranlığa alışsın. Evdə ağır sükut hökm sürürdü. Öz hənirtisindən başqa heç bir səs- səmir eşidilmirdi. Ayaq barmaqlarının ucunda yavaş- yavaş addımlamağa başladı. Əlini atdığı hər siyirməni ümidlə açdı. Amma hələki heç birində istədiyini tapmamışdı. Mətbəxin yanındakı otağa baxdıqdan sonra birinci mərtəbədəki axtarışı sona çatdıracaqdı. Otağa təzəcə daxil olmuşdu ki, addım səsləri eşitdi. Yəqin ki, ev sahibiydi, su içməyə düşürdü. Otağın qapısını azca aralı qoyub, birinci mərtəbəyə enən pillələrə baxmağa başladı. Ev sahibiydi. Nə etsin? Öldürsün! Beyninin yatmış hüceyrələrində yaranan ilk fikir bu oldu. Ömrü boyu haram tikə yeməyən, toyuq başı belə kəsməyən bu adamın ürəyində heç bir narahatçılıq yox idi. Sanki belədə olmalıydı. Günaha batmaqdan qorxmurdu elə bil. Bəlkədə dşünürdü ki, yolun yarısına gəlib və bu fikrə düşməklə onsuzda günaha batıb. Bir günah əksik, bir günah artıq onsuzda cənnətlik insan yoxdu. Hərə bir günahla öz cəhənnəmini qazanıb.
Qapını astaca aralayıb mətbəxə tərəf addımladı. Orta bolu, orta bədənli ev sahibi əlində su dolu stəkan pəncərədən küçə lampasının işıqlandırdığı həyətə baxırdı. Vaxt itirmək olmazdı. Bacardıqca tez yekunlaşdırmaq lazım idi. Gözünə ilk sataşan mətbəx stolunun üzərində olan bıçaq oldu. Mətbəxə keçib bıçağı götürməyiylə, ev sahibini vurmağı bir oldu və tərəddüdsüz baş verdi desəm yalan olmaz.
İnsan öldürmüşdü. Ürəyində heç bir narahatçılıq yox idi. Düşünürdü ki, bu işi anasına görə edib. Anası ölsə çox üzülər və özünü günahkar bilərdi nəyinki tanımadöğı bir insan öldürməsi.
Bir müddət can verdikdən sonra döşəmədə hərəkətsiz qalan ev sahibini eləcədə buraxıb işini davam etmək üçün ikinci mərtəbəyə qalxdı. Axtardı... Axtardı... Yenədə əli boş idi. Son ümidi dəhlizin sonundakı otağa idi... İçəri girəndə başa düşdü ki, bura ev sahibinin iş otağıdı. Divar boyu uzanan rəflər səliqə ilə düzülmüş kitablar. Pəncərənin kənarında üzəri kağızla dolu yazı stolu yerləşirdi. Sağ küncdə komputer, sol küncdə isə stolüstü lampa. Istədiyini stolun siyirtməsində tapdı. Lazım olan qədər. Nə bir qəpik artıq nə bir qəpik əksik.
Başını əlləri arasına alıb sakitcə dayanmışdı. Necə olmuşdusa özüdə bilmədən stolun üzərindəki kağızı oxumağa başlamışdı.
Oxuduqca ev sahibinin nə işlə məşğul olduğunu ayırd edə bilirdi. Demək prokuror işləmişdi. Sabahda məhkəməyə şıxacaqmış. Atasını öldürən bir caniyə hakimdən cəza istəyəcəkdi və bu kağızlarda da sabahkı nitq yazılmışdı.Özünə doğma olan adı oxumuşdu kağızda.Ata! İnsan necə öldürə bilər atasını. O isti əlləri tutan əllər necə qalxa bilərdi ataya? Kağızlarda yazıldığı kimi 15 illik cəza bəs edərdi ata qatilinə. Ürəyində lənət oxuyurdu caniyə. Niyə Allah belələrini atalı böyüdürdü. Dodaqları ata sözünə həsrət qalmışdı onun. “Məni atalı edə bilməzdinmi ,Allah” soruşurdu.
Ev sahibinin yazı stolu üzərindəki şəkilə baxırdı. Dayan!... Bu onun özü deyildimi? Yanındakıda anası. Bəs onda bu kişi.?... Yoxsa... Hə... O idi... Dodaqlarının həsrət qaldığı sözün əsl sahibi.
Pilləkənləri bir nəfəsə düşüb, özünü mətbəxdə döşəmə üzərində al- qana boyanıb sakitcə və səssiz uzanan atasının üzərinə atıb ağlamadımı, ağladı.

Комментариев нет:
Отправить комментарий