ABŞ Silahlı Qüvvələrinin (SQ) şəxsi heyəti İran ordusunu sayca azı 1,5 dəfə üstələyir. İran ordusu əsasən sovet və Rusiya istehsalı olan silahlar ilə təchiz olunsa da, müdafiə sənayesi yerli silah və zirehli texnikadan, o cümlədən, BMP, tank, özüyeriyən qurğular, reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlərdən və s. təşkil edilib. İran ordusu zirehli texnika baxımından ABŞ SQ-dən praktiki olaraq 2 dəfə geri qalır. Lakin daşınan artilleriya qurğularının sayına görə rəqibini 40 faiz üstələyir. ABŞ HHQ-nin silahlanmasına əsasən müxtəlif modifikasiyalı F-16 və F-15 təyyarələri daxildir. İran tərəfi isə MiQ-29, F-4 və F-5 təyyarələrinə malikdir.
İran, həmçinin, fəal şəkildə raketlərin istehsalı ilə məşğuldur. 2004-cü ildə silahlanmaya yeni, 5000 km uzaq hədəfləri məhv etməyə qadir uzaqmənzilli «Şahab-3» raketi qəbul olunub. Bu isə İsraildə və Fars körfəzində yerləşən ABŞ hərbi bazalarının hədəfə alına biləcəyi analmına gəlir. İRKK-nın komandanlığı altında olan yarımhərbi "Bəsic" təşkilatının heyəti, ordu və İslam İnqilabının Keşikçiləri Korpusunun ehtiyat qüvvəsindən ibarətdir. Səfərbərlik zamanı "Bəsic" silahlı qüvvələrin sərəncamına azı 11 milyon əsgər təqdim edə bilər. Bu isə, ABŞ, Rusiya və Çin ordusunun ümumi sayına bərabərdir.
Qirmizi Papaq
Комментариев нет:
Отправить комментарий