Xosrov şeiriyyәtdә çox gәnc olsa da şeirlәri bütün sәrhәdlәri ötüb dünyanın dörd bir küncündә çap olunub. Onun “Anlaq” adlı şeiri:
Sәni anladıram;
Dәnizin dәrinliyin
Anladan
Su kimi.
Üzәrimdәn
Hәmişә bir gәmi keçәr.
Sәni anlayıram;
Dәnizçinin
Balıq ovlaması tәk.
Uyarar hәmişә
Mavilik mәni.
Xosrov Barışan 1983. ildә әzәli vә әbәdi ulu şәhәrimiz Tәbrizdә dünyaya göz açıb.
Söz bu mәnzilә çatmışkәn bir haşiyә açıb qısa vә önәmli bir tarixî mәlumat belədir: Tәbrizin adının Tavarisdәn, Tavarijdәn nә bilim nәdәn, nәdәn gәldiyini iddia edәnlәr olub; ancaq Tәbrizi ulu Türk tayfası Tavarlar salıblar, Tәbriz, Tavar Türk tayfasının ilkin yaşayış mәskәni olub. Tavar adını da Romalılar öz dillәrinә görә yazıya “Tavaris” şәklindә keçiriblәr. Romalıların vә Yunanlıların adların axırına “is” şәkilçisini artırdıqları hamının mәlumudur.
Xosrov, iptidai vә orta tәhsilini Tәbriz şәhrindә başa yetirib. Şәbistәr Universiteti Ziraәt yәni Kәnd Tәsәrrüfatı Fakültәsinin Heyvandarlıq mühәndisliyi bölmәsindәn mәzun olub. Uşaqlıq çağlarından şeirә vә kitab oxumağa maraq duyub. İlk şeirlәrini orta mәktәbdә oxuyarkәn yazmağa başlayıb. 18 yaşlarından bәri isә şeir yazmağa, ciddi bir әdәbî yaradıcılıq peşәsi kimi yanaşıb. 19 yaşında Tәbrizdә qurulan Çağdaş Yazınsal Dәrnәyinә üzv olub. Dәrnәyin şair üzvlәrinin sırasında çalışqanlığı ilә ön plana çıxıb. Bununla yanaşı Tәbrizin Qırmızı Aypara Cәmiyyәtinin әdәbî dәrnәyinin dә iştirakçısı olub. Üniversitetә daxil olduqdan sonra Şәbistәr şәhәrindә yaradılan Şeyx Mahmud Şәbistәrli Adına Әdәbiyyat Dәrnәyinin dә çalışqan bir üzvü olub vә bu işini indi dә davam etdirir.
Xosrov Barışanın “Yaşayan Dilәk” adlı şeiri:
Biz paylaşılan
Birәr çörәkdik,
Sozarmış, çatlaq dodaqlara
Açılmayan süfrәlәrdә...
Lәnәt olsun...
Çürümüş bu dişlәrin
Çırpışmasında;
Dartılaraq
Tökülürük!
Biz bәzәyәn
Birәr çiçәkdik.
Altın qamaşdıran başaqlara,
Әkilmәmiş zәmilәrdә.
Lәnәt olsun...
İylәnmәdәn sozarırıq!
Biz bәlkә dә;
Son insanın
Son nәfәsiydik.
Sarılan üzlü nәsiydik
Yaşama dörd әllә,
O süfrәli çöllәrdә.
Hәlә dә ki, hәlәdir;
Kәsilmәmişik.
Xosrov Barışan, bilimyurdunda oxuduğu illәrdә Aşina adlı derginin baş yazıçısı vәzifәsini öhdәsinә götürüb vә bu işi layığınca yerinә yetirib. Xosrovun “Yağış Saniyәsi” adlı ilk şeir toplusu elә o vaxtlar gün üzü görüb. Hәmin illәrdә Tәbrizdә tәşkil olunan “Qızıl Alma” adlı şeir yarışmasında mükafat qazanıb. Bir müddәt Tәbrizdә çap olunan Әrk qәzetiylә әmәkdaşlıq edib, şeirlәri vә mәqalәlәri orda çap olunub. Universiteti bitirdikdәn sonra әsgәrә gedib. Ancaq әsgәrlikdә dә әdәbiyyatdan aralanmayıb vә “Çağdaş Dәrnәyi” bağlanandan sonra bir neçә yazarla birlikdә “Әsin” adlı әdәbiyyat dәrnәyini yaradıb. Әsgәrlik xidmәtini başa vurduqdan sonra Tәbrizdә tәşkil olunan uluslararası şeir yarışmasında birinci yeri tutub. Xosrov Barışan Şәms dәrnәyi, Aftab-i Azәrbaycan dәrgisi, Araz dәrnәyinin iştirakçılarındandır.
Xosrov Barışanın “Yağış saniyәsi”, “Bu Yağış Tәrsә Yağır”, uşaq şeirlәri toplusu “Dünyamız Danışanda” adlı әsәrlәri gün üzü görüb. Bunlardan savayı Atilla İlhanın, İbrahim Sadrinin, Sәrdar Özkanın, Övliya Çәlәbinin Sәyahәtnamәsinin Azәrbaycan hissәsini vә Türkiyә Türkccәsi Lüğәtini Azәrbaycan Türkcәsinә köçürәrәk çap etdirib. Şeirlәri vә mәqalәlәri İran, Türkiyә, Azәrbaycan, Kanada vә birçox ölkәnin mәtbuatında çap olunub.
Xosrov Barışanın “Sәnsiz” adlı qәzәli:
Anladım ki lal olub sukut nәğmәsi sәnsiz!
Dil açsa; sәndәn deyir hәr şeyin sәsi sәnsiz.
Qapını çırpmaq idi sәnә ayrılıq, getdin!
Üzümә qapandı hәr qapı ertәsi sәnsiz.
Bu mey dә qәm artırır, dahı keflәnәmmirәm!!!
Zәhәrlәdib öldürür yaşam çeşmәsi sәnsiz.
O qәdәr böyüdü ki kiçiklәrin kölgәsi;
Gün batdı, qalmadı bir umud şölәsi sәnsiz.
Qaranlıq yaratıqlar sorğulur kimliyimi,
İnsanın bu qorxudan gәlir ölmәsi sәnsiz.
Sәn idin insan ilә heyvanın fasilәsi,
Yırtıcı vәhşilәrin olmuşam әsi(1) sәnsiz.
Öz içindә hәbs olan yenilәn mәn, ya da yox;
Bir şaham fütuhatım xәyal ölkәsi sәnsiz!!!
Yaşayış formulunu sifrә zәrb edib getdin!
Ömür adlı ağacın yoxdur meyvәsi sәnsiz.
Özümdәn başqa hәr kәs cibimin yiyәsidir!
Amma ruhum; özümün yoxdur heç kәsi sәnsiz.
Diktatordur bu doğa, arzıma çatammadım...
Elәbil filter olub arzı-adresi sәnsiz!
Yüklәdim anlam yükü şerimә, dәrd anladam;
Gördüm ki bir ulağam, sözcüklәr tәsi(2) sәnsiz.
Yüksәlәmmir gözәllik, sınıb ilham qanadı!!!
Düşür nәsr dәrәsinә şeir şivәsi sәnsiz.
Bilmirәm mәn könәzәm ya da ki bu yaşamaq?!!
Olubdur yaşayışım könlümün nәsi(3) sәnsiz.
Hәr nәyi sevib baxsam çövürür tez alaba!!!
Barışanın sevmәyә qalıbdır nәsi sәnsiz?!
trtazerbaycan.com

Комментариев нет:
Отправить комментарий