05.03.2013

Millət vəkili albomunun satışından əldə olunacaq vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayacaq

8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı millət vəkili Qənirə Paşayevanın sözlərinə yazılmış mahnılar əsasında 3 musiqi albomu işıq üzü görüb.
Gün.Az xəbər verir ki, onlardan biri sözləri Q.Paşayevaya, musiqisi əməkdar artist Elza Seyidcahana məxsus olan “Həyata küsmə” albomudur.
Alboma 11 mahnı daxildir. Bu mahnılardan altısına çəkilmiş və müxtəlif zamanlarda nümayiş etdirilmiş kliplər ayrıca disk şəklində albomda öz əksini tapır. Mahnıları E.Seyidcahanla yanaşı tanınmış gənc sənətçilər Ramal İsrafilov, Vüsal Hacıyev də ifa ediblər.
Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyi və təşkilatçılığı ilə işıq üzü görən albomun martın 6-da Muğam Klubda (Qız Qalasının yanında) təqdimat mərasimi keçiriləcək.
Martın 6-da həmçinin, Park Bulvarda imzalanma mərasimi olacaq. Millət vəkili bu albomun satışından əldə olunan bütün gəliri Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayacaq.
Arzu edənlər təqdimat mərasimində və imzalanma mərasimində iştirak edə bilərlər.

Комментариев нет:

Отправить комментарий