İbrahim Quliyev
AMEA-nın elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü
“Hinduşka”, “yeşik”, “nan” kimi sözlər 1-ci sinfin “Azərbaycan dili” dərsliyini bəzəyir
Müasir cəmiyyətdə təhsil insan fəaliyyətinin ən vacib sferasına çevrilmişdir desək, səhv etmərik. Təhsilin sosial rolu son dərəcə yüksəlmişdir. Bunun da səbəbi yeni biliklər axtarmaq və mənimsəmək qabilyyəti olan insanın müasir cəmiyyətdə ən vacib dəyər və əsas capital olmasının daha çox dərk edilməsidir. Əslində, bütün zamanlarda bəşəriyyətin inkişaf perspektivləri birbaşa təhsilin istiqamətindən və effektivliyindən asılı olmuşdur.
İndiyədək toplanmış təcrübənin gənc nəslə ötürülməsi, onlarda elmi axtarış və fəaliyyət vərdişlərinin yaradılması məhz mükəmməl təhsil vasitəsilə mümkün olmuşdur. Mükəmməl təhsil isə mükəmməl dərsliklər olmadan reallaşa bilməz. Bu mənada dərsliklərə bütün dünya ölkələrində xüsusi məsuliyyət və həssaslıqla yanaşılır. Məsələn, ABŞ-da dərsliklərin hazırlanmasında bir çox dövlət strukturları və nüfuzlu təşkilatlarla yanaşı (hər bir ştatın təhsil nazirliyi, Qubernatorların Milli Assosiyasiyası, ABŞ Baş Məmurlar Şurası), ictimaiyyət də (məsələn, uşaqların valideynləri, yaxud ictimai hərəkatların- feminist, ekoloji və s.- nümayəndələri) fəal iştirak edir. Burada dərslik üzərində konkret olaraq heç bir qurumun monopoliya yaratmasına icazə verilmir və cəmiyyətin dərsliklər üzərində nəzarətinə şərait yaradılır. Cənubi Koreyada Təhsil Nazirliyi özü bu işi özü icra etməkdən imtina edib. Onu universitet müəllim və professorlarının, məktəb müəllimlərinin və ictimaiyyət nümayəndələrinin cəlb edilməsi yolu ilə elmi-tədqiqat institutları həyata keçirirlər. Bu ölkədə də məktəblərdəki bilik səviyəsi, şagirdlərə aşılanan vərdiş və qabiliyyətlər daimi ictimai nəzarət altında saxlanılır. Bir sözlə, dünyanın heç bir ölkəsində dərslik konkret olaraq hansısa qurumun monopoliyası altında deyil. Təəssüf ki, Azərbaycanda dərslik məsələsinə fərqli prizmadan yanaşılır. Bu sahəni monopoliyaya almış qurum və ayrı-ayrı şəxslər nəinki ictimaiyyətin və ictimai təşkilatların dərsliklərə münasibət bildirməsinə imkan vermir, hətta qanuni şəkildə bu işi görməli olan dövlət strukturunun fəaliyyətinin qarşısını almaq üçün də müxtəlif variantlara əl atırlar. Bu fikri təsdiqləmək üçün uzağa getmək lazım deyil, sadəcə Təhsil Nazirliyinin rəsmi nümayəndəsinin bu günlərdə mətbuata verdiyi bir açıqlamanı nəzərdən keçirmək kifayətdir. “Nazirlik rəsmisi bildirir ki, dərslik siyasətini təmsil etdiyi qurum həyata keçirir və TQDK-nın hansısa dərslikləri ləğv etmək səlahiyyəti yoxdur. Komissiyanın verdiyi rəyin 90 faizi müəllifə və nazirliyə münasibət üzərində qurulub. Bunlar da dərsliklərin qadağan olunması üçün əsas deyil. Biz onların rəyini müzakirə edə bilərik, ancaq qərar yenə bizim olacaq”. (Bəri başdan qeyd edək ki, TQDK-nın Təhsil Nazirliyinə təqdim etdiyi rəylər bir qurumun, yəni təkcə TQDK əməkdaşlarının fikirləri deyil. Həmin rəylərin hazırlanmasında ölkənin konkret sahə üzrə mütəxəssisləri, alim və professorları, orta məktəb müəllimləri və s. fəal şəkildə iştirak etmişlər.)
Təbii ki, yuxarıdakı “zorakı məntiq” nazirlik rəsmisinin nə elmi, nə daşıdığı vəzifə borcuna uyğun deyil. Göründüyü kimi, nazirliyin dərslik və nəşriyyat şöbəsinin rəsmiləri buraxılmış kitabların keyfiyyətsizliyini və səviyyəsizliyini etiraf etmək əvəzinə, rəyləri dərhal nazirliklə TQDK arasındakı münasibətlər müstəvisinə çəkməyə və səbəbi konflikt pərdəsi arxasında gizlətməyə çalışırlar. Əslində, nazirlik rəsmiləri bununla həm də yararsız dərslik müəlliflərini qızışdırırlar ki, onlar da kitablarının yararsızlığı haqqındakı rəyləri məhz bu prizmadan (yəni TQDK ilə Təhsil Nazirliyi arasında qarşıdurma olması) çözsünlər. Fikir vermisinizsə, son vaxtlar demək olar ki, Təhsil Nazirliyinin bütün rəsmilərinin və dərslik müəlliflərinin dərsliklərlə bağlı açıqlamaları və rəylərə cavabları ancaq və ancaq qarşıdurma nöqteyi-nəzərindən şərh edilir. Hətta vaxtilə Təhsil Nazirliyinin rüşvət və korrupsiya yuvası olduğunu iddia edən ayrı-ayrı şəxslər də bu gün hansı “səbədənsə” birdən-birə mövqelərində 180 dərəcə dəyişiklik edib, TQDK-nın orta məktəb dərslikləri ilə bağlı rəylərini məhz iki qurum arasında konfliktin nəticəsi kimi qələmə verməyə başlayıblar. “İdeya” təbii ki, Təhsil Nazirliyindən gəlir. Bu isə, çox yanlış yoldur, bu, gələcək nəslin taleyinə qarşı biganəlikdir, sabahımızı məhv etməkdir. Azərbaycan məktəblərindəki təhsilin səviyyəsi heç kimə sirr deyil. Və... bunun da ciddi səbəblərindən biri məhz dərsliklərin bərbad vəziyyətdə olmasıdır. Dərsliklər isə nə qədər ki, ayrı-ayrı əllərdədir, kimlərinsə maraqlarını təmin edən vasitə olmaqda davam edir, bu məsələdə dönüşə nail olmaq çətin olacaq.
Bu gün “kalka” yolu ilə istesal olunan dərsliklər şagirdərə heç bir savad, bilik vermir desək, səhv etmərik. Və elə bunun nəticəsidir ki, illərdir repetitor faktoru olmadan ali məktəblərə bir nəfər də tələbə qəbul olunmur. Baxmayaraq ki, Təhsil Nazirliyi dəfələrlə bu məsələnin üstünə yeriyib. Amma ortada sadə bir məntiq var, əgər təhsil normal səviyyədə olsa, dərsliklər müasir tələblər səviyyəsində anlaşıqlı bir dildə yazılsa, hansı valideyn boğazından kəsib əlavə məktəb açar. Bu bir faktdır ki, bu gün ortada olan dərsliklərin uşaqlara “izah edilməsi” üçün valideynlər dəridən - qabıqdan çıxır, müəllim dalınca müəllim axtarırlar.
Fəqət... bütün bunları bilə-bilə, yararsız dərslikləri müdafiə etmək, onlar barədə verilən rəyləri Təhsil Nazirliyinə qarşı nifrətin əlaməti kimi qələmə vermək ən azı cəmiyyətə qarşı hörmətsizlikdir. Kim bugünkü orta məktəb dərslikləri haqqında obyektivcəsinə bir kəlmə söz işlədirsə, dərslik müəllifləri dərhal həmin şəxsləri Təhsil Nazirliyinə qarşı kinli, ədavətli olmaqda ittiham edir. Həmin şəxsə qarşı bolşeviksayağı “bizimlə deyilsə, bizim düşmənimizdir” mövqeyi nümayiş etdirilir. Ötən yazılarımın birində qeyd etdiyim kimi, mənim nə TQDK ilə, nə də Təhsil Nazirliyi ilə heç bir bağlılığım olmayıb və bu qurumların hər hansı birinə ədavət saxlamaq üçün də ortada bir əsasım da yoxdur. Sadəcə olaraq bu ölkənin bir vətəndaşı kimi təhsilin, dərsliklərin taleyi məni narahat edir. Buna görə də fikrimi sərbəst şəkildə ifadə etməyə çalışıram. Nazirlik və dərs müəllifləri isə bütün hallarda manevr etməyə, ictimai fikri yanıltmağa və müxtəlif arqumentlərlə dərsliklərin səviyyəsizliyini, keyfiyyətsizliyini ört-basdır etməyə çalışırlar.
Bu, səhv yoldur, özümüzə, millətə, xalqa, sabahkı nəslə xəyanət deməkdir. Bunu əksər ziyalılarımız etiraf edir, müəlliflərin dərsliklərdəki qüsurları aradan qaldırmaq əvəzinə iki qurumu qarşı-qarşıya qoymaq yolunu tutmalarını və konflikt pərdəsi arxasında gizlənməyə çalışmalarını pis nümunə hesab edirlər. Hətta Dərslikləri Qiymətləndirmə Şurasının üzvü, professor Nizami Cəfərov da bu günlərdə mətbuatda TQDK-nın rəylərinə belə bir rəng verilməsinin yolverilməz olduğunu vurğulayıb. Alim deyir: “Mənə xoş gəlməyən bu iki qurumun üz-üzə qoyulmasıdır. Bunu etmək olmaz... Monitorinqlərin keçirilməsi çox yaxşıdır, amma bunu münaqişə kimi qələmə vermək olmaz. Guya, bu iki qurum arasında ziddiyyətlər var və bunun nəticəsi olaraq bu işlər görülür. Bu cür baxmaq olmaz. TQDK vaxtaşırı öz irad və təkliflərini bildirməlidir ki, təkmilləşdirmə prosesi getsin”. Bir daha qeyd edək ki, bu fikri özü orta məktəblər üçün bir neçə dərslik hazırlamış müəllif səsləndirilmişdir. Lakin çox təssüf ki, 7 sinif üzrə “Azərbaycan dili” dərsliyinin həmmüəllifi, filologiya ürə fəlsəfə doktoru Rafiq İsmayılov məsələyə başqa don geyindirərək ardıcıl şəkildə qəzetlərə, “Azadlıq radio”suna çıxaraq TQDK-nın monitorinqini qərəzkarlıq kimi qələmə verməyə çalışır və dərsliklər haqqında bu qurum tərəfindən verilmiş rəyləri iki qurum arasında münaqişə müstəvisinə çəkməklə yararsız dərsliklərə bəraət qazandırmağa cəhd edir. Təbii ki, TQDK əgər R.İsmayılovun həmmüəllifi olduğu dərslikləri təqdir etsəydi, yəqin ki, məsələ başqa cür olardı. Əslində, dərsliklər barəsində rəylər ortaya gələndən sonra “iki qurum arasında münaqişə məsələsi” R.İsmayılovun yadına düşüb, desək səhv etmərik. Çünki o vaxta qədər R.İsmayılov bir dəfə də olsun Təhsil Nazirliyi ilə TQDK arasında konflikt olmasından danışmayıb. Deməli, problem heç də münaqişədə deyil, problem R.İsmayılovun keyfiyyətsiz dərsliklərindədir.
Oxucu üçün yorucu da olsa, bu yazımda R.İsmayılovun həmmüəllifi olduğu 1-ci sinif üçün “Azərbaycan dili” dərsliyi üzərində bir qədər dayanmaq istəyirəm. Bəri başdan vurğulayım ki, ümumiyyətlə, dərslik müəllifləri kitablarında yol verdikləri qüsurları çox sevdikləri “kurikulum” proqramı adı altında ört-basdır etməyə çalışırlar. Təbii ki, “kurikulum” proqramının öz tələbləri var, amma bu əsas vermir ki, müəlliflər ana dilimizə, dilimizin qrammatik normalarına (mən konkret olaraq Azərbaycan dili fənnindən danışıram), bir sözlə, milli-mənəvi dəyərlərimizə barmaqarası baxsınlar. Bir halda ki, söhbət “Azərbaycan dili” dərsliyindən gedir onu da xatırladım ki, dilimizin qorunması, inkişafı birbaşa ölkə konstitusiyasında təsbit olunmuşdur.
... İndi gəlin R.İsmayılovun həmmüəllifi olduğu 1-ci sinif üçün “Azərbaycan dili” dərsliyini ötəri nəzərdən keçirək. Dərsliyin 23-cü səhifəsində “nan” (farsca “çörək”) , 63-cü səhifəsində “yeşik” (rusca “yaşik”), 78-ci səhifəsində “hinduşka” kimi sözlər iri qara şriftlə getmişdir. (Xatırladıram ki, bu, 1-ci sinfin “Azərbaycan dili” dərsliyidir.) Buradaca həmmüəllifi olduğu dərsliyin yüksək səviyyədə olduğunu iddia edən və dalbadal mətbuata çıxaraq həmmüəllifi olduğu dərslik barədə mənfi rəy vermiş TQDK-nı qərəzkarlıqda ittiham edən hörmətli R.İsmayılovdan soruşmaq istəyirəm ki, siz bu sözlərlə hələ dili, məntiqi formalaşmamış balalarımıza hansı dili öyrətməyə çalışırsınız? Bu sözlərin Azərbaycan dilinə nə aidiyyatı var? Onlar başqa fənn üzrə dərsliklərdə getsəydi, yenə də başa düşmək olardı, fikirləşərdik ki, müəlliflər dil üzrə mütəxəssis deyil, amma onların “Azərbaycan dili” dərsliyində getməsi bağışlanmaz xətadır, səriştəsizlikdir, dili yaxşı bilməməkdir. Dərslik müəllifləri əgər küçədə eşitdikləri “hinduşka” sözünü dərsliyə daxil edirlərsə, burada artıq deməyə söz qalmır. Hörmətli Rafiq müəllim, “hinduşka” ədəbi dilimizdə “hind toyuğu”, “yeşik” qutu, “nan” isə çörəkdir.
Yenə qayıdıram 1-ci sinif üçün “Azərbaycan dili” dərsliyinin başqa bir səhifəsinə. 88-ci səhifədə verilmiş “Çovğun” adlı xırda bir mətndə belə bir cümlə verilir: “Çovğun yenə coşurdu”. Dilimizə az-çox bələd olan hər kəs Azərbaycan dilində “çovğunun coşması” ifadəsinin olmadığını deyəcək. Çünki çovğun davam edə, güclənə bilər.
Yuxarıda qeyd etdiyimiz kimi, başda R.İsmayılov olmaqla 1-ci sinif “Azərbaycan dili” dərsliyinin həmmüəllifləri TQDK-nın dərslik barədə hər bir rəyini qısqanclıq və qəzəblə qarşılayırlar. Məsələn, TQDK-nın rəyində hərflərin öyrədilməsi zamanı tanış şəkillərdən istifadə məsələsi ilə bağlı xeyirxah məqsədlə belə bir təklif verilmişdir (Mən həmin rəyi və həmmüəlliflərin rəyə cavabını olduğu kimi verirəm): “Hərflər aydın təsvir olunaraq şagirdlərə çox (yaxşı) tanış olan şəkillərin köməyi ilə təqdim edilsə idi, daha yaxşı olardı. Bu, uşağın qavramasını asanlaşdırmaqla yanaşı, hərflərin və şəkillərin yaddaşa həkk olunmasına kömək edərdi. Lakin dərslikdə bir çox hərflər elə şəkillərin müşayiəti ilə təqdim olunur ki, onları tanımaq nəinki şagirdlər, hətta böyüklər üçün də çətinlik yaradır”. İndi görək dərslik müəllifləri həmin rəyə necə yanaşıb: “...bildirməliyik ki, “elə şəkillər” dedikdə, rəyçilər şarj üslubunda çəkilmiş şəkilləri nəzərdə tuturlar. Dərslik naşirləri üçün keçilmiş bir çox treninq və seminarlarda dəfələrlə vurğulanıb ki, 6-9 yaşlı uşaqlar üçün multiplikasiya janrı doğma olduğundan ibtidai sinif dərsliklərindəki illüstrasiyalarda realist üslubdan çox şarj üslubuna üstünlük verilməlidir. Kiçik yaşlı uşaqlar üçün tədris nəşrləri sahəsindəki dünya təcrübəsi də bunu sübut edir”.
Fikir verdinizsə, bu cavabın irada heç bir aidiyyatı yoxdur. Rəyçilər haqlı olaraq hərflərlə bağlı verilmiş bir çox şəkillərin mənasız olduğunu bildirirlər, müəlliflər isə konkret olaraq irada cavab vermək əvəzinə şarj və multiplikasiya janrından danışırlar. Şəkillərin şarj üslubunda olmasına heç kəs etiraz etmir, sadəcə olaraq onların mənasız, primitiv, anlaşılmaz olmasına etiraz edilir. Məsələn, “A” hərfi öyrədilərkən nərdə aid “zər” şəkli (s.20) verməklə müəlliflərin nə demək istədikləri anlaşılmır. Yaxud yenə həmin səhifədə daha çox milçəyə oxşayan başqa bir şəkil var. Dərslik müəllifləri, görünür, burada “a” hərfinə uyğun olaraq “ağcaqanad”ı nəzərdə tutublar. Amma həmin şəkildəki varlığı ağcaqanada oxşatmaq çətindir.
Ümumiyyətlə, müəlliflər əgər dünya praktikasından danışırlarsa, qoy onda başqa ölkələrin 1-ci siniflər üçün hazırladıqları dərslikləri açıb baxsınlar. Daha dərslik adı ilə yumor juranallarına oxşayan belə vəsaiti ortaya qoymasınlar! Ümumiyyətlə, 1-ci sinif dərslikləri üçün çəkilmiş şəkillər janrından asılı olmayaraq, parlaq, aydın, cəlbedici olmalıdır.
Dərslikdə üçüncü hərf – “l” hərfi öyrədilərkən müəlliflər “ləl” sözünü nümunə kimi veriblər. Görəsən, ərəb dilindən alınmış və dilimizdə bu gün bir o qədər də aktiv işlənməyən “ləl” sözünün 7 yaşlı uşağa öyrədilməsindən məqsəd nədir? Məgər dilimizdə “l” hərfi ilə başlayan Azərbaycan mənşəli söz yoxdurmu? “Azərbaycan dili” dərsliyi uşaqlarımıza ilk növbədə öz dilimizə məxsus, türk mənşəli sözləri öyrətməlidir. Bəs R.İsmayılovun həmmüəllifi olduğu “Azərbaycan dili” dərsliyi ilk dəfə qələm tutmağı öyrənən uşaqlarımıza hansı sözləri yazmağı öyrədir? “Əməl”, “aləm”, “mala”, “amma” (s. 29). Hamısı da ərəb mənşəli sözlər! Təbii ki, Rafiq müəllim deyə bilər ki, dilimizdə ərəb-fars sözləri çoxdur, etiraz etmirik. Ancaq unutmamalıyıq ki, öz doğma dilimizə məxsus söz ehtiyatımız da kifayət qədərdir. Azərbaycan mənşəli sözlərimiz varsa, onda onlara üstünlük verməliyik. (Axı bu, “Azərbaycan dili” dərsliyidir) Niyə 1-ci sinifdən balalarımızın təfəkkür və düşüncə tərzində dilimizin, mədəniyyətimizin müstəqillik ruhuna meydan verməməliyik? Məncə, nə Təhsil Nazirliyi, nə də dərslik müəllifləri söylənilən irad və təklifləri top-tüfənglə qarşılamamalı, əksinə, belə kobud səhvlərə görə üzr istəməli idilər. Lakin müəlliflər rəyçilərin belə iradlarını kinayə, qəzəb və hətta deyərdim ki, nifrətlə qarşılayırlar. Bunu cavabların ruhundan da hiss etmək olur. Məsələn, rəyçilər yazanda ki, “liman”, “təlaş”, “karate”, “dolab”, “modelyer”, “problem”, “jest”, “rejim”, “obraz”, “cəhrə”, “bağrı”, “barı” və s. kimi sözlər 1-ci sinif şagirdlərinin yaş səviyyəsi üçün çətin sözlərdir, həmmüəlliflər qəzəb və kinayə ilə cavab verirlər: “Rəyçilərə görə, ola bilər, bu sözlər çətindir. Lakin müasir 1-ci sinif şagirdi üçün bu sözlər çətinlik doğurmur”. Görəsən, hardandır onlarda bu əminlik? Lerikdə, Gədəbəydə yaşayan 6 yaşlı uşaq “liman”ın nə olduğunu haradan bilməlidir? Eləcə də “modelyer”, “obraz” sözlərinin mənasını uşaq necə başa düşə bilər? Artıq arxaikləşmiş “dolab”, “barı”, “bağrı”sözlərinin mənasını isə heç böyüklərin çoxu bilmir, qalıb 1-ci sinif uşaqları ola... Bu, artıq elmi cavab yox, əsəbi cığallıq, mənasız inkarçılıqdır.
Daha bir rəyə və ona müəlliflərin cavabına toxunaq. Dərsliyin 45-ci səhifəsində “Yardım” başlıqlı bir mətn verilmişdir. Həmin mətndə Ramilin Boran adlı itlə oynamasından və itin birdən dayanıb talaya boylanmasından danışılır. Cümlələrə fikir verin: “Talada olan bir yaralı dovşan idi. Ramil yaralını əlinə alıb Bayram babanın yanına yollandı”. Rəydə haqlı olaraq bu cümlələrin quruluş baxımından qüsurlu olması qeyd edilir. Amma söhbət təkcə qüsurdan getmir, ümumiyyətlə, bu cümlələr Azərbaycan dilinə yaddır. “Talada olan yaralı bir dovşan idi”... Gəl indi bu cümlənin mübtədasını, xəbərini tap? (Yəqin ki, müəlliflər dərhal deyəcək ki, 1-ci sinifdə mübtəda, xəbər keçilmir.) “Ramil yaralını əlinə aldı”... Bu cümlə ilə 1-ci sinif şagirdinə düzəltmə sifətin vasitəsiz tamamlıq rolu təqdim olunur. Görün, dərslik müəllifləri bu barə TQDK-nın verdiyi rəyi necə cavablandırır: “Belə çıxır ki, “Yaralı heyvan (ayı) bağıra-bağıra onu qolları arasında elə sıxdı ki...” deyən Abdulla Şaiq də uğursuz cümlə işlədibmiş. Bu cümlələrdə (yəni 1-ci sinif dərsliyində) ədəbi dilin normalarına zidd heç nə yoxdur”. Təbii ki, yoxdur, çünki bu dərslikdən misal gətirdiyimiz cümlələr Azərbaycan dilində deyil. Rəyçi çox doğru olaraq müəlliflərə bildirir ki, “yaralı” sifətindən sonra subyekt (dovşan) olsaydı, cümlə daha düzgün olardı. Dərslik müəllifləri nədənsə (heç dəxli olmadan) bunu Abdulla Şaiqdən gətirilən nümunə ilə müqayisə edirlər. Görünür, onlar söhbətin sonadək nədən getdiyini anlamırlar. Qısası, Abdulla Şaiq “yaralı heyvan” yazır, dərslikdəki kimi “yaralı” subyektsiz işlənmişdir.
Ümumiyyətlə, dərslik müəlliflərinin irad və təkliflər qarşısında klassiklərin, metodik vəsaitin arxasında gizlənmək cəhdləri də bitib-tükənmir. Dərslik müəlliflərinə orfoqrafik qaydalarla bağlı irad bildirilərkən onlar dərhal klassiklərin əsərlərini misal gətirirlər. Təbii ki, klassiklərin əsərləri bugünkü orfoqrafik qaydalar üçün əsas ola bilməz. Çünki bu, yaradıcılıq işi yox, texniki işdir. Ərəb əlifbasında yazmış Füzulinin hansısa durğu işarəsindən istifadə edib - etməməsinin bugünkü çapa və dərsliyə heç bir dəxli yoxdur. Yeni orfoqrafiya qaydaları yeni prinsiplərə söykənir. Bu mənada müəlliflərin “klassiklərimizi korrektə etməkdənsə, TQDK-nın “Azərbaycan dili” vəsaitini bir qədər redaktə etmək daha məqsədəuyğun olardı” kimi fikirləri cəfəngiyyatdan başqa bir şey deyil.
Ümumiyyətlə, mənim məqsədim TQDK-nın rəyini və ona yazılmış cavabları bir-bir təhlil etmək deyil, yalnız bir sıra məqamlara aydınlıq gətirmək olduğundan onların üzərində geniş dayanmıram. Şəxsən mənim üçün vacib olanı balalarımızın keyfiyyətli dərsliklərlə təmin olunması, hazırlıqlı gəncliyin yetişdirilməsidir. Onun kim tərəfindən, harada, necə yazılması isə önəmli məsələ deyil. Sadəcə olaraq, Təhsil Nazirliyinin rəsmilərinin və dərslik müəlliflərinin haqlı tənqid və iraddan bu səviyyədə həyacanlanmaları, Rafiq İsmayılovun “Azadlıq radio”sundan belə dünyanı ayağa qaldırması mənim üçün anlaşılmazdır. Görünür, burada daha mübhəm məqamlar vardır. Təhsil üzrə ekspert Etibar Əliyev bu günlərdə mətbuatda gedən bir yazısında nazir Misir Mərdanovun “vaxtilə ağzından qaçırdığı” bir bir fikri xatırladıb: “Dərsliklər üçün dövlət tərəfindən ayrılan vəsait çoxlarını hərəkətə gətirib”. Görünür, dərslik müəlliflərini, nazirliyin dərslik və nəşriyyat şöbəsini aqressivləşdirən də elə bu amildir. Amma bu məqamda istər-istəməz bir sual doğur: doğrudanmı pul bu adamlar üçün bütöv bir nəslin taleyindən daha vacibdir?
Səhifə -23-də “nan” sözü.
Səhifə 26-da “ləl” sözü.
Səhifə -29-da “mala”
Səhifə 31-də “maili”
Səhifə 42, 2-ci tapşırıq. Sözlərin dügün ardıcıllığını tap və cümlələri oxu. “Sözləri ardıcıllıqla düzün” daha düzgün olardı. “dolab” sözü uşaqlar üçün çətindr.
63-cü səhifədə “yeşik” sözü.
78-ci səhifədə “hinduşka” sözü.
79-da gülümsünmək.
88-ci səhifə “Çovğun yenə coşurdu” nə deməkdir.
Səhifə 124-də. Mağazanın rəfi olmur, piştaxtası olur.

Комментариев нет:
Отправить комментарий