01.03.2013

SÖYÜD AĞACI

Məlihə Əzizpur

Evimizin önündə, tam pəncərənin altındaydı o qurumuş Söyüd ağacı. Kiçik-incə bir ağaç idi, budaqları və yarpaqları var idi, ama qup quruydu. Hər axşam məhəllənin qadınları ağacın
altında toplaşıb oturardılar. Surə Xanım, Bala Ağdəs, Pakizə Xanım, Məşə Xanım, Gözəl Fəriba və Lal Haciyə. Qadınlar söhbət edərkən o qədər ciddi olurdular, sanki dünyanın ən önəmli
qonusu üzərində dartışırdılar. Pakizə Xanım, oğlu Qadir’dən danışırdı; “Maşallah Qadir usta birbaşmaxçı olup. Biraz pul yığsa evləndirərəm. Vaxtı geçir da yavaş yavaş.
Ama heyvan uşağın fətqi var. O, demir ama mən görürəm daa, şalvarından çox bəlli olur.”
Pakizə xanım’ın qızı Ruqu (Ruqəyyə), babasının ani ölümündən sonra psikolojik xəstəliyə tutulmuş və onların hayatını gərçək bir cəhənnəmə çevirmişdi.
Surə Xanım’ın qızları Məhnaz ilə Şəhnaz, məhəllədəki bütün gənc oğlanları qandırıb,
əllərindəki pullarını aldıqdan sonra, onları üz üstə buraxdıqlarını hərkəs bilərkən, yənə Surə Xanım özünü onda qoymayıb Məhnaz ilə Şəhnaz’ı övürdü və onların necə etibarlı və zəngin elçiləri olduğunu söyləyirdi. Qadınlar isə bir birinin üzünə baxıb susurdu.
Bala Ağdəs, ilk oğluna hamilə olduğunun sevincini yaşayırdı. Qaynanasının iynəli sözləri və danlağından qurtaracağı için Allah’a şükr edirdi.
Məşə Xanım gilə kənddən bollu sovqat gəlmişdi. Anasının göndərdiyi qovurma ət, sarı
yağ, qurut, girdəkan və ərik qaxı, onun ailəsi için iki üç ay yetərli olduğunu söyləyirdi.
Gözəl Fəriba’nın geydiyi ipək köynək, örtdüyü ağ çadra və taxdığı qızıl bilərzik və
üzükler, qadınları qısqandıracaq qədər ona yaraşırdı.O, ərinin yeni işindən razıydı və gələn ay Xəzər Dəniz’inə gedəcəkləri, dönüş başda da Ərdebil’ə gedip Səreyin’də gəzəcəklərini söylərkən, qadınlar həsrətlə onu dinləyirdilər. Lal Haciyə isə çadrasını özünə məxsus tərzdən örtüb, çadra başından züyməsin diyə qulağının arxasına taxıb, söylənənləri başa düşməyə çalışırdı.
Uşaqlar, məhəllədə oynayıdı və Hacı Əkber, aldığı meyvələri göstərişli bir tərzlə evlərinə aparırdı.
Hər axşam, məhəllədə birbirinə bənzər əhvallar yaşanırdı. Yenə də qadınlar o ağacın
altına toplaşıb söhbət edirdilər və ara sıra dedi qodulara dalırdılar. Sonunda ərləri və uşaqları için axşam yeməyi hazırlamağa tələsirdilər.
****
Gün ortaya yaxın, bələdiyə işçiləri məhəlleni asfalt etmək için hazırlığa başladılar.
Axşam üstü küçə düm düz olmuşdu. Sabah, o Söyüd ağacı da kəsilmişdi və küçə artıq keçmiş görüntüyə sahib deyildi.
****
Surə xanım’ın qızı Şəhnaz, bir dul kişiylə qaçmışdı. Lal Haciyə’nin əri ölmüşdü. Gözəl
Fəriba gil başqa məhəlləyə daşınmışdı. Pakizə xəstələnib yatağa düşmüşdü ve başqa qadınlar, hərəsi öz həyatına dalmışdı. Sanki o qurumuş Söyüd ağacı kəsilincə, hər kəsin həyatından da bir şeylər kəsilmişdi. Sadəcə, Hacı Əkbər ikinci arvadını almışdı və yenə də əlindəki meyvə paketləri ilə, göstərişli bir tərzdə evlərinə doğru gedirdi.

Комментариев нет:

Отправить комментарий