Sənədsiz evlər, qanunsuz zəbt olunmuş torpaqlar problemi Azərbaycanda aktuallığını heç vaxt itirmir, çünki bu problem nəinki həll olunur, əksinə getdikcə daha çox kəskinləşir və həlli mürəkkəbləşir. Bu problem daha çox paytaxtda və ətrafında müşahidə olunur. Bu yazıda biz şəhərətrafı ərazilərdəki sənədsiz evlərlə bağlı problemə toxunacağıq.
Bakı ətrafı kənd və qəsəbələrin, şəhərkənarı yolların ətrafının sistemsiz, arxitekturaya uyğun olmayan tikililərlə nə hala gətirildiyini görmək üçün dairəvi yol boyu bir dəfə hərəkət etmək kifayətdir. Neft buruqlarının yanında, çirkli torpaqların, boz çöllərin hamısı satılıb, hasarlanıb, ev tikilib, yada tikilir. Hətta bəzi yerlərdə, məsələn, Sabunçu və Binəqədidə bəzi evlərin pəncərəsindən əlini uzadıb buruğun dəmirindən yapışmaq olar. Belə evlərin ətrafı neft gölməçələri, zibillik və palçıqla zəngin olur.
Radiasiya üzrə ekspertlərin dediyinə görə, belə zonalarda radisiya fonu normadan dəfələrlə artıq olur və bu da insan sağlamlığı üçün çox təhlükəlidir. Lakin buna fikir verən yoxdur. Bələdiyyəyə və ya icra hakimiyyətlərindəki hansısa məmura “5-10 manat hörmət” eləyib, harda gəldi ev tikir və yaşayırlar. Yaxınlıqda infrastrukturun yoxluğunu, məktəb, bağça, xəstəxana olmamasını, bircə ağac belə bitmədiyini düşünən belə yoxdur.
Nəticədə sənədsiz evlər problemi şişib gəlib həllolunmaz səviyyəyə çatıb. Təkcə Bakı-Abşeronda belə tikililərin sayının yarım milyondan artıq olduğu bildirilir. Evlər tikildikdən sonra torpaqların hansısa (daha çox Dövlət Neft Şirkəti, “Azərenerji”, Metropoliten əraziləri) dövlət qurumuna aid olduğu aydınlaşır və qarşıdurmalar başlayır.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli deyir ki, bu sahədə vəziyyət ümumən pis olsa da, çıxılmaz deyil: “Bizim təşkilatın apardığı araşdırmalar göstərir ki, son 20 ildə Bakı-Abşeron ərazilərdə hüquqi sənədi olmayan yarım milyona yaxın tikili meydana gəlib. Təxmini hesablamalara görə, bu rəqəmin 30% faizə yaxını müxtəlif kommunikasiya xəttlərinin üzərində və ya lap yanında yerləşdiyindən sənədləşdirilməsi mümkün deyil. Ancaq ümumilikdə sənədsiz evlərin 70% faizə yaxınını, başqa sözlə, 500 min evin 350 mininin sənədləşdirilməsi mümkündür”.
Ekspert deyir ki, mövcud vəziyyətdən müxtəlif problemlər yaranır: “Bir tərəfdən, vətəndaşın qanunsuz yollarla zəbt etdiyi torpaq sahəsində tikdiyi mənzilin özəlləşdirilməsi sual altına düşür. İkinici bir tərəfdən hüquqi statusu olmadığından bələdiyyə nə əmlak, nə də torpaq vergisini tətbiq edə bilmədiyindən külli miqdarda vəsaitdən mərhum olur. Hər il Bakının 52 bələdiyyəsi sözügedən evlərin sənədləşdirilməməsi səbəbindən 10 milyon manata yaxın vəsaiti itirir. Qaraçuxur bələdiyyəsi ərazisində olan 4500 fərdi yaşayış mənzilinin 2500-dən çox hissəsi sənədsizdir.
Üçüncü tərəfdən, mənzillərin alqı-satqısı və ya addan-ada keçirilməsi, habelə özgəninkiləşdirilməsi zamanı kompensasiyaların verilməsi mümkün olmur. Bundan əlavə, bu qrup mənzillərdə yaşayan vətəndaşlara sosial xidmətlərin göstərilməsində müəyyən problemlərin mövcudluğu gələcəkdə vətəndaşların xidmət sahələri ilə qarşıdurmaların yaranmasına şərait yaradır”.
Vüqar Tofiqlinin sözlərinə görə, araşdırmalar göstərir ki, bütün bunlar əhalinin öz hüquqlarını və qüvvədə olan qanunları bilməməsindən, habelə bəzi hallarda yerli məmurların bu prosesə “göz yumması”ndan da irəli gəlir.
Ekspert problemi həll etmək üçün bəzi şərtlərin təmin olunmasını təklif edir: “Sənədsiz mənzillərin qeydiyyata alınması bələdiyyələr tərəfindən və bir pəncərə sistem ilə həyata keçirilməlidir; rüsumlar müəyyən edilərkən sənədsiz mənzil yerləşdiyi ərazilər nəzərə alınmalıdır; yığılan vəsaitlərin bir qismi bələdiyyələrin hesabına keçirilməlidir; əhali arasında maarifləndimə işinə diqqət artırılmalıdır”.
Mütəxəssis deyir ki, Bakıda və ətrafında gərginliyi azaltmaq üçün regionların inkişafına diqqəti artırmaq, “şəhər əhalisini kəndə cəlb etmək” layihəsini reallaşdırmaq lazımdır.
İqtisadçı-ekspert Nazim Məmmədovun fikrincə, sənədsiz evlərlə bağlı problemin böyük ağırlığı ARDNŞ-in, Torpaq və Xəritəçəkmə Komitəsinin və bələdiyyələrin üzərinə düşür: “O torpaqların böyük hissəsi dövlət balansındadır, Neft Şirkətinə və ya başqa quruma istifadəyə verilib. Lakin uzun illərdir o torpaqlardan istifadə olunmur. Torpaq haqda qanunvericiliyə görə, 2 il ərzində istifadə olunmayan belə ərazilər onların balansından çıxmalıdır. İndi yada düşür ki, orda evlər tikilib? Əgər o torpaqlar vətəndaşa qanunsuz satılıbsa, onda bunu edən məmurlar ciddi cəzalandırılmalıdır”.
Ekspert deyir ki, problemi həmişə bələdiyyələrin üzərinə yıxırlar. Amma Torpaq Komitəsi bələdiyyələrin balansına veriən torpaqların dəqiq xəritəsini onlara verməyib, dolaşıqlıq yaradılıb və bələdiyyələr də torpaqları vətəndaşa satıb. İndi məsiliyyəti kim daşıyır - vətəndaş, Bələdiyyə, yoxsa Torpaq Komitəsi? Vətəndaşın heç bir günahı yoxdur, onun əlində möhürlü sənəd var. Bu sənədi kim verib, niyə verib, qanuni verib, yoxsa yox- bu müvafiq qurumların problemidir”.
İqtisadçının fikrincə, əgər dövlət əhəmiyyətli ərazilərdəki evlər söküləcəksə, vətəndaşlara kompensasiya ödənilməlidir: “Özü də yaxşı olar ki, bu, təkcə dövlət büdcəsindən edilməsin, günahkarlardan çıxılsın. Niyə bizim vergilərdən toplanan büdcə pulları hansısa məmurların cinayətlərinin nəticələrini aradan qaldırmaq üçün sərf olunmalıdır?”
Xatırladaq ki, hələ 2010-cu ilin mayında və ondan sonra keçirilən bir neçə müşavirədə prezident İlham Əliyev bəyan edib ki, sənədsiz evlər problemi həll olunmalıdır. Dövlət başçısı yerli icra hakimiyyətlərini korrupsiyada və özbaşınalıqda günahlandıraraq demişdi: “Özbaşına kim gedib qanunsuz nəsə edə bilər? Kimsə edə bilər, amma kütləvi qaydada bunu etmək mümkün deyil… Bu, bütün ölkəmizi bürüyüb. Mən bütün icra orqanlarında işləyənləri bir daha xəbərdar edirəm. Bundan sonra bir dənə də qanunsuz torpaq ayrılması halı olarsa, dərhal prokurorluq bu işlə məşğul olacaq və bu cinayəti törədən insanlar cinayət məsuliyyətinə cəlb ediləcək”.
Dövlət başçısının sərt xəbərdarlığından və müvafiq tapşırıqlarından 3 il keçir. Vəziyyət isə hələ də dəyişməyib.
Elçin Bayramlı teleqraf.com

Комментариев нет:
Отправить комментарий