03.03.2013

XEYİR-DUA

Qalib Şəfahət

Bu  sözləri  uşaq  vaxtı  nənəmdən  eşitmişdim: “ Ay  bala, gərək  ata-ana  xeyir-duası  alasan, yoxsa  işin düz  gətirməz, kündən  küt  gedər, ayaqda    dura bilməzsən”!
Mən  uşaq olduğuma  görə  bu  sözləri  o  qədər  də  başa  düşmürdüm!.Bəlkə  də  bu  əhvalat   olmasaydı, nənəmin  sözləri  çoxdan  yadımdan   çıxmışdı.
Məhəmməd  kişinin  yaşı  70-i  çoxdan  ötmüşdü.Arada  bir  əlində  çəlik, axsaya-axsaya  xeyrə- şərə   gələndə  görürdüm. Onu  hamı  hörmətlə  qarşılayırdı, hal-əhvalını  soruşurdu. Deyilənə görə  imkanı  çatan qədər  hamıya  yaxşılıq  eləyib. Pislıklə  işi  olmayıb  bu  kişinin.

Kimsə  ona  oğlu Həsən  barədə  nəsə  deyəndə  qan  vururdu   başına, cinlənirdı yazıq  kişi. Oğlunun  qarası  ilə söylənirdi:” Nə  edim  a  bala,  bədasıl  övladdan Allah  da  bezər. Mən  heç   kəsin  toyuğuna  daş  atmadım,  bir  kəsin  xətrinə dəymədim  ki, qarşıma  belə  bədasil  övlad  çıxdı. Yanımda  onun  adı  çəkiləndə xəcalətdən  yer  axtarıram  girməyə. Öhd  edə  bilmirəm  bu  yaramaz köpəkoğlunu. Bəlkə  də,  anasız   böyüdüyü   üçün   belə   avara  yollara düşdü. Uşağın  tərbiyəsi  ilə  ana  məşğul  olar. Mən də  başsız  qoyub, iş-güc  dalınca  o yana- bu  yana  o  qədər   qaçdım  ki, uşaq  başsız  qaldı, tərbiyəsi  ilə  vaxtında məşğul  ola  bilmədim. İndi  də  gecdir. Nə  qədər  öyüd-nəsihət verirsən, danlayırsan,  xeyri  yoxdu  ki,  yoxdu. Axırı  da  belə  oldu. Kimi  deyir , Həsən qızıma  sataşdi, oğlumu  filan  yerdə  incitdi, kimi  deyir  qapımdan  filan  şeyimi götürdü, filan  şeyi  filan  yerdə  oğurladı, filankəsə  ağzına  gələni  dedi. Daha  nə qədər  olar  ay  başına  dönüm, bezmişəm  bu  yaramazın  əlindən”.
Kiş  o qədər   yazıq-yazıq  danışırdı  ki , ağız   açıb  bir  kəlmə  söz   deyəndə dediyi   sözə  peşiman  olurdu. Neyləsin  dad  bedasil  övlad  əlindən  deyib, yazığı  gəlirdi  Məhəmməd  kişiyə.
 Aradan  xeyli  vaxt  keçmışdı. Eşitdim  ki, Məhəmməd  kişi  rəhmətə gedib. Qohum-tanış  yığışıb  kişini  el  adəti  ilə  dəfn  elədilər. Həsən  hansı  cəhənnəmdə  idisə  başı  ötmürdü.  Əlindən  zara  gələn  arvad-uşaq  da  baş götürüb  getmişdi. Evdə  bir  kəs  yox  idi  ki, camaata  əl-ayaq  versin.
Heç  kişinin  40-I  çıxmamışdı. Səs-soraq  yayıldı  ki, Həsəni  kimsə  vurub oldürüb. Harda  öldürüb, niyə  öldürüb  dəqiq  bilən  yoxdu. Onu  deyiblər  ki, bu  gün  meyidini  gətirəcəklər. Eşidən-bilən  öləndən  çox  öldürənə  yanırdı. Öldü  amma kimisə  qana-xətaya  saldı  getdi.
Evə  gələndə  nənəmin  yenə  deyinə -deyinə  öz-özünə  danışdığını  gördüm:- Belə  də  olmalı  idi  axırı!
-Nə  olub,  ay  nənə? Yenə  öz-özünə  nə   danışırsan?
-A  bala,  onu  deyirəm, Həsəni!? Bu  dunyada  sağ  başı  gora  aparmadı!
Axı, mən  demişdim!  Demişdim  gərək  insana  ata-anası  xey-dua  versin! Ona heç  kəs  xeyr-dua  vermədi!  Rəhmətlik  Məhəmməd  ondan  narazı   getdi   bu dünyadan.Bəlkə   də   qəbrində   də   rahat  yata  bilmidi.Qəbirdə  də  ona  rahatlıq vermədi! İndən  sonra  rahat  yata  bilər?! Yəqin  kişinin  ruhu  deyinir: -Məni  diri-diri  söydürdün, indi  də  qəbrimə  söydürürsən, a  yaramaz?
- Kişi  gördü, bu  dunyada  baş  çıxara  bilməyəcək, dalınca  apardı. Ondan nigaran  idi.Yəqin deyib,gözümdən bir addım da kənara  qoymayacam  səni, kimisə incidəsən,kimsə sənə  görə  mənə  söyə…
-Hə,  a  bala  gərək  insan  bu  dünyadan  köçəndə  narazı  getməyə  övladdan, Gözu  arxada  qalmaya.Bilə ki, övladı  onun çırağını yandıracaq! Sağ  ikən  övlad valideyindən  xeyr-dua  almalıdır.Bu bədbəxt,  nifrətdən başqa heç  nə  görmədi! Xeyir-dua  insanın  həyata  zəmanətidir.

Комментариев нет:

Отправить комментарий