Gül fəslidi dilbər saçının gül düzüm üstdə?
Dilləndi: «gözəl gündü nə etsən gözüm üstdə!»
Əyləşməyə imkan yox idi, yer də darısqal,
Olmadı heyim ki, deyəm əyləş dizim üstdə.
Bir söz var idi sevgili yara demək üçün,
Qorxdum ki, dilimdən asacaqdır sözüm üstdə.
Eyhamlı nəvazişli baxışla məni süzdü:
Yandır məni eşqinlə, özün yan közüm üstdə.
Göz yaşımı yandırdı sinən, kişmişə döndü,
Hərdən gəl edək davanı bir cüt üzüm üstdə.
Rəhm etdi nəhayət ki, bu gün insafa gəldi,
Əlbəttə ki, Tanrı nəzəri var bizim üstdə!
Biz indi qoşa gəzməyirik bağda çəməndə,
Bir gün görəcəklər ki, izin var izim üstdə.
Göylərdə bizim ruhumuz afət qovuşubdur,
Seyr etmək üçün kainatın mərkəzin istə.
Bir busə ləbindən dilədim, dindi o ceyran:
Bir busə nədir ki, saba gəlsən yüzün istə.
Tez razılıq etdik ki, sabah gəl görüşək biz,
Əlbəttə durardım sözümün mən özüm üstdə.
Mən cəhd elədim vəslə yetəm, güldü o yanmış,
«Bir Aprel» imiş... Getdim özümdən üzüm üstdə.
Madam ki, o afət Ələmi, qəsdinə durdu,
Ondan ümid üz, Tanrıdan artıq dözüm istə!

Комментариев нет:
Отправить комментарий