Yaman istiydi. Avara küçə itlərinin orda-burda kölgə seyrinə çıxdığı günorta vaxtlarıydı. Ətrafına yaxşı baxsan, kölgə bircə yerdə var idi – Canciyərim, məhəllə dotum Əbdürrəhmanın geniş, böyük, heyvərə dəmir darvazasının qabağında.
Darvazanı aşıb həyətə sallanan qoca üzüm tənəyi, küləyin ən zəif həmləsinə qarşı belə həssas idi. Sərin meh vurdumu, başlardı pıçıldamağa. Üzüm yarpaqlarının dəcəl kölgələrini orda-burda, xüsusən təzəcə suvanmış alçaq divarlar üzərində seyr etmək, ürəyimə yağ kimi yayıldı. Yorğumluğumu, vallah, bir göz qırpımında silib-süpürdü. Sonrakı gümrahlığım ən çox özümə, bir də Əbdürrəhmana ləzzət etdi elə bil.
– Adamlığına şəkkim yarandı, vallah. Adam olsaydın, bu üzümün sarı giləsini ağzına atıb nübar edərdin. – Əbdürrəhmanın uzun, nazik, ancaq qayış kimi möhkəm sağ qolu biixtiyar gedib girdi üzüm yarpaqlarının arasına. – Al bunu, sapsarıdı, at ağzına.
Şanının şirinliyi, damağıma dad verə-verə, Əbdürrəhmanın tozlu, qumsal həyətinə bir də yaxşıca zilləndim. Böyrü üstə aşmış 20 litrlik köhnə paslı vedrənin gələcək təyinatı heç də ümüdverici deyildi burda. Samovarı da kir-pasax basmışdı.
Qəfildən qapıdakı tənbəl köpək yerindən dik qalxıb bir-iki ağız hürdü. Qapıya gələn var idi. Əbdürrəhman getdi qapıya, qaldım həyətdəki həmin köhnə 20 litrlik vedrəylə, paslı samovarla, bədənini uzadıb kəlləsini yerə sıxmış köpəklə tək-tənha. Əlacsızlıqdan başladım itin yumşaq tüklərini sığallamağa.
O vaxtlar, 1998-ci ilin yayında, “525-ci Qəzet”ə “Qəliz söhbətlər” başlıqlı maraqlı köşələr yazardım. Mövzularım qəliz, mücərrəd idi. Lakin əlimdə sıxdığım qələm özü hərdən mənə deyirdi ki, bu mücərrəd mövzular bir gün dəqiq mövzularla hökmən əvəzlənməlidi.
Belə də oldu həmin isti avqust ayında. Qəfildən cibimdəki əl telefonum başladı yaralı küçük kimi zingildəməyə:
– Alo, eşidirəm. – telefonu qulağıma sıxdım. – Sizsiniz, Rəşad müəllim?
Zəng vuran qəzetin baş redaktoru Rəşad Məcidin özüydü. Kef-əhval, bir iki zarafatdan sonra Rəşad necə deyərlər, “mus-musla”la qurtarıb, keçdi “mustafa”ya:
– Ermənistana jurnalistlərimizin ilk səfəri gözlənilir. Səni də dəstəyə qatmışam. Sürücüm sənə yüz dollar çatdıracaq. Xərclərsən orda özünçün.
Qoca üzüm tənəyinin ikiyə haçalanmış gövdəsinə baxa-baxa fikrə daldım. Yoğun qədim budaqların biri evin yastı damına qalxırdı, digəri böyrümdəki taxta talvar üstünə. Şirəyə düşmüş sarı üzüm gilələrindən bir də dadmaq qərarına gəldim. Bildim ki, onu dadmasam, ağlıma təzə fikir gəlməyəcək. Bu dəfə Əbdürrəhmansız, özüm dərdim o sarı dənələri. Telefonu cibimə qoymağa hələ tələsmirdim.
***
Qızılgül kollarının üçüncü bəhər vaxtıydı. Belə vaxtlar qızılgül kolları bir budaqda beş-beş, nadir halda yeddi-yeddi qönçələr yetişdirir. Əlimdə qızılgül dəstəsi bağımızdan evə qayıtdım, qapımı açaraq qaranlıq dəhlizimizə daxil oldum. Sol ayağımın topuğuyla qapını arxamca çırpıb kip örtdüm. Gülləri, cəld tərpənib tozlu güldanımıza basdım. Sonra başladım fikirləşməyə ki, nə vəd edir mənə baş redaktorumuzun vaxtsız, təcili telefon zəngi? Nə vəd edir mənə görəsən, qızılgüllərin bu üçüncü bəhəri?
Bizim qələm işlərinin öz “qəliz söhbətləri” var.
Gərək ilk növbədə deyilməyənləri eşidəsən.
Qollarımı, başım arxasında düyünləyərək rahat divanımızda uzanmağım mənə bəs etdi ki, həmin lal söhbətləri bu dəfə daha aydın, səlis şəkildə dinləyim.
Hə...Əsl “qəliz söhbət” ölkəmizin başına yeddi dəfə fırlandıqdan sonra axır gəlib mənə ilişdi neyçünsə...Babam Əlixan Herisçi də Təbrizdə qəliz işləri, “müşkülləri həll edən” mübaşirlərdəndi. Yəni silahlı gəzənlərdəndi. Bəy-xanların düyünlü işlərinə əlacı o tapardı həmişə. Xırman vaxtı töycü verməyən Qaradağ kəndlilərinə hərdən amansız divan tutardı. Təbrizə qələbəylə qayıdarkən at belində tək olmazdı adətən. Dul bir kənd gözəlini də arxasında otuzdurub Təbrizdəki gen-bol həyətimizə gətirər, molla çağırıb siğə oxudardı.
“Müşkülləri həll edən” babamın xatirəsi tezliklə xatirəmdən silindi. Redaktorumuzun sözlərini təkrar-təkrar qulaqlarımda səsləndirdim. Deyilənləri deyil, deyilməyənləri eşitməyə çalışıb, axır buna müəssər oldum sanki.
Demək belə: Qarabağ məsələsi üzrə Heydər Əliyevlə Levon Ter Petrosyan arasındakı Ki Uest danışıqları həllini tapdığı bir məqamda, Ermənistanda hərbi çevriliş baş verib. Şərqşünas Petrosyan hərbi-səhra komandiri, başkəsən Köçəryanla əvəzlənib. Əvvəlcədən hazırlanmış Azərbaycan-Ermənistan jurnalistlərinin görüşündə xoşagəlməz hadisələrin baş verməsi mümkündür. Köçəryana “küncdən zərbə” endirməsək, ağlı başına gələsi deyil.
“Müşkülləri həll edən”, küncdən solaxay zərbə endirən birisinə deyəsən, dərin ehtiyac yaranıb.
Pencərədən qaranlıq səmalara boylanıb orda özümə uyğun təzə bir ulduz axtarmağım əvvəlcə nəticəsiz qaldı.
Qərara gəldim ki, noolsun, neynək, sağlıq olsun, Ermənistandan qayıtdıqdan sonra göydəki astroloji axtarışlarımı yenə davam etdirərəm.
***
Görüşümüzün təminatçısı, zəmanət verəni, yadımdadır, Kanada hökumətiydi. Bakıdan əvvəlcə Tiflisə, sonra Yerevana uçacaq xüsusi kiçik təyyarənin üzərində xokkey yarışlarından yaxşı tanıdığımız Kanadanın xüsusi rəmzi həkk edilmişdi. Təyyarəyə qalxan pilləkan qarşında təzəcə növbəyə durmuşduq ki, bəstəboy, çəlimsiz bir qızcığaz icazəsiz-filansız, salamsız-kəlamsız gəlib yanımızdan ötdü.
– Təyyarəmizin pilotudur, tanış olun. – Dəstəmizin rəhbəri, Bakı “Press-klub”unun sədri Arif Əliyev gecikmiş olsa da, “hadisə yerindən reportaj”a başladı.
Bundan 5-10 dəqiqə öncə “VİP gözləmə otağı”nda bizlərə xüsusi bir sənədi imzalatmışdılar. Sənəddə həyət üzvlərimizin hamısının, o cümlədən, mənim həyatım 350 min ABŞ dolları həcmində sığortalanmışdı. Düzü, ilk dəfəydi ki, həyatımın dəqiq qiymətini öyrənirdim. Dodaqlarıma xəfif təbəssüm qondu bu vaxt. Sənədi mənə təqdim edən gözəl xanıma yavaşca göz vurdum ki, bəs neynək, belədir də bizim işlər. Bir də gördün vətənə şaquli deyil, üfüqi vəziyyətdə qayıtdıq.
Lakin, zarafatları gəlin, qoyaq bir kənara. Səfərimiz deyəsən, həqiqətən təhlükəli, qorxuluydu. Ermənistanda saray çevrilişi baş vermişdi. Ən gözlənilməz hadisələrə hazır olmaq lazım idi bizlərə. Dəstəmiz o qədər də çox saylı deyildi. Tərkibindəkilərin hamısı “tüfəngsiz ova gedənlər idi”.
Silah lazım deyildi bizə.
Silahsız işimizi görənlərdəndik biz.
“Zvartnots” hava alanında bizi qarşılayan həmkarımız, Yerevan “Press klub”unun sədri Boris Navarsardyan:
– Hə, bizdə indi gərgin vəziyyət yaranıb – deyib, üzünü turşutdu. – Səbirli olun.
Sürücümüz “RAF” markalı mikroavtobusun köhnə mühərrikini ilk cəhddən işə sala bilməyəndə, yadımdadır, yamanca pərt oldu. Boris Navarsardyan, əsəbi sifətini gizlətmək üçün yer axtarıb, pəncərəyə zilləndi. Mühərrik işə düşəndə sanki biz də canlandıq. Pəncərələri aralayıb ilk Yerevan mənzərələriylə tanış olmaq qərarına gəldik.
İlk gördüyümüz mənzərə də sanki sifarişliydi. Hərbi təlimdən dönən ağır toplar, zirehli texnika nümunələrinə yol verib, səbirlə öz növbəmizi gözləməliydik. Hərbi texnikanın qara tüstüsü tədricən gəlib “RAF”-ın kiçik salonuna doldu. Bir də baxdıq ki, hamımızın gözləri yaşarıb. Boris gərginliyi azaltmaq məqsədi ilə:
– Ayrıca, qapalı bir yerdə qalacaqsınız. Əla “Kotayk” pivəsi sizi gözləyir. – deyərkən, yadımdadır, hamımızın üzü güldü.
“Kotayk”la ilk tanışlığımız, digərlərinə nisbətən daha uğurluydu, deyərdim. Ermənistanda ilk sevgimizi tapdıq sanki. Boris bunu sezib, azca sevindi. Elə bildi ki, bu sevgilərin davamı da olacaq.
– Təzə prezidentimiz səhra komandiridir, yadda saxlayın. Azərbaycanlılara, tüfənginin nişan yerindən baxmağı, bilin, hələ də yadırğamayıb. Görək, sizlərdən kim dəyişəcək onun bu qədim adətini.
Heyətimizin bütün üzvləri bu vaxt araya girib başladılar dedi-qoduya. “Turan” informasiya agentliyinin sədr müavini Şahin Hacıyevin bircə sözü hamını diksindirdi:
– Baxarıq.
İndi növbə mənimdi.
– Köçəryanı qatlayıb bükmək mənim boynuma. – deməyimlə, hamının, xüsusən erməni həmkarlarımızın diqqət mərkəzinə düşdüm. Düzü, yekəbaşlığıma həmin andaca özüm də təəssüfləndim: “Birdən, istədiyimə çatmadım, quşdu da, buraxdım ağzımdan...”
Özümü sındırmamaq üçün bir başqa fəndə əl atdım. Rəşad Məcidin mənə ötürdüyü iki əlli dollarlığın birini, saymazyana, masa üzərinə atdım.
– Mərc! Bu da behi...Əlavələr olacaqmı?
Boris gen ağ şalvarının arxa cibindən çıxardığı şax yüzlüyü, əlli dolarımın yanına tulladı. Bayaq Şahin Hacıyevin dilindən çıxan tək kəlməni bir başqa tərzdə, ahəngdə təkrarladı:
– Baxarıq.
Əlimdəki ağır pivə qədəhini əskinazlar üzərinə basdığım vaxt, mən artıq Hollivud filmlərinin qəhrəmanlarından birini, əfsanəvi Jan Klod Van Dammı xatırladırdım. O, belə oxşar səhnələrdə çox çəkilib, düşmənlə əlbəyaxa döyüşlərdən əvvəl həmişə ortaya pul atıb, mərc qoşub, başqalarına nümunə göstərib. Pulun məbləği, tezliklə, on min dollara qalxanda, Van Dammın tüklü, tərli sifəti azca titrəyib fəqət.
Mən də eynən o cür vəziyyətə başımı atıb yatdım. Səhəri məni gərgin döyüş gözləyirdi.
***
Görüşümüz zamanı həyəcanlı anlar az olmadı. Kondisionerlər işləsə də, jurnalistlərin köynəklərində tezliklə, tər ləkələri göründü. Sir-sifəti, ağ köynəyi tərləməyən deyəsən, elə bircə Köçəryanın özüydü. Eşitdiyimə görə, yay vaxtı qalstuk taxıb tərləməyən ancaq ingilislərdi. Digərləri, day min kərə sınanılıb, yay vaxtı boyunlarını qalstukla sıxdımı, mütləq tərləyəcəklər.
Köçəryanın, -uzaqdan görürdüm, - daz kəlləsi də tərsizdi, bircə gilə tər də yoxdu geniş alnında. O, sanki yumşaq kreslo üzərində deyil, at belindəydi. Kürəyini, vaxtaşırı kresloya sıxır, şax qamətini mümkün qədər dikəldirdi. Özünü hələ də zirehli teznika sükanı arxasında hiss edirdi. İndicə bax, iri çaplı silahının çaxmağını özünə tərəf çəkəcək, mərmini topun lüləsinə qoyacaq, iki addım geri çəkilib, qulaqlarını tutacaq...
Xülasə, hərbi vərdişlərini hələ tərgitgəmişdi. Sərt ifadələrdən çəkinmirdi:
– İndi, 1998-ci ilin avqustunda, neft ixracı sahəsində misilsiz qiymət düşüşü qeydə alınıb. Bu, hələ davam edəcək. Qoy, Azərbaycan bizlə söhbəti zamanı neft amilinə çox da güvənməsin. Neft ixracatçılarının hamısı bu gün bankrotdurlar, biləsiz...
Gözlərim alışdı bu an. Özümdən ixtiyarsız, Köçəryanın nitqini kəsdim.
– Cənab prezident, olarmı sizə bir sual verim?
Təkcə prezident deyil, hamı eyni anda üzünü çevirib mənə zillədi. Saniyələr sürətlə axırdı. Görüşümüzü lentə alan operatorumuz Əlövsət, kamerasının gözünü mənə tuşlamağı unutmadı. Bu da bəs idi ki, özümü tək hiss etməyib azca cürətlənim.
Köçəryan bircə saniyə tərəddüddən sonra:
– Olar, –deyib, iti gözlərini mənə tuşladı.
“Silahsız ov”, hiss edirdim, elə indicə başlayırdı. Belə yerdə təctübəli ovçular “İtin dişi, donuzun dərisi!” deyib, ov tazılarını hədəfə doğru qısqırdırlar...
Hamının gözü, diqqəti məndəydi. Day, aman vermək olmazdı tələmə yaxınlaşan bu özündənrazı yırtıcıya:
– Cənab prezident, “neft ixracatı ilə məşğul olan ölkələr indi bankrot olub” deyərkən, siz ilk növbədə Rusiyanımı nəzərdə tutursuz? Ermənistanın baş sponsorunu, baş müttəfiqini. Dünyanın bir nömrəli neft ixracatçısını?
Operatorumuz Əlövsətin gözünə, barmaqlarının ucuna qurban olum. Bu görüntülər indi də lazımi ünvanda saxlanılır. Təsvir etdiyim səhnə, bu kadrlarda hələ çoxlarını təəccübləndirəcək.
Rusiyanı bonkrot elan etmək, bəli, bağışlanmaz səhv idi ölkənin yeni prezidenti üçün. Köçəryanın sir-sifəti, hamının gözü qarşısında anında dəyişdi, dönüb oldu meyit rəngində. Dodaqlarının bir küncü, əsəbdən dartındı. Azərbaycanlıları bir başqa cür görməyə alışmış səhra komandiri, qəfil vurulduğunu, yaralandığını sezdi. Bir saniyə yerində gicəlləndi. Gücü bircə ifadəyə çatdı:
– Yoooooxxxxxx....
Ürəyimdə, “itin dişi, donuzun dərisi!” pıçıldasam da, dilimdə başqa kəlmələrdi:
– Beləysə, icazə verin, sizin sonrakı sözlərinizə şübhəylə yanaşım.
Köçəryanın dəmir barmaqları, -görürdüm,- masanın səthinə sancıldı. Eşdi ey, az qala, bu palıd masanı.
Hirsini birtəhər cilovladıqdan sonra o bir başqa səhvini buraxdı:
– Yaxına gəl...
YAXINA GƏL...
İcazə verin, söhbətimin bu əsnasında mövzumuzun coğrafi məkanını bir az da genişləndirim. Doğma Təbrizimi də qatım bu geniş dairəyə.
“Yaxına gəl” ifadəsi, şahlar, digər hakimi mütləqlər, prezidentlər tərəfindən bizim Herisçilərə qarşı dəfələrlə ünvanlanıb. Herisçilərin hər yeni nəsli bu vacib çağırışa öz layiqli cavabını verib. Ya xeyir görüb bu çağırışdan, şahlara xalça toxuyub, yaxud öz ölümünü sürətləndirib.
Bayaq yuxarıda xatırlatdığım kimi, babam Əlixan “müşkülləri həll edən”lərdəndi. Qələbə qazandığı fərqli ünvanlardan həmişə qənimət olaraq bir qadın gətirər, bu gözəllərdən nəslini artırardı. Təbrizdə bu cür “siğə uşaqları” həmişə öz istiqanlığı ilə seçilər. Həmişə sübut etmək istəyər ki, bax, mən də varam, noolsun siğədənəm, ancaq vuran qolum, iti beynim başqalarından heç də geri qalan deyil.
Belə siğə qardaşlarımdan biri də bibim Zinət əmməmim oğlu Səyavuş Məmmədxani idi, biləsiz.
1979-81-ci illərdə İran inqilabının ön sıralarında vuruşan 17 yaşlı Səyavuş, məhəllə dostu Məcid Niku ilə birgə qorxunc “Xalq mücahidləri” terror təşkilatının üzvü olur. Dostlar bir gün – 1981-ci ilin sentyabrında, qərara gəlirlər ki, İmam Xomeyninin Təbrizdəki nümayəndəsi, imam-cümə ayətullah Mədəninin namaz zamanı qətlə yetirsinlər.
Günorta namazları o vaxtlar Təbrizin bələdiyyə binası önündə, “Saat yeri” adlanan meydanda qılınarmış. Məcid Nikuyla Səyavuş Məmmədxani, partlayıcı maddələri, silahlarını uzun paltarları altlnda gizləyərək gəlib çıxırlar bu tünlük ünvana. Ön sıralar qorunur deyə, arxa sıralarda yerlərini rahatlayırlar. Namaz bitib, cümə söhbətləri başlarkən, Məcid Niku, ayətullaha bir maraqlı sual göndərir.
– Sualını bir də təkrarla. Uzaqda oturubsan, eşitmirəm. – Ayətullah gözlərini qıyaraq, üzünü uzaqdakı Məcidə zilləyir.
– Boğazım xəstədir. Səsim çıxmır. – Məcid, Səyavuşun təhriki ilə, hiyləyə əl atır.
Diqqət edin bu nadir görüntüyə, kadrların sürətini azaldın... Təbriz fədai məktəbi, öz qədim adətincə, Məcidlə Səyavuşun simasında öz növbəti “siğə uşaqları”nı labüd ölümə göndərir indi. Siğə uşaqlarının ikisi də solaxaydır. İkisi də soldan yaxınlaşır ayətullaha.
Təcrübəli ayətullah mətləbə anında agah olur. Təbriz fədailəri ilə üzləşəcəyi təhlükəli anın gəldiyini bilir. Özünü itirmir amma:
– Yaxına gəl. –deyərək, Məcidlə Səyavuşu ön sıralara dəvət edir. Növbəti suallar maraqlı olsa da, yenə zəif səslənir. Ayətullah yenə eyni sözü təkrarlayır. Əzrayıllarını hüzuruna dəvət edir.
– Yaxına gəl.
Bu vaxt Məcid Niku, Səyavuş “O düzdür ki, kafirləri qətlə yetirənlər birbaşa cənnətə gedir?”, - sualının cavabını gözləmədən, bellərindəki partlayıcı qurğunu işə salırlar. Ayətullahı qucaqlayaraq eyni cümləni təkrarlayırlar.
– Beləysə, buyur cənnətə gedən ekspress qatara...
Partlayış baş verir...
Qanlı olay, Təbriz tarixinin qalın salnamələrinə həmişəlik olaraq əbədi həkk edilir. İndi həmin ünvanda ayətullah Mədəni adına nəhəng hamazgah mövcuddur.
***
Xülasə, bizimkilər “yaxına gəlməyi” bacarırlar.
Prezident Köçəryana sol tərəfdən yaxınlaşarkən mən daxilimdə o xatirələrimi canlandırdım, özümü gah Məcid Niku bildim, gah bibim oğlu Səyavuş.
Üzbəüz gərgin lal baxışlarımız bir müddət davam etdi. Sol ovcumun dərinliyində nəhayətsiz qüvvə hiss edirdim...
Sonra məclis qayıtdı öz adi axarına, məcrasına.
Görüşümüzün sonunda, hirsi hələ soyumamış Köçəryan, məni yanına çağırıb, fotoqraflara göz vuranda, özümü itirmədim. Dedim ki, Ermənistan prezidenti ilə təkbətək şəkil çəkdirmək istəmirəm. Cavabında “Siz yamanca peşəkarsınız, sizi xüsusi nümunəvi atıcı kimi göndəriblər bura?” cümləsini eşitdim. Heyət üzvlərimiz yığıldı, şəkil çəkdirdik. O şəkilə baxın indi. Təsvir etdiyim dramatik hadisələrin izini axtarın fotodakıların sakit, lal baxışlarında.
Köçəryan sonra məni öz xüsusi qonağı elan etdi. Yadımdadır, zəng edib məni indiki prezident, o vaxtkı Daxili İşlər Naziri həmyerlisi Serj Sarkisyana tapşırdı.
Sarkisyanla çox danışıq. Dedi ki, Bakıda, Partiya məktəbində təhsil alarkən Xəzər sahillərinə gecələr çox səfər edib. Qara kürü, ağ balığ kababı üçün indi də darıxdığını qeyd etdi. Hətta köksünü də ötürdü. Dedi ki, Xəzərə yaxınlaşınca, həmişə əlini qara “Volqa”nın pəncərəsindən eşiyə çıxarmağı sevərmiş. Sərin dəniz havasını təkcə sinəsiylə deyil, ovcunun içiylə də duymaq, bəli, Sarkisyanın unudulmaz xatirələrindənmiş sən demə...
O görüşün nadir fotosunu da indi diqqətinizə çatdırıram.
Qısası, çətin məqamlarda biz “yaxına gəlməyi” həmişə bacarmışıq.
Bu görüşdən mənə yadigar qalan isə Boris Navasardyanın süfrəyə atdığı yüz dollarlıq əskinaz oldu. Rəşad Məcidin yüz dollarını da qoydum üstünə, Yerevandan erməni konyakı aldım bu məbləğə. Bir şüşəsini yadımdadır, Bakıya dönüncə, elə aeroportdan Rəşad Məcidə göndərdim.
İndi qiymət verirsiniz bu macərama, vermirsiniz... öz işinizdir. Belə hallarda adətən deyərlər:
– Allah, atanıza rəhmət etsin.
Həmid Herisçi 1937.az

Комментариев нет:
Отправить комментарий