Rəşid Əsgərov
“Həməşərə” şəhəri Muğanın tanınmış şəhərlərindən biri olmuşdur. Şəhər 50 hektara kimi ərazini əhatə edirdi. Orta əsr tarixçisi Xondəmir “Həbubisiyər” əsərində “Həməşərə” şəhərinin üç metr hündürlüyündə möhtəşəm qala divarı ilə əhatə olunduğunu göstərir. “Həməşərə” şəhəri iki hissədən ibarət olmuş, şəhəri aşağı hissəsində rəiyyət, iç qalada (təpədə) isə əyanlar yaşamışlar. Baş məbəd iç qalada yerləşmişdir. Şəhərin aşağısında karvansara və kiçik məbəd də olmuşdur. Baş məbədin ətrafında “Haoma” qaynadılan təndir, küp və küp ağızlığı, həvəng və s. qoyulmuşdur. Şəhərin yerləşdiyi təpənin altı boş olmuşdu. “Həməşərə” nin arxa hissəsində ordugah yerləşmişdir. Əl-Müqəddəsinin verdiyi məlumata görə X əsrdə Həməşərənin 35 min əhalisi olmuşdur. 1886-cı ilin siyahıya alınmasına görə “Həməşərə” şəhərində 368 ev, 1536 kişi, 1228 qadın, cəmi 2764 nəfər əhali yaşamışdır. Şəhərdə atəşpərəstliyin dini təlim məktəbi olmuşdur.
Şərqdə ilk dəfə Cəlilabadın “Qurudərə” deyilən ərazisindən “Zərdüşt ibadət möhürü”nün və “İt-şəbəkə boyunbağı”nın tapılması buna əyani sübutdur.
Qədim və orta əsr tarixçiləri “Həməşərə”nin qədimindən xəbər verirlər. Səidəli Kazım bəyin “Cəvahirnameyi-Lənkəran” əsərində verdiyi məlumata görə “Muq”lar bu ərazilərdə yaşamış, “Həməşərə” şəhərində Muqların baş məbədi yerləşmişdir. Onlar bu şəhərdə “Haoma” şirəsi çəkmişlər. Cəlilabadın qədim adı “Həməşərə” sözünün etimalogiyası da buradan qaynaqlanmışdır. “Həməşərə” sözü “Haoma” və “Şirə” sözlərinin birləşməsindən yaranmış (Haomaşirə), zaman keçdikcə bu söz müxtəlif dəyişikliyə uğrayaraq günümüzə “Həməşərə” olaraq gəlib çatmışdır. Qeyd edək ki, “Haoma” Zərdüştlərdə dini içkidir. Zərdüştlər müxtəlif dini ayinləri yerinə yetirərkən bu içkidən içərmişlər. Atəşpərəst inancına görə mərdlik və cəsarət rəmzi sayılan “Haoma” şirəsi insana güc, qüvvət verərmiş.
Banu-Parsda olmuş M.Boyls “Haoma”nın çəkilməsini beelə təsvir edir: “Efedr bitkisinin budaqlarını yığır, onu daş həvəngdə sürtüb qabıqlarını çıxarırmışlar. Sonradan ona nar şirəsi qatır, süd əlavə edib içərmişlər. Dəsturlar dini mərasimləri qızışdırmaq üçün ibadətə dələnlərə paylayarmışlar”.
Təsadüfi deyil ki, “Haoma” şirəsi çəkilməsi üçün lazım olan “Həməşərə” üzümü və “Haoma”ya sonradan əlavə edilən nar-hazanata bitkisi bu günədək Cəlilabad ərazisində bitir.
İndi də rayonun yaşlı nəsli, eləcə də ətraf rayonlar Cəlilabadı “Həməşərə” adlandırır. Respublika arxeoloqlarının fikrincə “Həməşərə” və “Mişarçay” mədəniyyəti b.e.ə II minilliyə aiddir.
Coğrafiyaşünas Həmdullah Qəzvini bu şəhərdə olmuş və xəbər vermişdir ki, şəhər dəniz kənarında yerləşmişdir. Xəzər dənizinə kimi 2 fərsəng məsafə olmuşdur. Şəhər Biləsuvar və Talış mahalının arasında yerləşmişdir. Həmçinin H.Qəzvini “Həməşərə” şəhərinin V iqlimə aid edir.
“Həməşərə” şəhəri haqqında A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində də rast gəlmək mümkündür. Bakıxanov yazır: “Şahın qoşunları Arasbar yolu ilə Kür çayı kənarına gəldilər. Havanın istiliyindən dənizin iki ağaclığında, qədim şəhər qalığı olan “Həməşərə”də dayandılar”.
“Həməşərə”də tapılan maddi-mədəniyyət abidələri Cəlilabad Tarixdiyarşünaslıq Muzeyində saxlanılır.
“Həməşərə” şəhərinin daha dərindən tədqiq etdikcə Azərbaycan tarixinin dərin qatları “Riqveda” və “Atxarvaveda”, hind əfsanələrindən, habelə Avesta əsatir və hekayətlərindən süzülüb gələn keçmişi aşkarlanır, ərazilərimizdə zərdüştlüyün mövcud olduğunu inkar edən alimlərin fikirlərini puça çıxarır.
“Həməşərə”nin son hökümdarı Bəricil xan olmuşdur. “Həməşərə” şəhəri dağılandan sonra onun ərazisindəki Hasıllı kəndi şöhrətlənməyə başladı.

Комментариев нет:
Отправить комментарий