Şabranda möhtəşəm Xaqani Poeziya günləri keçirildi. Şairə Aybəniz Əliyarın həmin tədbirdən çıxışını sizə təqdim edirik
Hər səhər “iş yerimdir” deyib gəlmədiyim bir yer var dünyamda, şeir dünyamda. sevgi dünyamda, əzəli və əbədi haqq dünyamda. Xaqani Poeziya Evi... Hər səhər dəmir barmaqlıqları qırıb azadlığına qovuşduğu yerdə məni qarşılamağa hazır kimi dayanmış bir canlı heykəl var, bəlkə də yüz min nəfəsi üstündə insan kütləsindən daha dolğun və mənalı duruşu ilə meydan oxumaqdadır hələ də ona etinasız baxıb ötənlərə.
Hər səhər “iş yerimdir” deyib gəlmədiyim bir yer var dünyamda, şeir dünyamda. sevgi dünyamda, əzəli və əbədi haqq dünyamda. Xaqani Poeziya Evi... Hər səhər dəmir barmaqlıqları qırıb azadlığına qovuşduğu yerdə məni qarşılamağa hazır kimi dayanmış bir canlı heykəl var, bəlkə də yüz min nəfəsi üstündə insan kütləsindən daha dolğun və mənalı duruşu ilə meydan oxumaqdadır hələ də ona etinasız baxıb ötənlərə.
Başı üstündə hələ də açıq qanadlarını bəlkə də yüz illərin soyuğuna, istisinə, küləyinə, şaxtasına gərən azadlıq timsallı, sülh timsallı göyərçinlər var, ağ sətirlərimdən incik düşən şeirlərimin cildində...Heç kimin dünyasında olmayan bir xəlqilik var Xaqani ilə mənim aramda..."Dəmir barmaqlıqlar" dünyasına məhbusuq ikimiz də. Daş dünyasına könüllü qonağıq, sevgi dünyasının zindan sakiniyik.... Bəli...
Bu böyük şairin adını daşıyan Poeziya evində gözəl tədbirimizə rəng qatan qonaqlarımızı və dəyərli söz-şeir sevərlərini elə qüdrətli sənətkarın bir parça şeiri ilə salamlayıram.
Şeir səmasının günəşiyəm mən,
Üstünəm əsrimin şairlərindən.
Günəş kainatın şahı olsa da,
Sözümə qul olur hər səhər erkən.
Şeir sözün qüdrətindən yaranır.
Xaqani şeiri coşqun, ehtiraslı poeziyadır. Bu poeziyada gözəllik ehtirasla təsdiq olunduğu kimi eybəcərlik, şər, zülm də eyni ehtirasla inkar edilir, üstəlik onda inkar daha güclüdür. “Uşaqlığımdan adətim bu olmuşdu ki, inciyim, ancaq incitməyim.” Bu sözlərin sahibi olan şair heç bir şərə qarşı laqeydlik, mərhəmət göztərməmişdir.
Bu gün çox böyük bir bayramdır əslində... Şairlərin bayramı, şeir yaza bilənlərin, hətta şeir sevənlərin də...Hamımızın içində bir kövrək "sarı sim"i var, uyğunlu-uyğunsuz , yerli-yersiz bəzən halımızı qarışdıran, bizi həssaslaşdıran, özümüz etməyi bacaran...Əsl şair insanların bax o " sarı sim"inə toxunanlardır. 888-ci ildönümü ərəfəsində Xaqani hələ də yaşayır, şairlik bax budur, "ən böyük insan ürəyində sevgi olan insandır" deyən sənətkar hələ də bizim aramızdaykən mənə qəzəl yazmaq düşməz, deyərdim, ancaq onun böyüklüyünə yaraşan elə qəzəl ola bilər, düşüncəsi ilə bütün qonaqlarımızı bir daha bir arada görmək ümidindəyəm.
Yenə od püskürürəm, atəşi-hicrandı mənimki,
Deməyin, keyf edirəm, eşqinə üsyandı mənimki.
Başqa bir yara əgər olsa idi qəlbdə məhəbbət,
Ürəyim çəkməz idi bir belə qəm, candı mənimki?
Boynuma sal yenə də əllərini, qəlbim isinsin,
"Bir para gün" dediyim aşiqi-dövrandı mənimki.
Hərgah ol yara ümid bəslər ikən, gözlərim ağlar,
Mənə göylər acısın, xaneyi-virandı mənimki.
Heç zaman şövqi-səfa anlamadı qüssədə qəlbim,
Neyləyim, eh, yenə də, zülfi-pərişandı mənimki.
Ürəyim qəm yesə də gün üzünə qalmadı həsrət,
Yenə Xaqani kimi eşqinə zindandı mənimki.
Aybəniz, könlün içi, bax yenə də çeşmeyi-kövsər,
Gülü söz-söz göyərən fəsli-gülüstandı mənimki.
Artıq 2012-ci ildən ənənə halını alan 14 iyun-Xaqani Poeziya günləri bir bayram kimi qeyd olunmaqdadır. Poeziya evi, hamımızın bildiyi kimi, rayonda ədəbi mühitin formalaşmasında, “Şabran” və “Çıraqqala” ədəbi məclisi üzvlərinin əhali ilə sıx ünsiyyətdə olmasında, ədəbi əsərlərin geniş yayılmasında, ədəbiyyatın təbliğində mühüm rol oynayır.
Şabran Rayon İcra hakimiyyətinin 26 İyul 2012-cil il Böyük Azərbaycan şairi Xaqani Şirvaninin rayonumuzla bağlılığı haqqında Xaqani Poeziya günlərinin keçirilməsi barədə Şabran şəhərində klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi olan Xaqani Şirvaninin heykəlinin ucaldılması və onun adını daşıyan Poeziya evinin istifadəyə verilməsi rayonumuzun mədəni həyatında mühüm hadisə olmuşdur.
Xaqani Şirvani klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaratmış bir şairdır. Əsərləri Yaxın və Orta Şərq ölkələrinə yayılaraq müasirlərinin diqqətini cəlb etmişdir.
Dünyada bütün tilsimlərin, bağlı qapıların açarı səmimiyyətdir. Şeirlərinin ovsunuyla, misralarının sehriylə könüllərə yol çəkən, ilıq yaz günəşi kimi ürəkləri isidən böyük şairlərin dərdlə yoğrulu şeirlərinin hamısında çilik-çilik olmuş, sınmış könüllərə, talelərə sığal çəkmək istəyi var. Bu istək yerlərin göylərə olan sevgisi kimidir.
Həyat bir ilğımdır. Hamı kimi yaradıcı insan da yaşadığı mühitdə gah bal dadır. gah acı. Ancaq gecə-gündüz bu ilğımın real təsirindən yaxa qurtara bilmir. Güclü humanism, cəsarətli inkar, işığa ehtiraslı meyl Xaqani dünyasının əsas meyarıdır. Şair uşaqlıq və gənclik illərinin sevincli çağları ilə həyatının sonrakı dövrünü müqayisə edir; bir yanda yüksək istedad, əks tərəfdə düşmən mühit. Bir yanda Xaqani dühası, əks qütübdə Şirvan şəri. Bir yanda hünər, bir yanda paxıllıq. Bu təzad şairi incidir, kədərləndirir. Dahi şair həqiqətəndə özünü Şirvanda məhbus sayır. Qəlbinin və ruhunun bütün gücü ilə sənətkar saraylara nifrətini, sadə və təmiz insanlara isə məhəbbətinin əks etdirir.
Mən məna yaradan tutiyəm, əfsus,
Şabran qalasında olmuşam məhbus.
- deyən şairi azadlığına qovuşduraraq rayonumuzun ədəbi həyatının aynasına çevirdiyi üçün bütün mədəniyyət işçiləri adından dəyərli başçımıza bir daha təşəkkürümüzü bildiririk.
Aybəniz Əliyar
Комментариев нет:
Отправить комментарий