22.06.2014

Putin: İŞİD-i məhv etməyə dəstək verəcəyik


Rusiya prezidenti Vladimir Putin İraqın baş naziri Nuri Əl-Maliki arasında telefon danışığı olub. Telefon danışığında İraq Şam İslam Dövləti (İŞİD) adlı terrorçu qruplaşmanın təhlükələri barədə söz açılıb. İraqın baş naziri ölkəsində yaranmış böhranla əlaqədar Rusiya dövlət başçısı V. Putinə məlumat verib. İraq hökumət başçısı bildirib ki, Suriya ərazisində fəaliyyətə başlayan ekstremistlərin hərəkətləri transsərhəd xarakteri alıb və bu region üçün təhdiddir. Kreml rəhbəri V. Putin də öz növbəsində terrorçuların zərərsizləşdirilməsi istiqamətində Rusiyanın İraqa hər cür dəstək verə biləcəyini qeyd edib. /ahlibeyt.ru/

Комментариев нет:

Отправить комментарий