20.06.2014

Nə edim?

Deyəsən inciyib o afəti-rəna nə edim?
Neçə gündür ki, qoyubdur məni tənha nə edim?

O qara gözlərinin həsrətini çox çəkirəm,
Gəl desəm gəlməyəcək, gözləri şəhla nə edim?

Mənə sənsizliyini bilmə rəva, aşiqinəm,
Heç vəfa yoxdumu ol sevgili yarda, nə edim?

Aləmi-eşqdə aşiqlərə sən bir nəzər et,
Gör görüb mən kimi bir aşiqi dünya, nə edim?

Dözmüşəm hicranına mən bu qədər ey dildar,
Gülsüm eşqinlə olub bülbülü şeyda, nə edim?


Müəllif: Gülsüm Əlizadə (Hacı Mail Əliyenin nəvəsi)

NARDARAN ŞAİRLƏRİ

Комментариев нет:

Отправить комментарий