25.06.2014

Xosrov Barışan - ANILIQ

Gözlərin sonsuz...
Dərin...duru...heybətli....göy qədər.
Varlığıma yağırdı baxışın
Sızırdı,
Batırdı 
Hopurdu lab içimə
Ürəyimə belə.
O anda,
Elə o anda;
Göyərdi sevgi çiçəyi
Və anlağım barlandı.
Hən,
Hən...
Bu damlalar
Anılığı bir dənizin.
Sonsuz..,
Dərin..,
Duru..,
Heybətli bir dəniz.

Hən belədir
Yenə də
Kökdaş,
Soydaş olan varlıqlar
Başa düşər bir-birini.
Pəs mən də
Qorumalıyam 
Anılığıvı sənin
Bəsləyərək.

Комментариев нет:

Отправить комментарий