Son günlər Azərbaycanda ən çox danışılan mövzulardan biri də A9 internet televiziyasının açılmasıdır. Bu televiziya Türkiyədən peyklə yayımlanır. Televiziyanın bir mason projesi olduğu və əsas məqsədinin hər gün axşam saatlarında yayımlanan "Adnan Oktar ilə söhbətlər" adlı proqramın, orada danışılanların təbliğidir. Verilişin təkcə bir bölümünə baxmaqla bütövlükdə nəticə əldə etmək mümkündür. Veriliş hər bölümü Adnan Oktarın mədhi ilə başlayır. Məsələn, "dünyanın ən gözəl gözləri olan bəbəyimin söhbətlərinə başlayırıq", "dünyanın ən yaraşıqlısı, sevgilimin söhbətlərinə başlayırıq", "gözümün nuru, bir tane aşkımın proqramına başlayırıq", "aşkına, sevgisinə doyamadığım bebeğimle birlikdə yayıma başlayırıq" kimi. Adnan Oktar isə bu mədhlərə "maşallah", "inşallah" qarşılığı verir, daha sonra isə bir qədər də özü özünü tərifləyir.
Bəs kimdir bu Adnan Oktar? Onun fəaliyyəti nədən ibarətdir? Məqsədi nədir? Bu şəxsin Azərbaycandan istəyi nədir? Kimlərdir Azərbaycandan ona dəstək verən? Adnan Oktarın keçmişinə bir qədər işıq salmaqla onun toruna düşən gənclərimizə, onların valideynlərinə FaktXəbər olaraq, "bu yazını diqqətlə oxuyun" deyirik.
Beləliklə...
İstanbul polisinin 12 noyabr 1999-cu ildə 50 ünvana birdən təşkil etdiyi basqınlar nəticəsində Adnan Oktarın başında durduğu şantaj şəbəkəsi çökdürüldü. Adnan Oktar ələ keçirmək istədiyi, küllü miqdarda pul qoparmaq istədiyi şəxslərə müridləri vasitəsi ilə şantaj həyata keçirdiyini etiraf edib. Oktar polisdəki ifadəsində müridlərə əmr verərək cinsi münasibətdə olarkən gizli video görüntülərini çəkdirdiyi, ya da pornoqrafik görüntülərə foto-montaj edərək mətbuata və yaxınlarına göndərərək şantaja çalışdığı şəxslərin siyahısını açıqlayıb.
MHP VƏ DYP-yə DƏSTƏK
DYP lideri Tansu Çillər və MHP İstanbul millət vəkili Mehmet Gül başda olmaqla MHP və DYP-yə dəstək verdiklərini açıqlayan Adnan Oktar, "seçkidən əvvəl Məsud Yılmaza foto-montajla mason paltarı geydirib qəzetlərdə nəşr olunması təlimatını mən verdim. Çünki 1991-ci ildə baş nazir olduğu vaxt məni həbs etdirmişdi", - deyə bildirib.
UŞAQLARINA SAHİB ÇIXAN AİLƏLƏR ŞANTAJ EDİLİB
Təşkilatdan ayrılanları öz əleyhlərinə fəaliyyət göstərir kimi qəbul etdiklərini açıqlayan Adnan Oktar, "təşkilatdan ayrılanları alçaltmaq kimi bir strategiyamız vardı. Buna görə keçmişdə uşaqlarını bizdən ayıran ailələr haqqında şantaj və təhdid fəaliyyətləri göstərirdik. Uşaqları kirayə tutduğumuz evlərə toplayıb, ailələrindən uzaqlaşmalarını həyata keçirirdik. Heç biri mənim təlimatlarımdan kənar iş görə bilməz", - deyib.
NECƏ ADNAN HOCA OLDU
Adnan Oktar pulsuz yaşadığı halda necə Adnan Hoca olduğunu, milyonlarla necə oynadığını polisə ifadəsində açıqlayıb:
‘‘1956-cı ildə Ankarada doğuldum. 1979-cu ildə Fındıqlıdakı Gözəl Sənətlər Akademiyasına daxil oldum. Üçüncü kursda təhsili yarımçıq qoydum. Daha sonra İstanbul Universitetinin Fəlsəfə fakültəsinə daxil oldum və yenə təhsili tərk etdim."
Haşiyə: Adnan Oktarın atası Həbib Gerezdir. Həbib Gerez rəssam, sair və hahamdır. Həbib Gerez qədim bir ərəb yəhudisidir. Adnan Oktarın anası isə Sami Günzbergindir. Sami Günzberg bir alman yəhudisidir və Osmanlı sarayında diş həkimi işləyib.
Yəni Adnan Oktar həm anadan, həm də atadan yəhudidir.
Türkiyənin Kadiköy ədliyyəsində soyadını dəyişdirərək Adnan Gerez Adnan Oktar olub.
"1986-cı ildə "Bulvar Qəzeti"ndə yazdığım məqaləyə görə, "millətçilik təbliğatı aparmaq" cinayətindən həbs olundum və 9 ay həbsxanada qaldım. 10 ay isə Bakırköy Ruhi və Sinir Xəstəlikləri Xəstəxanasında yatdım.
DİNİ SAVADI YOXDUR
1987-ci ildə "Harun Yəhya" imzasıyla "Yəhudilik-Masonluq" adlı kitab yazdım. Dini təhsilim olmadığı doğrudur. 1979-80-ci illərdə Adnan Hoca Qrupu olaraq bilinən qruplaşmanı təkbaşıma yaratmağa başladım. O dövrdə Yasin Gürlek və 2-3 adam da yanımda idi. Daha sonra Akademiya tələbələri arasından 20-25 nəfərdən ibarət qrup yaratdım. Gürlek hələ də mənim müridimdir, ancaq təşkilat daxilində vəzifəsi yoxdur. 1991-ci ildə Elm Araşdırma Vəqfini yaradana qədər keçən müddət ərzində təşkilatlanma və fəaliyyətlərimə davam etdim.
1993-cü ildə müridlərimdən Firat Develioğlunun bizim üçün Kandildə kirayəyə götürdüyü villaya köçdüm. Müridlərim isə Silivridəki malikanədə qalırdılar.
HƏBS EDİLƏRKƏN EŞQ MACƏRASI YAŞAYIRMIŞ
Adnan Oktar 12 noyabr gecəsi edilən basqın zamanı polisin onu münasib olmayan vəziyyətdə tutduğunu etiraf edib. Oktar polisə verdiyi ifadəsində, "məni tutduğunuz axşam Bahadır Güvən birlikdə yatmağım üçün Tuğçe adlı qızı gətirmişdi", - deyə bildirib. Şəbəkə içində "bacılar" adı verilən qadınlarla cinsi əlaqəyə girməyin qadağan olduğunu söyləyən Oktar, "cariyə" adını verdikləri qadınların isə müridlər, böyük qardaşlar (imamlar) və özü tərəfindən cinsi həyatda istifadə edildiyini söyləyib.
18 İLLİK HƏBS İSTƏYİ
Cümhuriyyət Baş Prokurorluğu Elm Araşdırma Vəqfinin rəhbəri "Adnan Hoca" ləqəbli Adnan Oktar və müridləri haqqındakı istintaqı tamamlayır. Prokuror Əhməd Gursəsin hazırladığı iddianamədə Adnan Oktar və qurduğu "təşkilatın" 32 rəhbəri haqqında "şantaj və təhdidlə mənfəət əldə etmək", "gəlir əldə etmək məqsədi ilə təşkilat yaratmaq" cinayətləri ilə 18 ilə qədər ağır həbs cəzası istənilir.
Adnan Hoca ilə birlikdə həbs edilən şübhəlilərin adları belə sıralanır:
Fırat Develioğlu, Emre Nil, Halil Hilmi Müftüoğlu, Mustafa Kemal Gül, Hasan Basri Güner, Uğur Örmen, Ferhat Terkoğlu, Ufuk Özturgut, Hatice Tijen Öztemir, Alev Ulaşoğlu, Meltem Arıkan, Korkut Yasa, Burak Abacı, Kartal İş, Turgut Aksu, Altuğ Müştak Berker, Burak Sanver, Seçim Köse, Tarkan Yavaş, Ali Suat Kütahnecioğlu, Tolga Horoz, Adnan Tınarlıoğlu, Emre Çalıkoğlu, Bahaettin Selçuk Hazineci, Atilla Menevşe, Mesut Soltay, Muhammed Cihat Gündoğdu, Mehmet Murat Atmaca, Murat Terkoğlu, Gökalp Barlan ve Ersin Alacadağ.
Qeyd edək ki, Adnan Oktar da daxil olmaqla saxlanılan 32 nəfərdən üçü xanımdır.
Adnan Oktarın rəhbəri olduğu Elm Araşdırma Vəqfinin vəkili olan və əməliyyat başladıqdan sonra itkin düşən Bahadır Güvən ilə 3 yoldaşı haqqında qiyabi həbs qərarı çıxarılır.
ŞANTAJ ŞƏBƏKƏSİNİN İÇ ÜZÜ
Adnan Oktar polisdəki ifadəsində yaratdığı şantaj şəbəkəsinin sistemini də bütün detallarıyla açıqlayıb. Oktar, "Hoca, yəni lider "Əhməd Böyük qardaş" ləqəbini istifadə edən mən - Adnan Oktar, məndən sonra təşkilatda "İmamlar" dediyimiz təşkilatı idarə edən şura var idi.
İmamlar birbaşa olaraq mənə tabeydilər. Onların əsas vəzifəsi verdiyim təlimatları yerinə yetirməkdir. Həmçinin qrupa işçi qəbul etmək və imam səviyyəsində olmayan digər müridləri istiqamətləndirmə, idarə etmə vəzifələri imamlara aiddir. Kişi imamların bir vəzifəsi də mənə cinsi əlaqədə olmağım üçün qadın və qız gətirməkdir. Müridlərimin varlı, ağıllı, mədəniyyətli və gözəl şəxslərdən olmasına diqqət göstərirəm. Bunun səbəbi də belə şəxslərin nüfuz dairəsinin geniş olması, beləcə, təşkilat olaraq daha qısa müddətdə güclənməyimizi təmin etmələridir. Şura üzvləri olan 7 imam bunlardır:
- Bahadır Güvən (siyasi təşkilatların işlərini izləmə),
- Firat Develioğlu (hüquq-araşdırma),
- Əmrə Nil (maliyyə işlər),
- Bülent Tatlıcan (yazı işləri ilə məşğul olur, ideya verir),
- Uğur Örmen və Ferhad Terkoğlu (katib və qida işləri),
- Timur (maliyyə yardımı).
BACILAR
Qadın imamlar "Bacılar" adlandırılır və 4 ayrı evdə qalırlar. Onlar ailələrindən ayrılaraq şəbəkəyə qatılan qadın müridlərə nəzarət edirlər. Bacılar eyni zamanda Oktarın kitab yazma işlərində də yaxından iştirak fəaliyyət göstərirlər. Təşkilat daxilində Bacılarla hər hansı cinsi əlaqəyə girmək qadağandır, amma bu, Hocaya aid deyil. Bacılar qrupu Alev Ulaşdoğlu, Meltem Arıkan, Hatice Tijen Öztemir və Arzu Leman Öztemirdən ibarətdir.
CARİYƏLƏR
Müridlər tərəfindən tapılan qızlar "Cariyələr" adlandırılır. Adnan Oktar və İmamlarla cinsi əlaqədə olurlar. Müridlər və İmamların cariyələrlə cinsi əlaqəyə girdikləri zamanı hökmən bir mürid şahid olmalıdır. Amma Oktarın eşq gecələri üçün belə bir zərurət yoxdur. Oktar polisə ifadəsində, "mənim dini anlayışıma görə qadın və kişi arasında kəbin yoxdursa, kişi qadınla normal əlaqədə ola bilməz. Olarsa, zina sayılar. Buna görə də müridlərim cariyələrlə anal və ya oral cinsi əlaqəyə girə bilərlər, əksinə hərəkət edəni cəzalandıraram. Kamal Gül adlı imamlarımdan biri cariyə ilə normal əlaqəyə girdiyi üçün ona cəza olaraq 2 il görüşmədim", - deyib.
TƏMİZƏ ÇIXMAQ CƏHDİ
Adnan Oktar sonradan bu əməllərini təmizə çıxarmaq, daha doğrusu ona qarşı hazırlanmış bir plan olduğunu ortaya atıb və ətrafında olan müridləri vasitəsi ilə bu fikri tirajlayıb. Onun söylədiyinə görə, həbsinə səbəb "Yəhudilik və Masonluq" adlı kitabı və o kitabda yazdığı "Türk xalqındanam, İslam millətindənəm" sözləri olub. Amma sözsüz ki, bu inandırıcı deyil. Çünki onun toruna saldığı gənc qızların siyahısı çox uzanıbmış və şikayət edən valideynlər qızlarını axtarırmış. Elə məhz bu cür faktlar onun şəbəkəsini çökdürmək üçün İstanbul polisini hərəkətə keçirmişdi. 9 ay həbsdə yatdıqdan sonra guya psixoloji problemlərinin olduğunu irəli sürərək, Adnan Oktarı Ruhi Əsəb Dispanserinə göndərirlər. Burada da 10 ay yatdıqdan sonra heç nə baş verməyibmiş kimi azadlığa çıxır. Çünki onu qoruyan və İslam alimi kimi cəmiyyətə sırıyanların qolları çox uzun idi.
ADNAN HOCANIN MALİYYƏSİNİ KİM VERİR?
Adnan Gerez, Adnan Oktar, Haruyn Yəhya, Cavid Yalçın və daha bilmədiymiz adları olan bu adamın həyat yolu və onun əqidəsi barədə bundan artıq yazmağın mənası yoxdur. Çünki dəyişən heç nə yoxdur. İllər əvvəl nə edirdisə, bu gün də onu edir. Və indi bir qədər də fəaliyyət dairəsini genişləndirib. Adamın əlinin altında 100-dən çox sayt, jurnallar, milyonlarla tirajı olan 300 addan çox kitab və bir televiziya kanalı var. Kitabları, jurnalları pulsuz paylanır, A9 televiziyası isə hər gün peyklə yayımdadır. Çox qəribədir ki, bu cür yayım orqanlarının heç birində reklamdan istifadə olunmur. Belədə sual yaranır: Adnan Oktarın milyonlarla dollar dəyərində xərci olan bu işlərin maliyyəsini haradan əldə edir?
Bunun üçün sadəcə bir məsələni qeyd etmək kifayətdir: Mason faktoru. Bütün dünyada mənəviyyat və din əleyhinə fəaliyyət göstərən masonlar Adnan Oktarı da öz dairələrinə daxil ediblər. Məhz onun dəvəti ilə Türkiyənin İstanbul şəhərinə gələn İtaliya Mason Lojasının lideri Gian Franco Pilloni ona «33-cü dərəcəli Mason Diplomu» verib. Beləliklə, özünü İslam alimi kimi təqdim edən Adnan Oktar rəsmən mason olub.
HARUN YƏHYANIN AZƏRBAYCANDAKI İMAMLARI KİMLƏRDİR?
Azərbaycana isə onun fəaliyyət qolları hələ bir neçə il əvvəldən uzanıb. Uzun illərdir onun kitabları ali təhsil ocaqlarımızda gənclər arasında pulsuz paylanır. Kitabları paylayanlar isə Adnan Oktarın özünün dediyi kimi yaraşıqlı gənclərdir. Bu yaraşıqlı gənclər həm oğlanlardan, həm də qızlardan ibarətdir. Onların başında duranlar Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini Aysel Canan Vəlizadə, Sevinc Haqverdizadə, Ləman Piriyeva, Vəfa Məhəmməd, Zaur Rza, Tural Vəliyev, Couli Aziz, Hüseyn Məmmədov, "Düşünən İnsan" jurnalının işçilərindən olan Ramil Rüstəmov və jurnalın korrektoru Vəfa Vildan Kərimzadənin durduğu bildirilir. Bu şəxslər hamısı "A9 Azərbaycan" televiziyasının verilişlərinin aparıcıları, iştirakçıları və hazırlanmasına yaxından iştirak edənlərdir.
Yəqin ki, bu araşdırmanı oxuyandan sonra azərbaycanlı valideynlər bir daha uşaqlarının nə işlə məşğul olmaları, dost-tanışları ilə yaxından maraqlanacaqlar.
faktxeber.com

Комментариев нет:
Отправить комментарий