Mən bir güləm, qızıl rəngim salıb sayə bu aləmə,
Gülər üzlə atılmışam bu dünyaya, bu aləmə
Çağır gəlsin dostu, yarı, ürək desin, qələm yazsın.
Saqi, sən də durma, tələs, sevinc doldur piyaləmə!
Uç, ey xəyal, tut qolumdan, buludlara apar məni,
Yol salamat, gün aydındır, kim bu yerdə çapar məni?!
Mən insanlıq yollarında cəfa çəksəm, düşsəm dara
Nə dərdim var, gər itsəm də ürək yenə tapar məni...
Bu yerlərdə gecə bilməz, sus, ey bayquş, yubanma keç,
Mən azadlıq carçısıyam, dan sökülür məni görcək.
Çox dolanma tülkü kimi igid aslan çevrəsinə,
Tarix boyu işıq səpən nurlu günəş sönərmi heç?
Bu yerlərdə ömür şirin, həyat şirin, can şirindir,
Aydın gecə, qızıl səhər, atəş rəngli dan şirindir.
İndi inci tər tökərək, yaşamağın səfası bol,
İndi zəhmət, hünər şirin, şöhrət şirin, şan şirindir.
Duymayanlar donar qalar, bu dəmlərə, bu çağlara,
Könül quşum uçar, qonar budaqlardan budaqlara,
Gül açılıb, bülbül ötər, səs bürümüş çəmənləri
Büsatı var elin, günün yaz gələli bu dağlara!
Həyat, sən nə nəşəlisən, nə gözəlsən, nə dadlısan?
Nə mən indi piyadayam, nə sən bir quş qanadlısan!
Hardan gəlib qəlb evimdə, bir düşüncə sorar məndən-
Nə sirdir, qocalmayır yaşadıqca səndə insan?

cülər üzlə atılmışam, bu dünyaya, bu aləmə.
Çağır gəlsin dostu, yazı, urək desin, qələm yazsın.
Saqi, sən də durma tələs, sevinc doldur piyaləmə!

Комментариев нет:
Отправить комментарий