Şəhriyar Məcidzadə
15 ay əvvəl biz, Milli Fikir Mərkəzi olaraq silsilə tədbirlər keçirib, nurçuların Azərbaycanda açdıqları məktəblərdə yetişdirilən nəslin ölkənin idarəetməsindən tutmuş, bütün strurkturlarını iflic vəziyyətə salacağını, bu sistemin köklərindən, pasifizm ruhunu aşılamasından, siyasətdən-biznesə, dövlətin ən üst qədəmələrinə qədər uzandığını, öz aralarında evlənib yayılan bir şəbəkə olduğunu, bunun isə dövlətin içində dövlət qurmaq olduğunu deyirdik.
Deyirdik ki, məktəblərdə yetişdirilən nəsil artıq öz ölkələrinin maraqlarından çox, şəbəkənin, konkret olaraq Fətullah Gülənin "mürid” ordusudur. Deyirdik ki, bu ordu mütləq itaətə sahibdir, bank sektorundan mediaya, mediadan güc strukturlarına qədər... və bütün ictimai-siyasi həyatımız, parlament, bu adamların əlinə keçir.
Onlar istədikləri an iqtisadi kriz, siyasi xaos yaratmaq gücünə sahibdir.
Deyirdik ki, bu gün Azərbaycanda heç bir müxalifət partiyasının parlamentdə 24 millət vəkili yoxdur, ancaq onların var. Dövlət idarəetməsində istənilən vaxt yaranacaq bir balaca zəifliklə bu adamlar prezidentə impiçment verə bilərlər.
Nurçu ordusu - "Türk ordusu"
İndi məlum olurmuş ki, bəli, bu, ordu imiş. Adını da qoyublar - Türk ordusu. Biz beləcə danışdıq, hamı üstümüzə gəldi. Dedilər ki, siz bizə nə edə bilərsiniz? Cavab verirdik ki, biz sizə heç nə etmək də istəmirik, bildiklərimizi paylaşırıq. Axı onlar istəmədikləri informasiyanı verməyə bilirlər.
Məsələn, prezident Elnur Aslanovu işdən azad edəndə onların nəzarətində olan media orqanları prezidentin fərmanını vermədi. Bu nə demək idi? "Prezident fərmanını saymırıq, Elnur Aslanov bizim üçün hələ də vəzifə daşıyır" demək deyildimi?
Bir vaxtlar var idi, deyirdilər ki, nurçuların məktəblərini tənqid edənlər şərəfsizdirlər. Bu, əsl mənəvi-psixoloji terror idi. Zamanında cavabını da vermişdik. İndi millət vəkili sayın Fazil Mustafa bir yazı yazıb. Yazını cümlə çıxarmadan, abzasını qeyd edəcəm ki, sonra "söz çıxarmısınız" deyə eşitməyək.
Ağlıma gəlməzdi ki, 2014-cü ilə gəldiyimizdə bu ifadəni işlədəcəyəm: Türk ordusu Azərbaycandan çıxarılır! Qibləsi soyuq şimala olanlar üçün əsl bayram təntənəsi sayıla bilər. Bu, silahlı ordu deyil! Bu, bir təhsil ordusudur! Silahlı ordu tarixdə bir dəfə gəlib öz missiyasını yerinə yetirdi. Dəyərini hələ də vermədiyimiz Nuru Paşa dövlətimizin qurulmasını təmin edərək, bir müstəqil dövlət ideyasını bu günədək ruhumuzda daşımamıza vəsilə oldu.
Biz də elə bundan danışırdıq. Deyirdik ki, bu ordudur. Amma Türk ordusu-filan deyil, məzhəb ordusudur. Bunun silahlı ordu olub-olmaması isə hələ müzakirə edilən mövzudur. Çünki, silah verilənə qədər hələ insan hərbi təhsil görür. Əsas insanın içindəki ideoloji yetinmədir.
Qiyam hazırlanırdı...
İkincisi, silahlı ordu məsələsinə gəlincə bu adamlar fikilərinin zidd olmasına baxmayaraq vəhhabilərin radikal qolu ilə biznes şəriklikləri yoxdur?! Var axı...
Hansı məntiqə sığır radikalları əllərində saxlamaq? Bəlkə, zamanı gələndə radikallar bunlar üçün ölkəni partladanda bu "Türk ordusu" siyasi dialoq qurub bizi xilas edəcək?
Məzh belə olacaqdı. Qiyam hazırlanırdı və qiyamın nəticəsində də, hər şey ələ alınacaqdı. Hətda, tarixi belə bəlli idi: 2020.
Bu şəbəkə idi, iqtisadi-sosial bazaya, silahlı qrupa və məktəblərə sahib olan güclü bir sistem. O sistemin çökdürülməsi haqqında kimsə yanılmasın. Sistem çökdürülməyib. Alternativi verilməyənə qədər də çökdürülməyəcək. Bakıda hələ də gizli evlər var, əllərində ciddi maliyə imkanları var, demək ki, dirəniş də davam edəcək.
Çox maraqlı bir tendensiya var. Deyirik ki, Qumda təhsil alanlar ölkə üçün yaxşı heç nə vəd etmir, bizə nurçu, vəhhabi deyirlər. Deyirik ki, Səudiyyə Ərəbistanında təhsil alanlara imamlıq verilməməlidir, oluruq nurçu və ya şiə. Deyirik ki, nurçular təhlükəlidir, oluruq vəhabi, şiə, Rusiyapərəst. Siz kimsiniz? Bu məmləkət niyə kiminsə nəzarəti altında olmalıdır? Mənim üçün doğru olan bir maraq, bir həqiqət var: Azərbaycanın maraqları.
Kim-kimə xidmət edirsə, ona qarşı mübarizə aparmağın adını Azərbaycan maraqları ilə yox, başqalarının maraqları ilə olduğunu iddia edir. Bilirsiniz niyə? Çünki, özləri həmişə başqalarına xidmət edib.
Hər kəs özündən götürməlidir axı...
Fikir verin indi, bunlar başlayıblar, dövlətin qərarını Rusiya başlı, "Rusiyaya xonça veririk" adlandırmaq təbliğatına. Nə demək istəyirsiniz? Dövlətin düşünən beyinləri, Prezident Aparatında oturub Rusiyaya xidmət edir? Bunlar kimlərə sataşır, bir diqqət edin. Sonra da deyirlər ki, bizim hakimiyyət marağımız yoxdur.
etatist.com

Комментариев нет:
Отправить комментарий