Xəzəllərin xışıltısı, deyir gəlib qonaq payız.
Dolub yenə bulud gözü, küləklə ah edir həzin,
Nədirsə dərdi sanki kövrəlib, olub uşaq payız.
Yağış pıçıltısıyla bir səsin bu pəncərəmdədir,
Özün yaxınsan, amma ki səsin gəlir uzaq, payız.
Sənin xəzəllərin kimi mənin ümidlərim solub,
Kədər dolu bu qəlbimə, neçin çəkir ki dağ, payız?
Bu doğmalıqdı, meh əsir, bütün ağaclar ağlayır,
Solan bütün çiçəklərə açır demək qucaq payız.
Təbəssümünlə parlayır könüldə eşq ulduzun,
Buludlar ilə soldurur, çəkir həzin boyaq payız.
O sərvin uğruna gedib varım, Araz, tək indisə,
Kasıb bir oğlanam- sənin ağacların sayaq, payız.
Комментариев нет:
Отправить комментарий