“İndiki vəziyyətə nəzər saldıqda gördüm ki, Ərəb baharında da eynən bizdəki kimi öncə Ərəb Baharı inqilabının ideyalarını yayıb, çoxlu tərəfdaş toplayıb daha sonra küçələrə tökülüblər. İraq, Suriya, Yəmən, Liviya və digər ölkələrdə baş verən hadisələri törədiblər. Analogiya apardıqda Fazil Qəzənfəroğlunun apardığı bu siyasət olduğu kimi Ərəb baharına uyğundur. İkincisi, 15 iyulda Türkiyədə FETÖ-çülər çevriliş etdilər və dövlət həmin çevrilişin qarşısını aldı. Türkiyə dəfələrlə bəyanatında FETÖ-çülərin hələ də müxtəlif istiqamətlərdən stabilliyi pozmağa çalışdığını bildirib. Türkiyənin ən əsas strateji müttəfiqlərindən biri də Azərbaycandır. Əgər FETÖ-çülərin doğrudan da Türkiyəyə qarşı hansısa planı varsa, həmin planı ilk növbədə Azərbaycandan başlayaraq həyata keçirməlidirlər. FETÖ-nün Türkiyəyə gücü çatmırsa, onun qardaşına gücü çatar. Sual olunur ki, bəs həmin proseslərdən sonra Azərbaycanda nələr baş verə bilər? Fazil Qəzənfəroğlunun fəaliyyətinə nəzər salaq. Bilirəm ki, bir vaxtlar Türkiyədə nurçuların təsiri altına düşüb, təriqəti qəbul edib. Nurçuluqla bağlı kitablar yazıb, özü də nurçudur. Şiələri də nurçu olduğu üçün təhqir edir. Onun bu münasibətinin Azərbaycanda qarşıdurma yaratmağa çalışdığı açıq-aydın görünür. Cübbəli Əhməd kimi Azərbaycanda həmin siyasəti aparır. Cübbəli Əhməd də nurçuların tərəfdarlarından biridir. Görünür ki, bunun arxasında da Azərbaycanda məzhəb fərqliliyi əsasında çaxnaşma yaratmaq cəhdləri durur”.
Sərdar Cəlaloğlu
Комментариев нет:
Отправить комментарий