Fotoqraf şəkilləri Hələbdə çəkildiyi adı ilə sosial şəbəkələrdə paylaşacağını təsdiq edib
Bu məlumatlar Suriyada “yaralı uşaqlar”la bağlı şəkilləri iki dəfə yoxlamalı olduğunuzu göstərir. Misir polisi ekranlarınızda başqa bir yalan hekayənin ortaya çıxmasının qarşısını alıb.
İnterAz xəbər verir ki, Misir Daxili işlər nazirliyinin rəsmi “Facebook” səhifəsində bununla bağlı video yayımlanıb.
Misir polisi “yaralı uşaqların” səhnələşdirilmiş şəkillərini çəkən şəxsi saxlayıb. O, çəkdiyi şəkilləri sosial şəbəkələrdə Suriyanın Hələb şəhərində qırğın və yaralı insanların görünyüsü kimi paylaşmağı planlaşdırıb.
“Misirin Port Səid əyalətində saxlanılan çəkim komandasına fotoqrafın köməkçisi və uşaqların valideynləri daxildir”,- nazirlik sosial şəbəkədə yazıb.
Məlumata görə, polis yerli rəsmilərin qərarı ilə qanunsuz olduğu üçün dağıdılan binaların yanında olan çəkim prosesinə şahidlik edib. Boya ilə qırmızı rəngə boyanmış ağ paltarlı qızın əlində, eyni formada “qanlı” olan oyuncaq da var.
Fotoqraf şəkilləri Hələbdə çəkildiyi adı ilə sosial şəbəkələrdə paylaşacağını təsdiq edib.
Комментариев нет:
Отправить комментарий