Çəkmişik daim bəlalər, qoy dəğalər bilməsin.
Görməsin acizliyin, bir kimsə əsla, ey pəri,
Cürmün agah olmasın, kaş bihəyalər bilməsin.
Əymə izzin, istəməzdim qəmli görsünlər səni,
Ey mələk, məhrəm deyil, əhli-riyalər bilməsin.
Umma nakəsdən vəfa, duyduqda halın şad olar,
Həm tutar qəm, halətindən aşinalər bilməsin.
Ey könül, əğyar ilən gəl yarı həmta eyləmə,
Ömrdən ədnanı rədd et, canfədalər bilməsin.
Bir qatardır ömrümüz, fərz et yüküm qəm, ərzimi
Qoy çəkim dərgahi-Həqqə, dilrübalər bilməsin.
Həm nə lazımdır bu beş günlük həyatı məhv edək,
Ey Səfayi, Həq bilir, bilmir gədalər bilməsin...
Комментариев нет:
Отправить комментарий