Arpaslan Kuytulun çıxışının bir hissəsi çox xoşuma gəldi. O Türkiyədən danışsa da, orda Türkiyə sözünü Azərbaycan sözü ilə əvəz etmək kifayətdir. Dedikləri elə Azərbaycana da aiddir. Cəmiyyətdə olan bir problemi müxtəlif yollarla həll etmək olar. Baxır həmin cəmiyyətin vəziyyətinə. Məsələn mübarizə yolları... Əgər bir cəmiyyətdə mübarizə varsa onun yolları da fərqlənə bilər. Və bir qrup başqa qrupu onun tutduğu yola görə ittiham etməməlidir. Bu həm dindarlara, həm də qeyri-dindarlara aiddir. Bəzən mübarizənin müxtəlif yolları bir-birinə dəstək olur. Bir-birini tamamlayar. Bu işdə dar düşüncəyə yol vermək olmaz. Mübarizənin sərt növü ilə mülayim növü bir-birini tamamlayıb daha yaxşı nəticə verə bilər.
Biri sərt etiraz edirsə, o demək deyil ki başqaları eyni onun kimi onun yanında durub məhz o cür etiraz etməlidir. Bəlkə onunla bu işdə razı olmayanlar var? Bəlkə onların öz dəlil-sübütları var ki, indi bu cür etirazın vaxtı deyil və kütlə buna hazır deyil? Bəlkə də başqaları o etiraz edənlə razıdır, amma onların vəzifəsi başqadır? Ümumiyyətlə, etirazın və mübarizənin qaydaları var. Bir qrup çıxış edir deyir ki, sənin nə kütlən var, nə cəmiyyətdə ağırlığın var, nə pulun var, nə də ki qüvvən var. Bu qaydalara riayət etmədən necə etiraz edib başqalarını vaxtından əvvəl təhlükəyə ata bilərsən?
Şiələrin on iki İmamı (ə) var! Bir yox, on iki İmamı (ə)! Mübarizəni tək İmam Hüseyn (ə) aparıb? Başqa İmamlar (ə) aparmayıb? Aparmayıbsa, onları niyə şəhid ediblər? Sən necə təyin etdin ki, indi məhz İmam Hüseynin (ə) zəmanəsidir, İmam Baqirin (ə) deyil, İmam Cəfərin (ə) deyil, İmam Rzanın (ə) deyil? Hansı ictihada görə? Sən bu işdə ancaq özün qərar vermisən. Və sənin yanında səninlə razı olanlar varsa, olsun. Başqaları da sənə mane olmasın. Bu sənin yolundur, sənin seçimindir.
Bəlkə də indi bir neçə İmamın (ə) vaxtıdır və kimsə İmam Hüseyn (ə) kimi, kimsə İmam Rza(ə) kimi, kimsə də İmam Cəfər(ə) kimi hərəkət etməlidir və hərənin öz yolu və istiqaməti var? Niyə bu haqda düşünməyək? Bəlkə sən bu yolda olmalısan, demək hamı bu yolda olmamalıdır? Bunları niyə düşünmürük?
Mən sənin kimi mübarizə aparmıramsa, bu o demək deyil ki, ümumiyyətlə sənin yolunu dəstəkləmirəm. Ola bilsin mən sənin bəzi hərəkətlərini dəstəkləmirəm, amma ümumiyyətlə ürəyimdə səninləyəm.
Əlimizə 3-4 dənə İmam Hüseyn (ə) haqqında hədis götürüb camaatı bezar etmək, küsdürmək düzgün deyil. Bəlkə biri qorxur. Bəli, qorxur. Qorxa bilməz? Hələ ki hazır deyil malından, canından və ailəsindən keçsin, amma ürəyində səninlədir. İndi sən belə insanların üstünə od püskürüb haqq yoldan tamamilə uzaqlaşdıracaqsan? Bəlkə o sabah hazır olardı, amma sən onu iyrəndirdin, itələdin, uzaqlaşdırdın.
İmam Hüseyn (ə) Kərbəla hadisəsində öz tərəfdarlarına izn verdi ki, getsinlər. Hətta elə bir şərait yaratdı ki, onların abırı getməsin. İmam Hüseyni (ə) nümunə bilənlər bu hərəkəti də nəzərə almalıdırlar.
Bu nöqsanların hamısı orta və ali təhsilin zəifliyindən irəli gəlir. Dünya tarixinin və İslam tarixinin zəyif bilmələrindən, təhlilləri zəif olduğundan irəli gəlir.
Amma elə də ola bilər ki etiraz sərt olmalıdır. Mübarizə sərt olmalıdır. Bunun da öz vaxtı var. Bəziləri elə bilməsin ki, sərt etiraz və mübarizənin sərt yolları olmamalıdır. İslam tarixində buna misallar var. Bu o demək deyil ki adam mübarizənin ancaq bir yolunu, mülayim yolunu tutub getməlidir. Bu da səhvdir. Əsas odur ki, insan özünü aldatmasın, öz malına, canına, ailəsinə ziyan dəyməsin deyə ancaq mülayim yolu seçmək, güya təqiyyə etmək və s. boyunqaçırmalar olmasın. Təqiyyə də bir növ bəhanə olmasın.
Sözüm odur ki hər zaman ictimayi-siyasi duruma düzgün diaqnoz qoyub mübarizənin düz yolunu seçməyə bacarmaq lazımdır. Buna görə də hər hansı bir liderdə təcrübə olmalıdır, bilik olmalıdır, mübarizənin zəmanədən asılı olaraq bütün şərtlərinə riayət olunmalıdır. Mən bilirəm yox. Ola bilsin bilmirsən! Səhv edirsən! İnsanların həyatını təhlükəyə atırsan! Say-seçmələri məhv edirsən! Bunların yetişməsinə illər gedir və biz onları itiririk və bizi yenidən geri atırlar. Və bütün indiyə kimi olan nailiyyətlər də əldən gedir! Lakin vaxtında olan iş çox gözəl nəticələr verir. Zəmanəya görə, zəmanəyə uyğun hərəkat olmalıdır. Və seçdyimiz yollar fərqli olsa da bir nəticəyə xidmət edə bilər və bir problemi müxtəlif yollarla həllinə xidmət edə bilər. Müsəlmanlar zəif və sayda az olduqda mübarizənin sərtliyi də elə həmin güclə ölçülməlidir. Hal-hazırda müsəlmanlar ancaq güclənməlidirlər, adamlar yetişdirməlidirlər. Hissə-hissə, az-az bu uşaqları qırdırmaq, sındırmaq olmaz.
Azərbaycanda bir mübariz mömin yetişənə qədər illər keçir. Bura Qum, Nəcəf deyil ki minlərlə insana açıq şəkildə əsil həqiqətlər çatdırılsın, ürəklər cuşə gətirilsin. Azərbaycan yeganə şiə ölkəsidir ki, bolşevik rejiminin maşının altından çıxıb. Və indidə bu maşının qalıqları işləməkdədir. Burda İslam sıfırdan yox, minusdan qalxıb indiki vəziyyətə çatıb. Və hələ də çox zəif səviyyədədir. Müsəlmanlar siyasi meydana 300-500 nəfərlə yox, 10 min, 50 min nəfərlə çıxanda onlarla hesablaşacaqlar. Və hansısa nəticələr əldə etmək olar.
Məhəmməd Peyğəmbərdən (s) soruşdular ki sənin uğurunun səbəi nədir? O cavab verdi: Xədicənin pulları, Abu Talibin hörməti, Əlinin Zülfüqarı. Aydındır ki, Allah ən üstün amildir. Amma burda söhbət cəmiyyətin içində iş görməkdən gedir. Onu ki sən özün etməlisən.
Peyğəmbər (s) üç məsələyə toxunur: 1) Pul, maddi imkanlar; 2) Hərəkatın hörməti, liderin xalq arasında çəkisi və nüfuzu; 3) Bir də güc, belə deyək, vuran əl. Bu üçü olmayınca durub əjdaha ilə toqquşmaqla hərəkata ancaq ziyan gətirəcəksən. Qurban vermək lazımdır, şəhid də vermək lazımdır, amma biləsən ki, bunun sonu nəticəsi var və bu uğurlu nəticə məhz sənin hərəkətlərinin nəticəsidir, başqasının yox. Bu bütün inqilabların, müqavimətlərin qaydalarıdır. Əsaslarıdır. Sənin pulun yoxdursa, xalq arasında on minlərlə, yüz minlərlə səni müdafiə edəcək tərəfdarın yoxdursa, sənin vuran əlin yoxdursa, sən ilk öncə gərək bu məsələləri həll edəsən.
Lap nəsə dəyişdi, və sən hansısa tarixi təsadüfə, hadisəyə görə birdən hakimiyyətə gəldin. Hanı sənin kadrların? Hanı professional hərbiçilərin, hanı sənin polislərin, hanı sənin iqtisadiyatçıların, hanı sənin diplomatların, hanı sənin siyasətçilərin, hanı sənin kəşfiyyat işçilərin? Sənin heç nəyin yoxdur, heç bir adamın yoxdur. Dindar kütlənin böyük əksəriyyətinin nə düz-əməlli təhsili var, nə də ki təhsil ocaqlarında həvəs göstərib dərs oxuyublar. Səni Misirdəki prezident Mursi kimi bir kukla kimi saxlayıb devirəcəklər. Çünki sənin heç nəyin yox idi. Sən kadr siyasətin yox idi, kadrların yox idi. Sənin hər hansı bir islahat keçirməyə adamların yox idi.
Ona görə də müsəlmanalar güclənməlidirlər, oxumalıdırlar, onların içində hərbiçilər, iqtisadiyyatçılar, siyasətçilər, hüquqşünaslar olmalıdır. Onlar bir liderin arxasında olmalıdırlar. Bu şərtlərin heç biri sizin ölkənizdə yoxdursa, ilk öncə bu problemləri həll etmək lazımdır. Bunun da yolları var.
Və bu birdən birə alınan iş deyil. Bunlar hamısı vaxt tələb edir. Mərhələlər tələb edir.
Nə yazıq ki ölkəmizdə bu iş köklü şəkildə görülməyib və müsəlmanlar ən azı 20 il vaxt itiriblər.
Комментариев нет:
Отправить комментарий