12.01.2017

İŞİD türmən elini mühasirəyə alaraq uşaq və qadınları əsir götürəndə Türkiyə hardaydı?

Türkmən könüllülərinin rəsmi mətbuat katibi Seyyid Əli Əl Hüseyni:
“Türkiyə yeni Osmanlı imperiyası qurmaq istəyir, amma biz onu xəbərdar edirik. Sən İraqın milli birliyini və müstəqilliyini əsla poza bilməzsən. Türkmənlər, iraqlılar, şiələr və sünnilər hamısı İraq xalqıdır! Biz Türkiyənin əsla bizimçün narahat olmadığını bilirik. Amirli 85 gün mühasirədə olarkən sən hardaydın? Tuzhurmatu və Türkmən bölgələri mühasirəyə düşərkən və ya işğal olunarkən sən hardaydın? Bəşir Sarayı mühasirəyə alınaraq uşaq və qadınlar əsir götürüləndə sən hardaydın? Onlar türk deyildilərmi? Türkiyənin türkmənləri kömək etməsi və qoruması iddiaları yalandır. Bizim türklərin köməyinə ehtiyacımız yoxdur. Türkiyə İraqa əlini uzatsa, əlini kəsərik”.

Комментариев нет:

Отправить комментарий