Allah neçə Zeynəb yaradıb tariximizdə?
Zeynəb necə məktəb yaradıb tariximizdə!
İsari canı dəb yaradıb tariximizdə.
Bir kimsənin ustadı ki, Zəhra ola əlbət
Başdan ayağa qibtə edər ol kəsə qeyrət.
Zeynəb bizə dünyadə olan ovcu-şərəfdir,
Zeynəb adı zinətdi bizə dürrü-sədəfdir,
Zeynəb bizə yoldur, bizə məqsəddi, hədəfdir.
Hər kəs ki, tuta damənini xoş olacaqdır,
Zeynəbsiz əməl dəftərimiz boş olacaqdır.
Zeynəb xanıma tənə edən, ey dili qafil,
Olmuş ürəyin, beynin əcəb İblisə mail.
Sən kinlə, küdurətlə nəyə olmusan hasil?
Zəhra qızını sevməyənin zatı xarabdır,
Zəhra qızına eşqi olan ali cənabdır.
Zeynəb elə Zeynəbdi, onun canı Hüseyndir,
Hər dərdi olarsa yenə dərmanı Hüseyndir,
Eşqində sədaqətlidi, cananı Hüseyndir.
Hər vaxt yadına düşsə Hüseyn, qəlbi yanardı.
Zəhra toxuyan köynəyə həsrətlə baxardı.
Zeynəbdi mənim çeşmi-həyatım, nəfəsimdir
Bikəs məni sanma bu həyatda, o kəsimdir
Mən öpsəm onun qəbrini, vallahi bəsimdir!
Seyyid, Xanımın isminə et böylə nəzakət,
Qismət olur aşiqlərə ol dəmdə ziyarət.
Комментариев нет:
Отправить комментарий