Hazırda Azərbaycanın hüdudlarından kənarda yaşayan Bakı ermənilərinin arzuları çin olur. Onlar 27 il əvvəl tərk etdikləri şəhərə geri dönməyə başlayırlar. Hərdən KİV-lərdə və sosial şəbəkələrdə Qarabağ münaqişəsinin ilk illərində Azərbaycanı tərk etmiş ermənilər burada yaşadıqları günlər haqda nostaljilərini bölüşürlər. Axı onların çoxu Köçəryan və Sərkisyan kimi keçmiş səhra komandirlərinin yaratdığı xuntanın idarəçiliyi altında hər gün sosial ədalətsizliklərlə üzləşirlər, elementar hüquqlardan məhrumdurlar.
Belələrindən biri- Lida Ervandovna Balasanyan ən yaxın günlərdə Azərbaycan vətəndaşlığını bərpa etmək üçün sənədləri alacaq. Lida Balasanyan artıq Bakıya qayıdıb. Və dərhal qohumları ilə birlikdə haqqin.az saytının redaksiyasına təşrif buyurub. Onu redaksiyada irəvanlı jurnalist Syuzan Caqinyanın başçılıq etdiyi Ermənistan şöbəsi qarşılayıb.
Lida Balasanyan 1940-cı il sentyabrın 20-də Bakıda anadan olub. Onun valideyinləri Şəmkirdəndir, atası orada yanğınsöndürən işləyib. Lida nənə Bakıdan 90-cı illərin əvvəllərində gedib, burada onun çoxsaylı qohumları qalıb. Hazırda onun dörd uşağı, yeddi nəvəsi və 4 nəticəsi var. Praktiki olaraq onların hamısı Bakıda yaşayır, bir nəvəsi və 4 nəticəsi istisna olmaqla.
77 yaşlı qadının həyatı zəngin və mürəkkəbdir. Onun əri Mixail Həsənov 1976-cı ildə ağır xəstəlikdən ölüb. Lida özü 40 il müxtəlif işlərdə işləyib. Tikiş fabrikində, Azərbaycan SSR-in sosial təminat Nazirliyində çalışıb. İrəvana gedəndən sonra Lida Balasanyan heç yerdə işləməyib, dilənçi pensiyası alıb, vaxtaşırı olaraq “bomj”ların yeməkxanalarında qalan artıqla qidalanıb. Və İrəvanda onun qardaşı Mais Balasanyanı yaşamasına baxmayaraq Lidanın onunla münasibətləri alınmayıb.
Lidanın Bakıda qalan uşaqları uzun illər ərzində analarından məlumat ala bilməyiblər. Onun oğlu usta işləyir, təmir işləri ilə məşğuldur. İki qızı isə hələ də uşaq bağçasında tərbiyəçidir. Üçüncü qızı işləmir.
2009-cu ildə ailə təsadüfən öyrənib ki, Lida Balasanyan sağdır və İrəvanda dilənçilik edir, erməni pensiyaçıların bir çoxu kimi. Qərara alınır ki, onu Gürcüstana köçürsünlər. Rustavidə kirayə mənzildə Lida nənə 2016-cı ilin dekabrına kimi yaşayır. Erməni vətəndaş cəmiyyəti fəallarının, xüsusən Syuzan Caqinyanın Bakıya gəlməyə başlamasından sonra Həsənov-Balasanyan ailəsində qərara alırlar: yaşlı qadını Gürcüstandan götürüb Bakıya gətirsinlər, ona qulluq etsinlər.
Lida nənənin qohumlarının dediyinə görə onlar bu haqda Azərbaycanın dövlət orqanlarını məlumatlandırıblar. Həmin orqanlar Lida Balasanyanın Bakıya gətirilməsinə dəstək veriblər, bu işdə kömək göstəriblər.
“Biz hamımız onun Bakıya gəlişindən şadıq. Bu, prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin sülhməramlı təşəbbüslərinin dəstəklənməsinə yönəlmiş siyasəti sayəsində baş tutur. Biz bütün ailəmizlə bu platformanı dəstəkləyirik və azərbaycanlı, erməni sülhpərvərlərinin sıralarına qoşulmaq istəyirik. Tezliklə Lidanın nəticələri də Londondan Bakıya gələcək. Pasporta gəldikdə biz artıq vətəndaşlığın bərpası üçün ərizə vermişik”- Balasanyanın qızı Sevil Həsənova bildirir.
Bakıda olduğu bir ay müddətində Lida Balasanyan öz qohumlarında qonaq olub, şəhəri gəzib. “Mən Bakıda, Sovetski küçəsində yaşayırdım. İndi burada mənə tanış yerlər tamam az qalıb. Bununla belə şəhər çox xoşuma gəlir. İrəvanda çoxlu Bakı erməniləri yaşayır, onlar Bakıya dönməyi arzu edirlər. Sərkisyana və Qarabağ münaqişəsini başladan digər millətçilərə Allah lənət eləsin. Axı azərbaycanlılar və ermənilər bu torpaqlarda sülh şəraitində yaşayırdı. Azərbaycan xalqı həmişə xeyirxah və dözümlü xalq olub. Mən əminəm ki, qarabağlılar da bu faşistlərin əlindən beziblər. Və onların hamısı Azərbaycanın tərkibinə qayıtmaq istəyir”- Lida Balasanyan deyir.
Sonrakı planlara gəldiksə isə Lida Balasanyan bildirir ki, doğma Bakıda yaxınlarının, əzizlərinin əhatəsində yaşayıb həyatdan ləzzət almaqdan başqa arzusu yoxdur...
virtualaz.org
Комментариев нет:
Отправить комментарий