21.01.2017

Fazil Mustafa: İlham Əliyevin baş nazir postunu zəbt etməsi rəzalətdir

Xeber.info saytı maraqlı bir tapıntını oxuculara təqdim edib. Məqalədə deyilir ki, Milli Məclisin deputatı Fazil Mustafa ölkə prezidenti İlham Əliyevin vaxtilə baş nazir postuna seçilməsini rəzalət adlandırıb. Bu gün ölkə başçısı İlham Əliyevin kursunu dəstəklədiyini deyən Fazil Mustafa vaxtilə mərhum prezident Heydər Əliyevi hakimiyyətə çevriliş yolu ilə gəlməkdə və seçkiləri saxtalaşdırmaqda ittiham edir. Belə bir məsəl var, fikrini dəyişməyən, bir dəlilərdir, bir də ölülər. Əlbəttə, Fazil Mustafa nə dəli deyil, nə ölü, amma bu gün ölkədə yaranmış hər hansı problemə etiraz edənləri müxtəlif ölkələrin agenturasına işləmək böhtanı ilə ləkələməyə çalışır. O zaman sual olunur, Fazil Mustafa deputat olmazdan öncə iqtidarı təhqir etdiyi dönəmlərdə hansı ölkənin agenturasına işləyirmiş? Fazil Mustafanın "Yeni Müsavat" (6 avqust 2003-cü il) qəzetinə verdiyi açıqlamanı olduğu kimi tədim edirik.

Böyük Quruluş İlham Əliyevin baş nazir postunu zəbt etməsini rəzalət kimi qiymətləndirir.
Srağagün Milli Məclisin iclasında Heydər Əliyevin oğlu İlham Əliyevin baş nazir postuna gətirilməsi müxalif siyasi qüvvələrin etirazına səbəb olub. Bu qərara Böyük Quruluş Partiyası Təşkilat Komitəsinin sədri Fazil Qəzənfəroğlu da partiyanın münasibətini açıqlayıb. Açıqlamada deyilir:
"4 iyun 1993-cü ildə Gəncədə Surət Hüseynovun başlatdığı hərbi qiyam onun siyasi varisi Heydər Əliyev tərəfindən 24 iyun 1993-cü ildə Milli Məclisdə dövlət çevrilişi ilə yekunlaşdırılmışdır. Azərbaycanın son on ilində bu sürəc davam edib və indiyə qədər ölkədə legitim hakimiyyət formalaşmayıb.
Bu günədək H.Əliyev hakimiyyətinin keçirdiyi bütün seçkilər saxta və antidemokratik olub. 4 avqust 2003-cü il tarixdə xalqın iradəsini əks etdirməyən MM-in Heydər Əliyevin oğlu İlham Əliyevin Azərbaycan Respublikasının baş naziri postuna qəsb etməsinə razılıq verməsi haqqında qərarı da 24 iyun 1993-cü ildəki çevriliş ənənəsinin yeni formada davam etdirilməsidir. Elçibəyin başçılıq etdiyi legitim hakimiyyəti qəsb edən Heydər Əliyevin sağlığında atılan addımlar onun ölümü ilə bağlı informasiyaların daha ciddi qəbul olunduğu bir zamanda təkrar olunub.
Bu dəfə də ölkə Konstitusiyasının prinsipləri saya sayılmayıb, Azərbaycanda konstitusiyasız monarxiyanın təməlinin qoyulması istiqamətində rəzil addım atılıb. Bu hadisə ölkədə demokratiyanın olmamasının və Konstitusiyaya adi kağız parçası kimi baxılmasının bir örnəyidir".
Fazil Qəzənfəroğlu bəyan edir ki, Böyük Quruluş Partiyası 4 avqust 2003-cü ildə hakimiyyətin yenidən qəsb olunması olayını 4 iyun 1993-cü il qiyamının davamı kimi qiymətləndirir, cəmiyyətimizi və dünyanın demokratik ictimaiyyətini Azərbaycanda demokratiyanın müdaiəsi üçün əal mövqe tutmağa çağırır.

"Yeni Müsavat"   № 209(2136) 6 avqust 2003

Комментариев нет:

Отправить комментарий