Aşiq olmuş güli-xəndanə sənin xatirinə.
Hər kəs istər sürə öz ömrünü şən dünyadə,
Razı oldum qəmi-dövranə sənin xatirinə.
Çəkirəm şövq ilə eşq içrə bu dərdindi deyə,
Yummuşam göz daha dərmanə sənin xatirinə.
Sünbülüm, yasəmənim, nazlı gülüm sənsən, sən,
Çıxmaram bir də gülüstanə sənin xatirinə.
Vüqarı məst eləyən gül dodağındır, gözəlim,
Ələ almaz dəxi peymanə sənin xatirinə.
Комментариев нет:
Отправить комментарий