13.01.2017

Türkiyə Qarabağ hadisələri zamanı söz deməkdən başqa bir iş görməyib

Gamlo Əsədullah

Anadolu Dövlət Universitetinin "Orta Asya ve Kafkasyada siyaset" dərslik kitabının 130-cu və 137-ci səhifələrinə diqqət yetirin.
130-cü səhifədə yazır ki, Kəlbəcərin işğalından sonra qətliamdan qaçmağa çalışan camaat üçün Azərbaycan Türkiyədən yardım istəmişdir. Ancaq Türkiyə Rusiya ilə gərginlik yaşanmasın deyə hərəkətsiz qaldı və etiraz sözündən başqa heç nə göstərmədi. Ankara bu sırada İranınn qətliamdan qaçan insanlara Azərbaycan sərhədləri içində yardım etməsini dəstəkləmişdir. Yəni özü Rusiyadan qorxduğu üçün bir iş görməyib, İranın Azərbaycan yardımlarını dəstəkləmişdir. Yəni sən kömək elə bizə bir şey olmasın. Nə gözəl siyasətdir!..
Ordaca yazır ki, Azərbaycan Kəlbəcərdən camaatı çıxarmaq üçün Türkiyədən helikopter istədi, amma türklər vermədi. Burda aydın olur ki, Türkiyə o dönəmdə Kəlbəcər hadisələri zamanı söz deməkdən başqa bir iş görməyib. Əvəzində İranı qabağa verib. Onu da əlavə edim ki, hətta erməni jurnalistlərin yazdığına görə İran o dövrdə Azərbaycandan icazə istədi ki, müharibəyə qoşunla müdaxilə etsin. Buna görə də iki alayını sərhəddə çəkdi. Amma Azərbaycan buna razılıq vermədi. Bu haqda məlumat paylaşmışdım. Keçək 137-ci səhifəyə...
Orda yazılıb ki Türkiyə Ermənistana 100 min ton buğda göndərib. Özü də Ermənistanın tələbi ilə, özü də ən ağır vaxtlarında.
Bizim yadımızdadır ki, Azərbaycan ordusunun 1992-ci ildə 4 aylıq uğurlu hücüm əməliyyatları nəticəsində 220 yaşayış məntəqəsi azad olunmuşdur. Üzü qışa gedirdi. Və noyabr ayında hücum dayandırıldı və 1993-cü ilin yaz aylarında başlanılacaq yeni irimiqyaslı hücüma hazırlıq başlandı. Onu da qeyd edim ki, bu uğurlara AXCP-in heç bir aidiyyəti olmayıb. Əksinə sonra baş vermiş fəlakətlərdə onların birbaşa iştiraki olub. Bu uğurlu əməliyyatlardan sonra 2-ci korpusun komandiri polkovnik Sürət Hüseynova Milli Qəhrəman adı verildi. Nə isə, bu başqa mövzudur, bu haqda başqa geniş yazı paylaşaram. Sadəcə onu göstərmək istədim ki o vaxt ermənilər faktiki olaraq dizə çökmüş vəziyyətdə idilər. Keçək mətnə...
Sonra yazır ki, buğdadan başqa Türkiyə Ermənistana elektrik enerjisinin verilməsinə də razılıq vermişdir. Azərbaycan buna etiraz etdi. Və bu enerji verilmədi. Amma biz çox gösəl bilirik ki, bu enerji də verilib. Axı bunu Türkiyənin keçmiş baş naziri Nəcməddin Erbakan özü Əbülfəz Elçibəyə demişdi, Elçibəy də o sözləri əlində bir vedrə şpaklyovka götürüb malaladı. O videonu da youtubedə var.
Bundan başqa mətndə deyilir ki Türkiyə 1992-1993-cü illərin ağır qış aylarında Avropadan Ermənistana göndərilən yardımları öz ərazisi ilə buraxıb. Türkiyənin bu hərəkəti də Azərbaycanı bir ölçüdə "hayal kırıqlığına uğratmışdır".
Qeyd: Bu kitab dərslikdir və müəlliflərin içində Alaeddin Yalçınkaya və Cəmil Həsənli var.

Комментариев нет:

Отправить комментарий