Ey mələk, ey hüsnü rə'na, ağlama.
Ört niqabın, gizli qalsın surətin,
Ey mənim ömrümdə mə'na, ağlama.
Ağlama, biganələrdən gizli tut,
Görməsin göz yaşın ədna, ağlama.
Qoyma axsın gözlərindən qanlı yaş,
Düşməsin torpağə səhba, ağlama.
Bir əmanətdir canım, ey nazənin,
İstə, verrəm bitəmənna, ağlama.
Mübtəlayəm zülfünə, ey munisim,
Xəlqə mə'lumdur bu sövda, ağlama.
Aşiqin əhvalını aşüftə bil,
Eyləmə eşq içrə rüsva, ağlama.
Ey pərivəş, məhv olar mülk aləmi,
Axsa gər əşki-müsəffa, ağlama.
Həm Səfayi-zar tək var həmdəmin
Müztəribin oldu peyda, ağlama.
Комментариев нет:
Отправить комментарий