Yetiş ki, dərdimə səndən səva dəva yoxdur.
Ədavü nazın əcəb artırır gözəlliyini,
Nə yardır ki o yar, onda naz, əda yoxdur.
Üzündə bunca gözəllik görüb, olub valeh
Mələk dedim sənə təşbihdə xəta yoxdur.
Qidasıdır üzünün seyri ruhumun, ey gül,
Üzünü görməyəli ruhuma qida yoxdur.
Qəmində yüksəlir ahü fəğanım ərşə qədər,
Neçin bu ahimə bəs ərşdən səda yoxdur?
Əlacım istər isən, ey təbib, yarı gətir,
Şəfa bu xəstəliyə yardən səva yoxdur.
Soruşma: "Dəştiyə səhra neçin olub məskən?"
Qəmi-dilin deməyə özgə aşina yoxdur.
Комментариев нет:
Отправить комментарий