Hələ də görüşə bilmədik nəsə,
Beləcə ölə də bilmirik hələ.
Bəlkə bir şeirdə görüşə bildik,
Bəlkə bir şeirdə ölmüşük elə?!
Bəlkə əl açırsan dilənçi kimi,
Mən sənə əlimi verə bilmirəm.
Qapı-qapı gəzib dilənən qadın,
Bəlkə elə sənsən, görə bilmirəm?!
Nəysə... bağışla ki, axtardı səni,
Özün bu şəhərdə itirən adam.
Bu səhər şəhərdən ayrılıb gedən,
Bu gecə hər şeyi bitirən adam!
Geriyə dönməzlər incik gedənlər,
Sevgisiz gedənlər küsdüyü yerdən.
Bir damcı sevgi də ummayaq gərək,
Tanrı sevgisini kəsdiyi yerdən.
Комментариев нет:
Отправить комментарий