18.04.2017

Hacıqabulda ərəblər mikroavtobusa atəş açdı

Hacıqabul rayonunda ov edən ərəb turistlər yol ilə hərəkət edən avtomobilə atəş açıb. report.az bildirir ki, ov tüfəngindən açılan atəş "Mercedes" markalı mikroavtobusun alın şüşəsinə dəyib.
Hacıqabul Rayon Polis Şöbəsi məsələyə aydınlıq gətirərkən bildirib ki, açılan güllənin kimə məxsus olması hələ aydınlaşmayıb: "Hələ bilinmir ki, ərəblərdi ya yox. Nəmalum əşya atılıb. Orada güllə yarası, güllə səsi yoxdur".
Hadisə nəticəsində avtomobilə 1000 manat dəyərində ziyan dəyib.

Комментариев нет:

Отправить комментарий