15.04.2017

Ən-Nusra terrorçuları 38 uşağı yandıraraq öldürdü - SURİYADA

Aprelin 15-də ən-Nusra terror təşkilatı Suriyanın Fua və Kəfraya qəsəbəsindən təhülkəsizlik üçün çıxarılan dinc insanları daşıyan avtobuslara Rəşidin bölgəsində hücum edib.
Partlayıcı maddə doldurulmuş avtomobil təxliyyə olunan insanların avtobusu yaxınlığında partladılıb. Terror nəticəsində yüzdən çox insan həlak olub.
VETENUGRUNDA.AZ-ın Suriya mətbuatına istinadən verdiyi xəbərə görə, ən-Nusra terror təşkilatının başçılıq etdiyi hüçum zamanı 100 nəfərdən çox insan öldürülüb. Həlak olan 100 nəfərin 38-i uşaqlar olub.
Qeyd edək ki, dekabr ayında bölgədəki dinc əhalini çıxarmaq üçün gedən avtobusları terrorçular yandırmışdı.
2 gün öncə isə mühasirədə olan kəndlərə yardım aparan yük maşınları yandırılmışdı.

Комментариев нет:

Отправить комментарий