05.04.2017

Zarin qazı yalanı

Vüsal Sadıxov

Hələb, Deraya, Homs və son günlər Hamada məğlubiyyətlərlə üzləşən terrorçular 2013-cü ildə olduğu kimi yenə Suriya hökümətinin İdlibdə kimyəvi siıahdan istifadə etdiyini bildirirlər. Məğlub olmuş ərazilərdən danışıqlar əsasında çıxarılanların hamısının İdlibə yerləşməsi səbəbindən nəhayət bir gün ordunun İdlibdə də əməliyyat keçirəcəyini deməyə əsas verirdi. Dediyim kimi son vaxtlar Suriya ordusu bir çox məntəqələrdə möhkəmlənməsi səbəbilə analitiklər son günlər İdlibin azad edilməsi uğrunda ordunun əməliyyat keçirəcəyi anonslarını verməyə başlamışdılar. Hətta ətrafa əlavə ordu qüvvələrinin cəmləndiyi xəbərləri də yayılmışdı. İdlibi əlində saxlayan terrorçular da bunu çox gözəl bilir və başa düşürdülər. İdlib terrorçuların əllərində qalan son və ən möhkəm qaladır. Onu itirmək onlar üçün ölümə bərabərdir. Odur ki, ara-sıra silah depoları və düşərgələr bombalanan İdlibdə hökümət tərəfindən kimyəvi silah işləndiyi xəbərini dünən gecədən yaymağa başlayıblar. Guya ki, İdlibi bombalayan Suriya hərbi təyyarələri zarin qazından istifadə ediblər. Aparıcı informasiya agentliklərinin belə bu xəbəri durmadan paylaşdığı vaxta niyə bu xəbərə guya deyirəm?
Əvvəla yuxarıda başlıca səbəbi yazmışam. Daha sonra deyim ki, terrorçuların əməliyyatlar keçirilən zaman daim həmin qaynar nöqtələrdən xəbər verən "müxbir"ləri hamısı hal-hazırda Tvitter üzərindən İdlibdən video və şəkillər paylaşaraq Suriya ordusunun zarin qazından istifadə etdiyini tirajlayırlar. Əsas ruporları olan Abdullah əl-Hadi və köməkçilərinin hamısının İdlibdə olması özü bu qurama ssenarinin qabaqcadan yazılmasını deməyə əsas verir. Bundan başqa zarin qazından istifadə olunan ərazilərə nəfəs almaq üçün şəhərimizin apteklərində də 50-60 qəpiyə satılan adi respiratorlarla yaxınlaşmaq mümkün olan iş deyil. Üstəlik kimyəvi maddələrdən qorunmaq üçün xüsusi geyimlər də olmalıdır ki, zarin qazı bədənə sirayət etməsin. İdlib macərasında isə biz xüsusi rezin əlcək belə olmadan guya zarin qazından zəhərlənmiş insanlara yardım edildiyini görürük. Əgər zarin qazından istifadə edilibsə, istənilən bu cür ehtiyatsız kontaktdan köməyə gələnlər belə zəhərlənməliydilər. Həmçinin İdlibdə əsas söz sahibi olan HTŞ (əl-Qaidənin Suriyadakı qolu olan keçmiş Nüsrə Cəbhəsi) hücumu SU-22 hərbi təyyarələrinin həyata keçirdiyini bildirir. O da məlumdur ki, içərisində zarin qazı olan bombaları hərbi təyyarələrdən atmırlar. Çünki onları reaktiv təyyarələrə yükləmək olduqca təhlükəlidir. Bunun üçün əsasən vertolyotlardan istifadə edirlər. 
Suriya Müdafiə Nazirliyi rəsmi surətdə zarin qazından istifadə etmədiyini bildirərək terrorçulara məxsus silah deposunu bombaladıqlarını bildiriblər. Rəsmi press-relizə görə kimyəvi zəhərlənmə olubsa da, bu depoda olan kimyəvi maddələr səbəbindən ola bilər. Xatırladım ki, 2013-cü ildə Suriya hökümətinin zarin qazından istifadə etməsi məlumatı yayıldıqdan sonra BMT-nin bu məsələni araşdıracaq xüsusi nümayəndəsi Suriyaya ezam olunmuşdu. Həmin nümayəndə heyəti məhz terrorçuların kimyəvi maddədən istifadə etdiyini açıqlamışdı. 
Birinci şəkildə bombalamadan sonra köməyə gəlmiş "Ağ dəbilqəlilər", ikinci şəkildə isə Türkiyəyə intiqal edilmiş yaralıları daşıyan xüsusi geyimdə olan türkiyəli ekspertləri görürsüz. Yuxarıda yazdığım kimi zarin qazından müdafiə üçün və yaxud zəhərlənənə yardım üçün məhz bu geyimdə yaxınlaşmaq mümkündür.

Комментариев нет:

Отправить комментарий