Araşdırmalar göstərir ki, orta əsrlər Avropa mənbələrində “Kitay” kimi adı çəkilən ölkə indiki Çin ölkəsi deyil. 14-16-cı əsrlərə kimi avropalı müəlliflər Kitay dedikdə ondan qərbdə yerləşən regionu- Persiyanın şimalını nəzərdə tuturdular. İndiki Çin dövlətinin qədim adı Kitay yox, Pekin (Pejin) idi. Bu dövlət orta əsr xəritələrinə Peqaya Orda kimi düşmüşdür. Qərbyönümlü Romanovlar Rusiyada hakimiyyəti ələ keçirəndən sonra kazaklarla yeni hökumət arasında müharibə başlandı. Stepan Razin Romanovlara kəskin müqavimət göstərsə də, kazakların bir hissəsi Şərqə doğru qaçdılar və orada Peqaya Orda dövləti təsis etdilər. Peqaya Orda dövlətinin adı indi Çinin paytaxtı Pekinin adında qalmışdır. Peqaya- rusca beq, bejat sözündəndir, qaçmaq deməkdir. Peqaya Orda qaçan kazakların yaratdığı Orda-dövlət mənasını verir. Skaliger tarixşünaslığında göstərilir ki, kazaklar 1644-cü ildə indiki Çinin paytaxtı Pekini (Pejini) ələ keçirdilər (Nosovski və Fomenko bu şəhərin elə onlar tərəfindən tikildiyi iddiasındadırlar), orada özləri ilə Qızıl Ordadan- Bolharıdan gətirdikləri Şi adlı (şah, sak) uşağı çar seçdilər.
Çinlilər öz paytaxtlarına Beycin deyirlər. Sənədlərdən məlum olur ki, hələ 17-ci əsrə kimi bu şəhərə Pejin deyilirmiş. Məsələn, Rusiya səfiri N.Q.Spafariya çar Aleksey Mixayloviçə göndərdiyi hesabatda şəhəri Pejin adlandırır. Orta əsrlərə aid Tartariya imperiyasını (Avrasiya qitəsini) əks etdirən xəritələrdə Ağ Orda, Göy Orda əraziləri (imperiyanın əyalətləri) ilə yanaşı şərqdə Peqaya Orda da təsvir olunur. “11-17-ci əsrlər Rus dilinin lüğəti”ndə Peqaya Orda Sibirdən o tərəfdəki ərazi kimi göstərilir. Rus tarixçisi Serqey Solovyov (1820-1879) bildirir ki, Peqaya Orda “Amurdan o tərəfdəki ölkələr” adlanırdı. Şəhərin kazakların gəlişindən əvvəlki adı isə Yu olmuşdur ki, qədim Çin mənbələrində elə bu cür də işlənir; kazakların gəlişi ilə Peqaya Ordanın məntəqəsi kimi Pekin-Pejin-Beycin adlanmağa başlanmışdır.
17-ci əsrə kimi olan Rus diplomatik yazışmalarında nə heç bir Kitaydan, nə də kitaylılardan söz açılmır- həmin istiqamətdəki dövlətə Boqdoy xanlığı, əhalisinə isə boqdoylar deyilirdi. Professor Serqey Solovyov yazır ki, Çin (Kitay) imperatorlarına boqdıxan deyilirdi. Maraqlıdır ki, 18-ci əsrə aid Amsterdam xəritəsində Boqdoy vilayəti də müasir Çindən kənarda, Çin səddindən şimalda təsvir olunur. Bu da qəribə təzadlar yaradır; ola bilsin Boqdoy xanlığı dedikdə də heç indiki Çin yox, hansısa başqa ölkə nəzərdə tutulurmuş.
Həmin dövrlərə aid sənədlərdə Qərb ölkələrinin öz səfirlərini Kitaya göndərməsindən danışarkən hansı Kitayın nəzərdə tutulduğunu anlamaq çətindir. Məsələn, dəqiq məlumdur ki, italyan taciri və səyyahı Marko Polonun (1254-1324) haqqında danışdığı Kitay müasir Çin deyil, tamam başqa ölkədir. Marko Polo Asiyaya səyahət etmiş, 17 il “monqol” xanı Xubilayın sarayında yaşamış və təəssüratlarını qələmə almışdır. Bir çox tədqiqatçılar Marko Polonun Monqolustana səfər etməsinə, Çində olmasına şübhə ilə yanaşmışlar. Piter Cekson bildirmişdir ki, Marko Polonin təsvir etdiyi yerlər Monqolustan ilə qətiyyən uyuşmur. Britaniya Muzeyinin Çin kolleksiyasının kuratoru Fransis Vud 1995-ci ildə kitab yazaraq sübuta yetirməyə çalışmışdır ki, Marko Polonun səfər etdiyi ölkə Çin olmamışdır. Vud göstərir ki, Polonun səyahəti Qara dəniz hövzəsindən və Kiçik Asiyadan kənara çıxmamışdır. Doğrudan da, Marko Polonun öz səyahəti barədə yazdığı məşhur kitabında Çin üçün xarakterik olan ieroqliflər, kitab çapı, çay, farfor, eləcə də Böyük Çin Səddi haqda məlumatlara rast gəlinmir. Maraqlıdır ki, Marko Polo uzun müddət qaldığı bu ölkədə pers, eləcə də “monqol” adlandırdığı (əslində moğol) dillərində səlis danışmağı öyrənsə də, nədənsə Çin dilini öyrənməmişdir. Bir çox araşdırmaçılar bunu onunla əsaslandırırlar ki, guya Polo çinlilərlə qaynayıb qarışmadığından bu dili öyrənmək onunçün vacib olmamışdır. Təəccüb doğuran həm də odur ki, Çin və Monqolustanın həmin dövrə aid sənəd və mənbələrində Marko Polo adlı avropalının gəlişi barədə heç bir məlumata rast gəlinmir.
Mütəxəssislər ona görə çaş-baş qalmışlar ki, Marko Polo əslində Çində yox, Muğanda olmuşdur. Marko Polonun səyahət etdiyi Monqolustan (mənbəsində Moğol kimi göstərilir) paytaxtı Muğanda olan ariya-slavyan Moğol imperiyasıdır. Səyahətçinin haqqında danışdığı “monqol” hakimi Xubilay- kazak voevodası Xvala (slavyan dilində şöhrət, afərin), xan Xulaqu- voevoda Kulak (slavyan dilində yumruq), Buxara- Boqrəvan (Bəcrəvan), Xanbalık isə- Xanbulandur.
15-ci əsrdə yaşamış Rus səyahətçisi və taciri Afanasi Nikitin də Çin və Kitayı tamam ayrı-ayrı ölkələr kimi göstərmişdir. Afanasi Nikitin müəllifi olduğu “Üç dəniz arxasında” əsərində bildirir ki, “Çin ilə Kitay arasında altı aylıq piyada yolu və ya dörd günlük dəniz yolu vardır”. O, Rusiyaya yola düşərkən bu sözləri deyir, yəni sıralanmadan aydın olur ki, Kitay Çindən qərbdə, Rusiya istiqamətində yerləşirmiş.
13-cü əsrdə yaşamış monax Gilyom de Rubruk Fransa kralı 9-cu Lüdovikin tapşırığı ilə “Monqolustan”a gəlmiş və təəssüratlarını “Şərq ölkələrinə səyahət” kitabında qələmə almışdır. Rubruk kitabında monqolları “moal” adlandırır. Rubruk səfər zamanı Talas (Talış) çayını adladıqlarını yazaraq bildirir: “Mən dağlar barədə soruşdum və öyrəndim ki, bu dağlar Qafqaz dağlarının davamıdır və qərbdən şərqə doğru Xəzər dənizinin hər iki tərəfi boyunca uzanır”. Rubruk öz heyəti ilə əvvəl Batı xanın (Batya) oğlu Sartakın Bolharı sahilindəki düşərgəsində, sonra Batı xanın özü tərəfindən qəbul olunmuş, Batı xan isə onu Qızıl Ordanın əsas söz sahibi Munke xanın yanına Karakoruma yollamışdır. Karakorum ərazisi indi Miyanku, əvvəllər isə Munke xanın adı ilə Quni Menku adlanan Talış mahalıdır. Bu yerlərdə Talış xanlarının mülkləri, torpaq və meşə sahələri olmuşdur.
Rubrukun qeydlərindən Qızıl Ordanın paytaxtında nestorian məbədinin olması diqqəti çəkir. Orda məmurlarından biri Rubruka öz dinləri barədə deyir ki, biz “xristianin yox, moalıq”. Rubruk göstərir ki, vilayətin şimalında (Salyan ərazisi) suyun çəkilməsi nəticəsində duz yataqları yaranırdı. Moal-Mahal-Muğan xanları duz alverindən çoxlu gəlir götürürdülər. Bütün Tartariya ərazisindən bura duz dalınca gəlirdilər. Bir araba yüklənmiş duzu iki pambıq kağızı topasına dəyişirdilər. Dəniz yolu ilə gəmilər də duz dalınca gəlirdilər ki, onlardan yüklərinə görə rüsum alınırdı. Rubruk öz əsərində Xan sarayından kənardakı ərazilər haqqında belə yazır: “O tərəfdə isə böyük Katayya yerləşir ki, sakinləri qədimlərdə seres adlanırdı, belə ki onlardan latınca serici adlanan ən gözəl ipək parçalar idxal olunurdu”.
Munke xan Fransa kralı 9-cu Lüdovikə yazdığı və Rubruka verdiyi məktubda özünü dünyanın sahibi adlandırır və fransızlardan əgər sülh istəyirlərsə, onun hakimliyinə girmələrini tələb edir. 9-cu Lüdovikin həyatı iudeylərlə mübarizədə keçmişdi və Rubruku Moğol İmperatorunun yanına göndərməklə o Şərqi iudeylərdən təmizləmək üçün kömək istəyirdi. İlk Xaç yürüşləri ağ qoy xalqların qara iudeylərə qarşı mübarizəsi idi. 9-cu Lüdovik 1240-cı ildə iudaizmi cinayətkarlıq elan etmiş, yəhudilərə qarşı bir neçə geniş masştablı aksiya keçirmiş və onların əlindən 22 araba “Talmud” kitabı alaraq yandırmışdı. Məhz iudaizm ilə fədakar mücadiləsinə görə o ölümündən sonra müqəddəs elan olunmuşdu.
Munke xanın köməklə bağlı 9-cu Lüdovikə nə cavab verdiyi barədə Rubrukun əsərində konkret heç nə deyilmir, amma məlumdur ki, bir neçə il sonra Munke xanın qardaşı Hülakü xan (Xulaqu) Yaxın Şərqə yürüşə çıxdı. Monqollar (muğanlılar) yerli slavyan qövmün kökünü kəsməklə məşğul olan və şiələrin qəniminə çevrilmiş Abbasilər Xilafətini darmadağın edib Yer üzündən sildilər. Bağdadı tutduqdan sonra Abbasilər İmperiyasının sonuncu xəlifəsi əl-Müstəsim Billahı xalçaya büküb atlarla tapdalamaqla, digər versiyaya görə isə var-dövlətini saxladığı xəzinəyə salıb bağlayaraq ac-susuz saxlamaqla öldürdülər. Hülakü xan xəlifənin Bağdad sarayını nestorian patriarxına bağışladı. Muğannanın ağ geyimli mujiklərinin və Babəkin hürrəmilərinin qisası alındı. İraqdakı kürd çapqınçı dəstələrini darmadağın etdikdən sonra Hülakü xanın tərkibində erməni, gürcü və səlcuqların da olduğu qoşunu Suriyaya gəlib, burada şiələrin qanına susamış və məmlüklərlə çarpışmaqda olan kürd Əyyubi hakimlərinə ağır zərbələr endirdi. Beləcə, Hülakü xan Fatimi şiələrinin də qanını aldı. Şərqdə qoy xalqların ərəb-semit-kürdlər tərəfindən genosidinə son verildi. 1262-ci ildə isə 30 minlik xazar qoşunu Dərbəndi keçib Şirvana hücum edəndə yenə də Hülakü xanın Qızıl Ordası onların üstünə yeridi. Monqollar xazarları darmadağın etdilər və qovub Qafqazdan çıxardılar. Həmin dövrdə Hülakü xan bütün dünyada adlı-sanlı, şah-şöhrətli qəhrəman kimi tanınmışdı. O faktiki olaraq qoy xalqların iudeylərə qarşı mücadiləsinə rəhbərlik edirdi. Qərbdə onu və nestorian məzhəbli həyat yoldaşı Doqquz xatunu xristan müqəddəsləri Konstantin və Yelenaya bərabər tuturdular. 1265-ci ildə vəfat edən Hülakü xan, mənbələrdə göstərildiyinə əsasən, Şah dağında Tala adlı qalada dəfn edilmişdir ki, sonradan həmin yer qoruq ərazisi elan olunmuşdur.
Beləliklə, mənbələrdə Kitay deyilən ölkə haradır? Kitay- Skitiya, Skifiya adlarının qısaldılmış formasıdır. Skifiya (Scythia-Skitiya)- şıxların, sakların, şahların İmperiyasıdır. İndiki İran ərazisini əhatə edən Parfiya (Parthia-Parsava) İmperiyasından- Bakı tatlarının qədim dövlətindən şimalda yerləşirdi ki, xəritələrdə də elə bu cür əks olunmuşdur. Flamand kartoqrafı Gerard Merkatorun 1544-cü il xəritəsində Xəzərin cənubu Xatay kimi göstərilmişdir. Kita- həm də qədim ariya-slavyan dilində hörük deməkdir. Kazakların keçəl qırxandan sonra başlarının ortasında saxladıqları uzun hörüyə kita deyilirdi. Sual oluna bilər “kita”nın Kitaya, Çinə nə dəxli var? Məsələ burasındadır ki, kazaklar Çini tutduqdan sonra yerli əhalini özləri kimi hörük saxlamağa məcbur etdilər, bundan sonra avropalılar (o dövrün Avropası əsasən slavyandilli idi) Çinə Kitay, yəni hörüklülər ölkəsi deməyə başladılar. Sənədlərdə göstərilir ki, “başını keçəl qırxaraq hörük saxlamayanların yerindəcə başını vurmaq əmr olunmuşdu”. Çin rəsmlərində Mancur dinastiyası dövrünə aid çinlilər adətən kazaklar kimi başlarının ortasından uzanan hörüklə təsvir olunurlar.
Ənənəvi tarixşünaslıqda göstərilir ki, gəlmə mancurlar Çində möhtəşəm Qızıl (Tsin) İmperiya qurmuşlar. Mancur əslində moncol, monqol deməkdir, belə ki Çin dilində r səsinin l kimi dəyişmək xüsusiyyəti var. O da maraqlıdır ki, tədqiqatçılar qədim Çində hakimlik etmiş “qədim monqolların” qıyıqgöz monqolid yox, göygöz avropoid olduğunu bildirirlər. Lev Qumilyov yazır: “Müasirlərin bildirdiyinə görə, tatarlardan fərqli olaraq monqollar ucaboy, gur saqqallı, sarısaç və göygöz olmuşlar”. Mənbələr həmin dövrdə Çini idarə edən “monqolların” slavyan görünüşlü olduğuna dəlalət edir. Çin mənbələrinə işğalçı mancurlar kimi düşmüş qövm əslində monqol-moğol-mujik-muğanlılardır. Məhz moğollar Çində möhtəşəm Tsin (Çin dılındə qızıl) dövlətçiliyi yaratmağa müvəffəq olmuşdular. Mancurlar öz keçmiş eyniadlı dövlətlərinin- Qızıl Ordanın xatirəsinə uyğun olaraq, nişanı saxlayaraq Çində yeni qurduqları dövlətə Qızıl adı vermişdilər. Bundan başqa, Avrasiyanın bir sıra yerli hakimlərin qurduqları sultanlıq-zolotanlıqları (zoloto- slavyan dilində qızıl) da yada salaq. Beləliklə, mancurların 17-18-ci əsrlərdə Çində qurduqları Qızıl İmperiya Qızıl Ordanın- dağılmış ariya-slavyan imperiyasının axırıncı qırıntılarından biri idi ki, sonradan həmin mirası qızılbaşlar əxz etdilər.
Qədim çinlilərin, eləcə də tatar (tartar) döyüşçülərinin kazak-xoxollar kimi başlarının ortasında hörük saxlamaq ənənəsi bir çox tarixçiləri təəccübləndirir. Mancur-kazaklar hörük, eləcə də hörmə kəmər, kəndir və qırmanc mənasını bildirən “kita” sözünü Çinə gətirdilər. Bu ifadə Çində geniş işlənməyə başlandı, nəticədə avropalılar tərəfindən ölkənin adına verildi.
Mövzu ilə bağlı daha bir maraqlı cəhət. Qədim Çində kidan adlı xalqın yaşaması barədə geniş məlumatlar vardır. Ənənəvi tarixçilik kidanları “qədim Çin xalqı” syənbilərin cənub-şərq qolu hesab edir. “Syənbi” həmin xalqın Çin danışığında təhrif edilmiş şərti adıdır; Çin mənbələrində bu xalqın dəqiq adı “sirbi”, “sirvi” və ya “sarbi” kimi çəkilir. Mütəxəssislər syənbiləri serb, kidanları isə makedoniyalı hesab edirlər. Serb və makedoniyalıların dili olduqca oxşardır, onlar qədim slavyanlardır və orta əsrlərdə makedoniyalılara elə serb deyilirdi. Qeyd etmək yerinə düşərdi ki, məhz makedoniyalıların dili uzun əsrlər Rusiyada rəsmi dövlət dili kimi işlənmişdir. Rus kirill əlifbasının yaradıcıları Kirill və Mefodiy də Makedoniya ərazisində yerləşən slavyan şəhəri Solundan olmuşlar. 1550-1614-ci illərdə yaşamış monax Mavro Orbini bildirir: “Moskva salnamələrində şanlı tarixçi İeremiya Rusyanin açıq-aşkar yazırdı ki, qədim rusiyalılar və makedoniyalılar eyni dilə sahib idilər”. Tarixçilər göstərirlər ki, kidanlar 10-cu əsrdə Çində Kitay adlı dövlət qurmuşlar. Lev Qumilyovun fikrincə, kidanlara həm də xitay və ya kitay da deyilirdi. Nosovski və Fomenkonun fikrincə, kidanların tarixi Avrasiya tarixi ilə sıx bağlıdır. Nosovski və Fomenko Kitay kidanlarının yaratdığı dövləti Qərb mənbələrinə presviter İoann kimi düşmüş Qazan köşkündə hakimlik edən Qazan xan ilə də sıx əlaqələndirirlər. Araşdırmalar göstərir ki, Qazan xan İmperiyanın “xəlif”i- qitənin baş idarəçisi və ali ruhanisi olmuşdur. Ehtimal olunur ki, kidanlar Çini tərk etdikdən sonra presvitor İoannın yanına- Qazan xanın mülkünə gəlmişlər. Vaxtilə Çinin ictimai-siyasi həyatında mühüm rol oynamış kidanlar ölkənin tarix səhnəsindən birdən birə müəmmalı şəkildə yox olmuşlar. Bir versiyaya görə, məhz Çin ərazisindən qovulmuş kidan-makedonlar qərbdə ənənəvi tarixşünaslığa “Monqol-Tatar imperiyası” kimi düşmüş Moğol-Tartar İmperiyasını qurmuşlar. Çin xronikaları da bu versiyanı təsdiq edir. Qərb istiqamətinə köçən kidanlar Muğandan axan Bolharı, sonra isə Xəzərdən yuxarı Volqa çayı boyunca yayılmışlar. Onlar Qızıl Orda dövlətçiliyinin özəyini təşkil etmişlər. Araşdırmalar göstərir ki, onlar özləri ilə regiona uyğurları da gətirmişlər, çünki Çin imperiyasında mancurların əsas xidmətçiləri uyğurlar olmuşdur. Ənənəvi tarrixçilikdə göstərilir ki, Hülakülərin zamanında iki milyon türk “monqollarla” bərabər İrana gəlmişlər və bunların çoxu Azərbaycanda birləşmişlər. Bu köçlər haqqında Rəşidəddin, Vəssaf və Abdulla Kaşani əsərlərində məlumat vermişlər. Araşdırmalar göstərir ki, Ural-Altay dilləri ailəsi nümayəndələrinin yayılması slavyan substratının yayılması ilə paralel baş vermişdir. Sonradan xazar təcavüzü nəticəsində slavyanlar şimala köçməyə məcbur olmuş, onların özləri ilə gətirdikləri qara xalq- uyğurlar isə köçəriliklə məşğul olaraq regionda qalmışlar.
Araşdırmalar göstərir ki, qədim zamanlarda Persiyanın şimalında paytaxtı Lənkərandakı Xanbulan (mənbələrdə Kambalu və ya Kunbula kimi göstərilir) olan Xatay (Katai) adlı ari-slavyan imperiyası olmuşdur ki, Qızılbaş hökmdarı Şah İsmayıl Xətai də təxəllüsünü məhz həmin imperiyanın adından götürmüşdür. Qotlarla- maştağalıların ulu babaları olan massagetlərlə və kadusilərlə bağlı olan Xatay İmperiyasını Veilkan (slavyan dilində Yekəpər) adlı hökmdar idarə edirmiş. Xatay torpağı şəbəkəli ticarəti və füsunkar şəhərləri ilə məşhur imiş. Tartarlar, çinlilər, hindlilər və perslər bu ölkə ilə geniş alış-veriş edirmişlər. Mənbələrdə Xatay nağıllar ölkəsi kimi təsvir olunur. Bu çarlıq rəngarəng çaxırları, möhtəşəm silah-sursatı, topları və ləl-cəvahiratı ilə məşhur imiş. Böyük İpək Yolunun üstündə və Avrasiyanın qovşağında yerləşdiyindən bazarlarında xəz dəridən tutmuş mal-qaraya kimi satılırdı. Ruslar Don və Volqa çayları vasitəsilə ticarət məqsədilə Xəzər sahillərinə gəlir, sonra da ticarət mallarını quru yolla dəvə karvanlarında Bağdada aparırdılar. Onlar Xataya gətirdikləri qiymətli xəzləri, mum, bal və sairəni burada ipək, yun, pambıq parçalar, düyü və metal məmulatı ilə dəyişirdilər. Xatay sakinləri yağ-bal içində yaşayırdı, süfrələrində cürbəcür meyvələr və qoz-fındıq bol olurdu. İmperiyanın hər yerindən bura sənətkarlar və bostançılar gətirildiyindən əhalisinin antropologiyası da rəngarəng idi. Müəlliflər Xatay əhalisinin danışıq dilini qədim skif dili adlandırırlar. Fəxarətli Şahımızın Xətai təxəllüsü də məhz həmin mistik Xatay dövlətinin adı ilə bağlıdır.
Ümumiyyətlə, Azərbaycan Böyük İpək yolunun üstündə yerləşdiyindən ölkə bazarlarında şıdırğı alver gedirdi və iqtisadiyyat sürətlə inkişaf edirdi. 10-cu əsr mənbələrində Şirvan, Xursan və Lahican nahiyələrinin zəngin mədən yataqlarına və təbii sərvətlərə malik olduğu, bu vilayətlərdən xarici ölkələrə sənətkarlıq və kənd təsərrüfatı məhsullarının göndərildiyi göstərilir. İbn Havqəl Qafqaz dağlarında zəngin vilayətlərə malik olan hökmdarların bu yerlərdə əkilib becərilən torpaqlarının, örüşlərinın, çoxlu miqdarda heyvan sürülərinin olduğunu göstərir. O yazır ki, bu vilayətlərdə ucuzluq və məhsuldarlıq hökm sürür. Orada mal-qara, çoxlu sürülər, ərzaq və yeyinti məhsulları, çay, quru və yaş meyvə boldur. İbn Havqəl sözünə davam edərək yazır: “Bunları öz gözləri ilə görməyən hər hansı bir adama danışdıqda, şeylərin hamısının bu qədər bol olmasına inanmaz”. Muğanı “Rihab vilayətinin və islam torpaqlarının fəxri” adlandıran Müqəddəsi onun “iki çay arasında yerləşdiyini və gözəl meyvəsi” olduğunu bildirdikdən sonra yazır ki, “Muğandan çoxlu çuval, palaz və xırda danqular ixrac edilirdi”. Həməvinin yazdığına görə, Gilanda olan “Lahıc nahiyəsində isə ipək və kəndir hazırlanırdı”.
Qədim müəlliflər Arranın paytaxtı Partavdakı Gürsərə bazarı haqqında bir sıra maraqlı məlumatlar verirlər. Gürsərə bazarında Qafqaz şəhərlərində istehsal edilən sənətkarlıq məmulatı və kənd təsərrüfatı məhsulları, habelə bir sıra Şərq ölkələrindən gətirilən mallar satılırdı. İlk mənbələrin verdiyi məlumata görə, regionun ən böyük və məşhur bazarı olan Gürsərədə alver yalnız ilin bahar fəslində gedirdi. Gürsərə bazarında şəxsən olmuş və buradakı qızğın ticarəti görmüş bağdadlı səyyah İbn Havqəl bu bazar (yarmarka) haqqında yazır: “Ərdəbildən Gürsərəyə 27 fərsəngdir. Gürsərə böyük istehkamları olan iri qəsrdir. Onun böyük, geniş vilayət və nahiyələri vardır. Gürsərədə ilin müəyyən vaxtında, ay təzələnəndə bazar olur. Mən onu gördüm və gənclikdə də orada olmuşam. Oraya müxtəlif xalqlar gəlir, istehlak şeyləri, səkət (ağır ipək parça), bərbühar- (bahalı hind parçası), ədviyyat, sirkə, sərrac və misgər malları, qızıl, gümüş, at, qatır, ulaq, qaramal və qoyun-keçi gətirirlər”. Gürsərə bazarına Azərbaycanda istehsal edilən yerli mallar və kənd təsərrüfatı məhsulları ilə yanaşı qonşu vilayətlərdən, Şərq və Qərb ölkələrindən də bir sıra şeylər gətirirdilər. İbn Havqəlin yazdığına görə, Gürsərəyə Yəmən, Misir, İraq, Suriya, Qərb ölkələri, Xorasan, Orta Asiya və başqa vilayətlərdən tacirlər gəlirdilər. Tacirlər Gürsərəyə Hindistandan parça, Orta Asiyadan qoyun-quzu, Ermənistandan qaramal, Ərəbistandan ətriyyat və digər şeylər gətirirdilər. Gürsərə bazarında böyük miqyasda ticarət əməliyyatının şahidi olan İbn Havqəl yazır ki, bazarda bir dəfədə 1000000 qoyun-quzu satıldığını ona söyləmişlər. Gürsərə bazarının böyüklüyü və onun ticarətdəki əhəmiyyəti İbn Havqəli heyran etmişdi. İbn Havqəl Azərbaycan gömrükxanalarının illik mədaxilindən bəhs edərək yazır ki, mənim bildiyimə görə, ticarətdən əldə edilən gömrüklər ildə 100000 dirhəmdən 1000000 dirhəmə qədər olurdu və dünyanın heç bir yerində buna bənzər (gömrük) yoxdur.
Ənənəvi tarixşünaslıqdan məlumdur ki, Qızılbaş dövlətinin hakim tayfası şeyxəvəndlər olmuşdur. Şeyxəvənd- sakavend sözünün linqvistik adaptasiyasından törəmişdir ki, bu da sak və vened ari-slavyan tayfalarının adı ilə bağlıdır. Venedlər barədə Herodot, Pliniy Böyük, Tatsit və başqa antik tarixçilər məlumat vermişlər. Slavyan xalqı olan venedlər Avrasiya qitəsinin şah xalqı idilər. Van (İvan) sivilizasiyası onların adı ilə bağlıdır ki, bizim bəzi yer adlarının axırındakı “van” şəkilçisi həmin toponimikanın yadigarıdır. 6-cı əsrdə yaşamış Bizans tarixçisi İordan, çex arxeoloqu və etnoqrafı Lübor Niderle venedlərin təmiz slavyan olduğunu göstərmişlər. Venedlərin slavyan olmasını təsdiq edən faktlardan biri də odur ki, estonlar və finlər ruslara venlər deyirər- fin-uqor xalqları tarixi yaddaşa uyğun olaraq öz qonşularını elə belə də adlandırırlar. Gilyom de Rubruk yazır: “Rus, Polyak, Çex və Slavyanların dili Vandalların dili ilə eynidir”. Tarix elmləri namizədi Lidiya Qrot venedləri slavyanlardan da qədim, slavyanların ulu babaları adlandırır. Müqəddəs missiya daşıyan bu xalq tarix boyu Karfagen yəhudiləri, kelt kürdləri və iudo-xazarlarla döyüşmüşdür. Tədqiqatçılar bu xalqı “tarixdə misli olmayan xalq” adlandırırlar. Venedlər, antlar və sklavinlər- bu üç xalqın adı tarixşünaslıqda həmişə bir yerdə çəkilir ki, onlar qədim dünyanın aparıcı rola malik qardaş slavyan xalqlarıdırlar. Mənbələrdə göstərilir ki, 4-5-ci əsrlərdə sakslar (şıx-şeyx-şahlar) gəmiçi venedlərin hakim dairələri idilər. Pliniy bildirir ki, venedlərin qonşuları sarmatlar (mazandaranlılar), skiflər (şıxlar) və hirrlər (hürrəmilər) olmuşlar. Rus tarixçisi Serqey Çvetkovun tədqiqatlarından aydın olur ki, venedlər gəmiçilik sənətinin ustaları imişlər. Roma sərkərdəsi Yuli Sezar venedləri gözəl gəmiçilər kimi qiymətləndirirdi. Sezarın qeydlərindən aydın olur ki, “dənizdə üzənlər hamısı venedlərə haqq verirdilər”. Sezar venedlərin müttəfiqləri içərisində morinləri qeyd edir ki, onlar da qədim Moran sivilizasiyasının varisləri olan moranlılardır (Moryan, moryak qədim slavyan dilində dənizçi deməkdir). Mənbələrdən aydın olur ki, venedlər dənizçilik işini mükəmməl bilirmişlər, Gilanda saysız-hesabsız gəmiləri varmış və bu işdə digər qal xalqlarını üstələyirmişlər. Məsələn, 430-489-cu illərdə yaşamış Roma şairi Sidoniy Apollinariy saksların yelkənli gəmilərdə üzdüyünü yazdığı halda, Bizans tarixçisi Kesariyalı Prokopiy 560-cı ildə gilanlıların yelkənli gəmilərinin olmadığını və avarlı qayıqlarda üzdüklərini bildirir. Məsudi “Müruc əz-zəhəb” əsərində yazır ki, xəzərlərin gəmiləri yox idi və onlar dənizdə üzməyə adət etməmişdilər, əgər xəzərlər dənizdə üzmək imkanına malik olsaydılar, o zaman Xəzər dənizi sahillərində yaşayan əhali böyük təhlükə altında qalardı.
Rusların qədim dünyanın mahir gəmiçiləri olması haqda mənbələrdə çoxlu məlumatlar vardır. Məhəmməd əl-Həsən ibn İsfəndiyar 1216-1217-ci illərdə yazdığı “Təbəristan tarixi” əsərində rusların 909-cu ildə 16 gəmidə Xəzər dənizində və Təbəristan sahillərində üzdüyünü bildirir. Mənbələrdən aydın olur ki, Rusların 9-cu əsrdə Qara dənizdə də üzən kütləvi gəmiləri varmış. Göstərildiyinə görə, Rus knyazı Askold Konstantinopola 200-dən atrıq gəmi ilə getmişdi, hətta venetsiyalilarin hesabına həmin dəniz səfərində, 360 gəmi iştirak etmişdi. Knyaz İqor Konstantinopol üzərinə 1000 gəmi ilə basqın etmişdi. B.Dorn göstərir ki, 870-ci ildən 970-ci ilə qədər, yəni yüz il ərzində Rus gəmiləri Qara dəniz və Xəzər dənizində dəstə halında bir-birinin arxasınca üzürdülər. Rus gəmilərinin 914-cü və 944-cü illərdə kütləvi şəkildə Xəzər dənizində üzməsi barədə ərəb mənbələrində çoxlu məlumatlar verilir. Məsudi göstərir ki, 912-913-cü ildən sonra rusların Xəzər dənizində yürüşü atrıq əvvəllərdə olduğu kimi kiçik dəstələr şəklində deyil, çox böyük və mütəşəkkil hərbi yürüş xarakteri daşıyırdı. O, rusların 914-cü ildə Xəzər dənizinə yürüşlərini və burada baş verən hadisələri izah edərək yazır ki, hər birində 100 nəfər olan təxminən 500 rus qayığı Xəzər dənizi ilə birləşən Nitas (Pont) dənizinə daxil oldu.
Həmin gəmiçi venedlər tarixə İran-Turan müharibələri kimi düşmüş qara xalqların ekspansiyası nəticəsində şimal-qərbə, Adriatik və Baltik dənizləri sahilləri boyuna kimi köçdülər. Məhz venedlərin Baltik dənizi sahillərinə gəlməsi Skandinaviyada gəmiçiliyin inkişafına təkan verdi. Vened-ruslar gəldikləri bütün ərazilərdə yerli xalqlara kiçik qayıqlardan düşüb böyük yelkənli gəmiləri sürməyi öyrətdilər. Yeri gəlmişkən, Skandinaviyanın adı da “sakavend” ilə bağlıdır; vaxtilə bu ad altında bütün Şimali Avropa- sak və venedlərin köçdükləri ərazilər nəzərdə tutulurdu.
Qədim pers-ruslar şimala üz tutub Avropanı işıqlandırdıqları halda, onların bir qismi regionda qalıb İranın aliliyini saxladılar. Şeyxəvənd-sakavend xüsusi missiyalı qövmünün son qırıntıları regionumuzun qoy xalqlarını xazar-semit-iudey əsarətindən çıxarıb yeni məcraya yönəltdilər. Qızılbaşlar (onlara həm də saçları sarı olduğuna görə bu ad verilmişdi) tarixin səhnəsinə çıxanda Muğan-Persiya sivilizasiyası artıq xazarlar tərəfindən məhv edilmişdi. Persiyanın qoy xalqları xazar-semit əsarəti altında inildəyirdilər. Şah İsmayılın ari-slavyan qruplaşması yeni geopolitoloji parametrlər əsasında və dövrün tələblərinə uyğun şiə sivilizasiyası ərsəyə gətirdi. Rusiya prezidenti, Avrasiya xalqlarının lideri Vladimir Putinin məşhur sözləri var: “Tarixi rolu başa düşmək- Rusiya xalqının özünüdərkinin əsasında bir çox hallarda ölkə vətəndaşlarının ideallarını, baxışlarını, inamlarını müəyyənləşdirir, bu günümüzü, daha böyük dərəcədə isə gələcəyimizi müəyyənləşdirir”. Gilanın ari-slavyan kahinlərindən dərs alan və üzərlərinə düşən müqəddəs missiyanı yetərincə anlayan Şah İsmayıl qədim mirasa ehtiram əlaməti olaraq Xətai təxəllüsü götürdü və mücadiləyə start verərək qalib gəldi. Bizim borcumuz həmin müqəddəs missiyanı layiqincə davam etdirməkdir.
Azərbaycan şahlığı da qədim Sak İmperiyası kimi slavyan kazaklarının irsi olan sakavend anlayışı ilə bağlıdır. Sakavend boyu bizim mənbələrdə şeyxəvənd adlanır. Şah xalq- yeni xronologiyada onların adı belədir. Şeyxəvəndlər bir ağsaqqal tayfa kimi vəliəhd seçilməsində və şahların taxta çıxmasında söz sahibi idilər. Bu qoçaq tayfanın nümayəndələri Persiya hüdudlarına kim hücum edirdisə, həmin ölkəyə gedir, hücum etmiş xanı öz qalasındaca tutub cəzalandırırdılar. 1500-cü illərdə Osmanlı sultanı İrana soxularkən şeyxəvəndlilər təkcə bir hücumla Osmanlı ərazilərinə girib 10 min qoyun, 10 min inək və 3 min atı qənimət olaraq gətirdilər. Şeyxəvəndlilər kürd çapovulçularına qan uddurmuş, onları müqəddəs torpaqlarımızdan qovub çıxarmışlar. Vəziyyətdən istifadə edən kürdlər ara azca qarışan kimi quldurluqla məşğul olur və ətraf ərazilərimizi çapıb talayırdılar. Şeyxəvəndlər çox sayda kürd əmirini öldürmüş, ələ keçirdikləri mallarını isə xalqa paylamışlar. Məhz şeyxəvəndlilər o dövrdə region xalqlarını xazar və kürd genosidindən xilas etmişlər. Onlar 1-ci Şah Abbasdan sonra şahsevənlər arasında ərimişlər və xalqımızın aristokratik ruhuna hopmuşlar. Bu müqəddəs boydan güclü sərkərdələr, dövlət adamları və ruhani xadimlər çıxmışlar. Əsasən Ərdəbil və Xalxal bölgəsində yaşayırdılar. Ərdəbil onların ailə mülkü, Xalxal isə iqta əraziləri idi. Şeyxəvəndlilərin kökü Gilana bağlıdır, Gilan isə bildiyimiz kimi talış torpağıdır. Biz fəxr etməliyik ki, şah babalarımızın kökündə ariya-slavyanlıq dayanır.
“Avrasiya tarixi” kitabından
Комментариев нет:
Отправить комментарий