30.04.2017

Rusiyaya sevgi azaddır

Nadir Qocabəyli

"Rusiyanın dostları" qrupuna dəvət etdiyim yaxşı dostlardan biri yazıb ki, bağışlayın, dəvətinizi qəbul edə bilmirəm. Çünki Rusiyaya münasibətim mənfidir.
Mən bu səmimi etirafın qarşısında acizəm. Mənfi münasibətin səbəbini də soruşmadım, çünki təxminən bilirəm. Ölkədə aparılan total anti-Rusiya təbliğatı, təbii ki, öz nəticəsini verib.
Ancaq bu bizim xeyrimizə deyil.
Təbii ki, Rusiya da elə bizim kimi yalnız yaxşı adamlardan ibarət deyil. Orada bir çoxları mələk deyillər. Amma sizi inandırım ki, nə Rus xalqı bizim xalqımızdan pisdir, nə də Rusiyadakı hakim dairələr.
Mən Rusiya ilə dostluğu ona görə təbliğ edirəm ki, bu ölkə çox böyükdür, orada bizim üçün də geniş imkanlar var. Orada çoxlu türkdilli xalq yaşayır, çoxlu azərbaycanlı yaşayır, çörəkpulu qazanır. 
Biz qonşuyuq. Tarixi əlaqələrimiz var.
Rus xalqı geniş ürəklidir. Bizdə min manata həll edə bilmədiyin işi, onlarda bir konfet qutusuna həll etmək olur.
Onlarla düşmən olmaq nəinki bizə heç nə vermir, həm də çox ziyandır.
Çox şey yazmaq olar. Amma çox yazmışam. Bir şeyi çox deyəndə də zibili çıxır.
Özünüz bilərsiniz. Sevgi azaddır...

Комментариев нет:

Отправить комментарий