-Əsrin əvvəllərində Bakıya neft iyinə gələn Nobel qardaşları Balaxanıda Qoturluq Xəstəxanası açırlar. Balaxanıda yerdən çıxan bulaqda bir dəfə çimən hər hansı dəri xəstəliyinə tutulmuş kəs o anda sağalır. Bu kimi əvəzsiz bulaqlar təkcə Balaxanıda deyil, Azərbaycanın çox bölgəsində var. Elə götürək, Astaradakı yanar suyu və ya Lənkəranda, Masallıda, Kəlbəcərdə, Naftalanda, Kürdəmirdəki İsti suyu, Zığ qəsəbəsində yerləşən Duzlu göl, Xaltan sularını. Xarici ölkələrdən firma dərmanlarını gətirib zavallı xalqa sırıyanlar çox yaxşı bilirlər ki, bu firma dərmanlarının heç bir xeyri yoxdur. Daha ucuz və keyfiyyətli başa gələn müalicəni isə Tanrı bizə göndərib, özü də pulsuz, əziyyətsiz. Sanki uca göylərdən müqəddəs bir əl bir səbət şəfalı bulaqları, gölləri, çayları ölkəmizin üstünə səpib və bu müjdədən bütün bölgələrimizə pay düşüb. Bəs kimdir bizim ilahi payımızı yeyənlər? O kəslərdir ki, onlar bir dəstə "millətçi", "türkçü", "vətənpərvər" yetişdirib salıblar üstümüzə. Bu əslində baş qatmaq, gözdən pərdə asmaq üçün işlənmiş siyasətdir. Eynən Amerikanın siyasətinə bənzəyir. Gözümüzdən pərdə asırlar və bu pərdənin arxasında bizim hamımıza verilən sərvəti çırpışdırıb ciblərinə yığırlar.
Комментариев нет:
Отправить комментарий