Heç nə, İrana həkimə gedirdim. Bizim Astara gömrüyündəki, dəmir barmaqlıqlarda ilişib qaldım. İlişmək deyəndə, dəmirə iləşmədim, yüzlərlə insanın arasında sıxılıb qaldım.
Demək orda dəmir turbalardan elə bir sistem düzəldiblər ki, mən həmin sistemdən Rusyanın Kaşırıskıy rayonunun Dankov kəndində fermada görmüşdüm. İnəkləri, qoyunları elə yerə salıb sağırlar ki, təpik zad atmasın. Nəisə məndə elə orda hamı kimi can verirdim .
Bilirsiz, orda belə bir abu hava var. Hamı bir-birinə məhrəmdi sanki. Ay əl vurma mənə, özüvü niyə sürtürsən mənə? Ay kişi get o yanda dayan! Və s. kimi sözlər orda işlədilmir. Hamı girib bir-birinə.
Mən bədbəxtin sağımda solumda 4-5 qız var idi. Belə az qala qucaqlayaq bir-birimizi. O qədər mehriban yəni. Orda belə bir hal var. Kimsə səni itəliyəndə dizi, dirsəyi, çiyni söykənir sənə və həmin yeri sanki iti bir dəmirlə deşirlər. İstədim bu qızlardan aralanım bir az. Utandığımdan yerə girmək istəyirdim. Bilmədim hansıydı, amma 1-2-si reksona səpməmişdi . İnanın ki o qədər adamın tər iyindən piyan olmuşdum. Nəhayət bir-ikisini əzib bir az qabağa keçdim və əsl müsübət onda başladı. Bu fağır canımla millimetrlərlə irəliləyirdim ki, arxadan nəsə bir qüvvə məni sıxmağa başladı. Yox, nəsə dəmir fason bir şey batsın kürəyimə falan elə deyildi, sanki böyük bir ağırlığ məni var gücüylə sıxırdı. Məndən qabaqda da xətli, ipli maykalı bir xanım var idi. Bütün gücümü sərf etmişdim ki, ona toxunmayım. Amma bu qüvvə nə idisə mənə güc gəlirdi . Zülümlə başımı arxaya çevirəndə, nə görsəm yaxşıdı, İlahi! Yekə, pota bir xala! Xalanın qaşları obşı üzümdəki saqqalımdan çox idi. Bir sözlə xanım olasan, elə zəhimli olasan, mən görməmişdim. Əvvəl və hələ də görməmişəm. Xala sinəsini, qarnını mənə necə dayıyıb itələyirsə, az qala ciyərlərim partlasın. Sən demə gəlib bunun yerinə keçmişəm. Qarşıdakı xanımda arada üzümə elə bir ifadəylə baxır ki, yəni mənə toxunsan özüvü ölmüş bil! Səni şərləyib, özümü sırımasam sənə, dədəmə lənət! Məndə qalmışam arada.
Nə isə ardı qalsın, deyiləsi deyil vicdan haqqı. Nəhayət, ordan çıxıb getdim həkimə!
Allah kimsəni elə çətində qoymasın.
Pərvin Cəfərzadə
Комментариев нет:
Отправить комментарий