Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -66
Arzu Abdulla: Bir dəstə ağıldankəm “qoçaqlar” hər gün İranı İsraillə Amerikanın nə zaman bombalayacağını gözləyir. Daha anlamır ki, onun uşağına zəhər yedirdən, təhsilini və məmləkətini viran qoyan İran deyil. Daha bu zavallılar anlamır ki, bu gün Azərbaycan təhsilini məhv edən kurikulum sistemini də ölkəmizə İran sırımayıb, Amerika sırıyıb. Kurikulum təhsil sistemi Amerikada yaradılmış və dünya ölkələrində təhsili sıradan çıxarılması üçün xüsusi olaraq hazırlanan sistemdir ki, Azərbaycan kimi ölkələrdə tətbiq etməklə xalqı məhvə sürükləyirlər. Tibbdə belə bir fikir var ki, dünyada heç bir xəstəlik yoxdur. Bütün xəstəliklərin başlanma səbəbi var- immun çatışmazlığı. Bütün problemlərin bir həlli var, hədəfi düz tapmaq. Bundan ötrü mütləq bəsirət gözünü açmalısan. Allah bəsirət gözünüzü açsın!
Fərhad Həsənzadə: Türkiyənin Azərbaycanı taladığını görmək üçün gözlər lazımdı. Azərbaycanlıların əksəriyyəyti isə kordu.
İlqar Salmanov: Muzdlu politoloqlar muzdlu döyüşçülərdən az təhlükəli deyil.
Elvin Şahinoğlu: Deyir çox geniş bir dilimiz var. Adam bilmir saçını kəsdirsin, qırxdırsın, vırdırsın, yoxsa götüzdürsün!?
Rəhim Həsənli: “Müstəqil olub nə edəcəksiniz, uzaqbaşı Türkiyə olacaqsınız”- deyirdi Jirinovski.
Qabil Fəttahov: 20 ildir Rusiyada yaşayıram, mən bu millətdə 1 nəfər yaltaq görmədim. Azərbaycanda olan yaltaqlar elə müsəlmanın məhsuludur.
Tərana Əliyeva: Rusiya ilə Türkiyənin fərqi ondadır ki, biri gəlib məktəblər gətirib, biri də vahhabizm və insan alveri...
Səttar Məmmədov: RF ordusunda 100 minə yaxın azəri əsgər və zabit var.
Nadir Qocabəyli: ABŞ, Avropa gəlib burada bizim əvəzimizə demokratiya qurası deyil- son illərin populyar deyimlərindən biri də budur. Amma ruslar gəlib bizim əvəzimizə, bizimlə birlikdə burada çox şey qurdular: kənd, qəsəbə, rayon, şəhər sovetləri, ana dilində məktəblər, klublar, kitabxanalar, klublar, institut və univerisitetlər, teatrlar, hətta konservatoriya və opera... Əgər Sovet dövründə bizdə milli təhsilə bu dərəcədə geniş imkan verilməsəydi (necə ki İranda verilmədi) bu gün bu ölkədə bu qədər Türkiyə sevdalısı, bu qədər millətçi olmazdı. Onların (yəni rusların) yerində mən olsaydım, buna qətiyyən imkan verməzdim. Amma onlar verdilər. İmişli boyda rayonda 50-dən artıq məktəbin cəmi bircəciyi rus məktəbi idi, onun da yarısı Azərbaycan bölməsi. Amma onların hər rayondakı 50 məktəbin əllisini də rus məktəbi etmək imkanları vardı... İrandakı kimi...
Afiq Əliyev: Rusiya dağılajax deyənlərin buradan qulaqlarına pıçıldayıram ki, Rusiyada hər doğulan birinci uşağa 250 min (7500 AZN) pul verir. İkinci uşaqda isə “Materiniskiy Kapital” deyilən sertifikat verilir və bu sertifakata görə 450 min (10500 AZN) pul verilir. Əgər evi yoxdursa qeydiyyatda olduğu yerdə ev, torpaq verilir. Dağılmaq deyəndə siz dağılmısız ee, xəbəriniz yoxdur!
Fizuli Zahidov: 2003-cü ildə İraqda bioloji və kimyəvi silahlar var deyib oranı işğal edən, cəhənnəmə çevirən, 2 milyona yaxın insanın ölümünə səbəb olan, bu gün Suriyada da kimyəvi silah var bəhanəsi ilə oranı bombalayan və oranı da işğal etmək istəyən eyni ABŞ-dır və onda da, indi də onu dəstəkləyənlər də eyni imperialist Qərb dövlətləri və onların Yaxın Şərqdəki qulları olan dövlətlərdir.
Zahid Mikayılov: SSRİ- ümumi vətənimizdir.
Tofik Səfərzadə: Sumqayıtdakı SOXAR şirkəti karbamid zavodunun inşaatında çalışan Türkiyədən gəlmiş fəhlələrlə yerli Azərbaycan fəhlələri arasında kütləvi dava düşüb. Səbəb isə Türk fəhlələrin Azərbaycan fəhlələrindən qat-qat yüksək maaş almaları olub. Türk fəhlələri yerli fəhlələrə təhqiramiz ifadələr işlədərək, siz heç nə bacarmırsınız, savadsızsınız, ona görə biz sizdən yüksək maaş alırıq deyib və divarlarda Azərbaycan vətəndaşlarına təhqiramiz sözlər yazıblar. Türk fəhlələri tikintidən qovulub və Azərbaycandan deportasiya olunublar. Bu da sizin bir millət, iki dövlət!
Səxavət Əliyev: Bizim liberallarla “millətçilər”, içlərindən gələn yaşasın işid, yaşasın cəbhət ən nusra nidalarını güclə boğublar.
Qəmlo Əsədullah: Heç kimə sirr deyil ki, Suriyadaki o vəhşi “müxalifət”in kislorodu, havası həm də Türkiyədən gəlir. Türkiyənin siyasəti birbaşa şiəliyin mənafeyinə ziddir. Mən də bir şiə kimi buna qarşıyam. Şiə olub Türkiyənin bu siyasətini dəstəkləyən adam ya münafiqdir, ya din nədir indiyə kimi qanmayıb, ya ruhi xəstədir, ya da ən yaxşı halda siyasi təhlili çox bərbad səviyyədədir, ya da heç əsl şiə deyil.
Elxan Zaman: Getdikcə məndə belə təəssürat yaranır ki, dünyanın ən tupoy, ən kütbeyin adamlarını seçib türkçülük ideologiyasının öndə gedənləri ediblər. Sizə elə gəlmir ki?
Ağalar Qut: Türklər bizi lap xilas etmiş olsalar belə, bunu sosial şəbəkələrdə və e-mediada o formada, bir futbol komandasının azarkeşləri kimi fışqırmaq doğru deyil(di), xalqın adına ayıbdır. Bir xalq -hətta biri gəlib onu xilas etsə belə- öz vüqarını ayaq altına atıb, bunu “Onlar gəlib bizim namusumuzun qisasını alıblar!” formasında dilinə gətirməz, gətirməməlidir, əksinə, “Bu nədir tarixdə mənim başıma dönə-dönə gəlir?” deyə qara-qara düşünməyə başlamalıdır. Minnətdarlıqla öyünməzlər. Qul olmaqdansa, yaxşılıqbilməz görünün! Mən gələcəyimiz üçün “rezerv həqiqət” (P.Sloterdijk) yaratmaq istərkən, yaxşılıqbilməz görünürəmsə, siz daha pis görünürsünüz…
Zərdüşt Əlizadə: 1991-92-ci illərdə, xalqın xam olduğu, siyasi cəhalətin tüğyan elədiyi bir vaxtda Elçibəyin ağzından çıxan sözlərə xalq sevinirdi, insanlar bir-biri ilə qucaqlaşırdı, kövrəlirdi. Amma indi camaat oxuyub, gözü açılıb, az-çox maariflənib və görürlər ki, bu sözlər boş-boş şeylərdi, tam xəyaldır və nağıldır. Mirzə Cəlilin “Ölülər” əsərində Şeyx Nəsrullah camaata deyirdi ki, ölünü dirildə bilirəm. Elçibəy də ölmüş türk dünyasını diriltmək haqqında danışan siyasi Şeyx Nəsrullah idi. 90-cı illərin əvvəllərinin cahil camaatı isə onun dediklərinə inanırdı. Ətrafındakı adamlar da bu siyasi Şeyx Nəsrullahdan istifadə edib, xalqın aldadılmasına xidmət edirdilər. Yalan ayaq tutar, yeriməz! Ona görə də cəmi bir ildən sonra Elçibəyin qurduğu hakimiyyət çökdü.
Doktor Əli Şəriəti: Keçmişdə insanın cəhaləti, zəifliyi, qorxusu və maddi ehtiyacları din ilə qarışmış, hər şeyi dindən almaq istəyirdi. İndi elm çox ehtiyacları aradan qaldırır, amma qaldıra bilmədiyi şey uca dindir. İnsana və həyata məna bağışlayacaq bir din. Bugünkü insan həmişəkindən daha çox bu dinə möhtacdır.
Telman Mikayılov: Mən neçə il bu türklərlə işləmişəm. Bunların içində bir dənə sözünə düz, dost dalıyca danışmayan görmədim. Puldan ötrü qardaş dediyi adamı satırlar. Rus xristian olsa da bunlardan 100 qat yaxsıdı- sözünə düz, dediklərini edən olurlar. Kim hara fırlatsa da, mən inanmaram, çünki 7 il bunların hər sifətini görmüşəm. Amma bir dənəsini görmüşəm onların içində, o da bizim xasiyyəti götürmüş biriydi, Naxçıvan tərəflər idi çünki. Qalanı çox yalançı olurlar, onlarln ipiylə quyuya enmək olmaz.
Adil Hüseynoğlu: Şah İsmayıl Səfəvinin 13 yaşda ölkəmiz üçün etdiklərini onu bəyənməyənlərin liderləri 70 yaşında edə bilmirlər. Nəinki edə bilmirlər, onun etdiklərini fikirləşə bilmirlər. Ona görə də Şah İsmayılı itin-qurdun ayağına verirlər. Elə “adamların” bir adı var: satqın. Vətən xainləri.
Elman Əliyev: 20-ci əsrdə Lenin babanın köməyilə düzəldilən bir respublikanı, qlobusun yarısına məxsus Rusiya və min illik tarixə mənsub İranla müqayisə edən(lər)dən nə gözləmək olar?!
Ferdinand Tomas: Saqqalsız vahhabilərin sayı saqqallı vahhabilərdən qat-qat çoxdur. Saqqallılar məscidlərə, saqqalsızlar isə banklara, göydələn və plazalara, dövlət idarələri, təhsil mərkəzləri və şirkətlərə yığışıb.
Fidan Fəradi: Qaz 2 dəfə artdı. İşıq 50% artdı. Maaşlar 7%, pensiyalar 8% artıb.
Vaqif Rəsulov: Hər kəsin ABŞ tərəfindən biçilmiş donu var. Türkiyəyə Rusiyaya rəqib olub ABŞ-a xidmət etmək, Azərbaycana da Qərbə qul olub sərvətlərini sağa-sola paylamaq rolu verilib.
Taleh Məmmədov: Ziya Bünyadovun Allah o biri dünyasını versin, terminalogiyamıza “yeraz” sözcüyünü gətirən yerdə. Onları öz yerlərindən qovmaqla zatən ermənilər Azərbaycana ən böyük zərbəni vurdular.
Rəfail Ağayev: Rus dilini yaxşı bilməsəniz də, çalışın rus kanallarına baxın...
Əli Nasir: Mən talış olduğum qədər türkəm.
Samir Tağıyev: Rusiyadakı 3 milyonun burdakı ailələrinə göndərdiyi 5-10 manat hesabına bir 3 milyonu da burda dolanır. Yerdə qalan 3 milyonu sürünür. Qalan dəv kimi yaşayan 5-6 yüz mini də bu bu 7-8 milyonu soymaqla məşğuldular.
Vüqar Aslanov: Hazırki təhsil sistəmi mütəxəssis yox, menecer (işbaz) yetişdirir.
Oktay Quliyev: Xalqın hardasa 80%-i hər axşam sakitləşdirici dərman atıb yatır ki, bu qədər bahalıqdan, pis güzərandan və dərd-bəladan ürəyi və əsəbləri az da olsa rahat olsun, rahat yatsın. Heç olmasa sakitləşdirici dərmanların qiymətini ucuz edərdilər kaş ki...
Elxan Xəlilov: Gürcüstanın 4 milyon əhalisi var, bu il 4,5 milyon turist qəbul edib. Ağıllı millətdir. 5 ildən sonra Gürcüstan ən yaxşı yaşayan Avropa dövlətlərindən biri olacaq. Bizim kimi başkəsənlik etmirlər. Əsl turizm ölkəsidir...
Kənan Rövşənoğlu: Bakıda Sovet hökumətinin toxunmadığı tarixi məscidi sökürlər amma bir adam səsini çıxarmır. 1937-ci ildə İrəvanda məscidləri sökürlər, Göy məscidi də sökmək istəyirlər, amma erməni yazıçıları etiraz edir. Moskvaya müraciət edirlər ki, tarixi abidəni sökmək olmaz. Bu səbəbdən o məscid sökülmür. Bizdə bir ziyalı çıxıb demədi məscid heç, bu axı tarixi abidədir sökməyin.
Zaur Musayev: Deyilənə görə İslam oyunlarına tamaşaçı qismində qatılmağa maddi imkanı yetərli olmayan xarici vətəndaşların xərclərini də özümüz qarşılayacağıq. İstər-istəməz insanın ürəyində təəssüf hissi yaranır ki, kaş mən də xarici ölkə vətəndaşı olaydım, gəlib Azərbaycanda keçirilən idman yarışlarına pulsuz tamaşa edərdim.
Pərvin Cəfərzadə: Dostluğumda olan Şiə və Sünnü qardaşlar, Allah köməyiniz olsun. Bütpərəst və heyvan pərəstlər, inəklər və bütlər köməyiniz olsun. Ateistlər, özünüz özünüzə kömək olun. Xristianlar, Hz. İsa sizi qorusun. Deməyim odur ki, kimsə kimsənin əqidəsini, inancını təhqir etməsin! Əsasən də bizə, Şiəyə çox ilişirlər. Cənnət var? Cəhənnəm var? Seyyidlərə inanırsız? Və s. kimi kasıb suallar. İlişən qaqaşlara baxıram, burnun sıxsam canı çıxacaq qədər zəifdilər (əqli və fiziki). Nə isə deməyim odur ki, hər kəs öz işini görsün, bacardıqca özündən danışsın. İyrənirəm fəlsəfi stat yazıb qatıq-qatıq iddialar edənlərdən. Demək olar ki, hər gün 2-3 qıjını silirəm dostluqdan. Sonrada arsız kimi yazırlar, məni niyə sildin? Bugünkü gündə önəmli olan insan olmaqdı. Bir-birinizə hörmət edin.
Комментариев нет:
Отправить комментарий