Dünya tarixində elə bir örnək yoxdur ki, təxminən 100 ölkə 1 ölkəyə hücum etsin. 100 ölkəni niyə deyirəm? Bilirsiniz ki, İstanbulda və başqa yerlərdə toplanan “Suriyanın dostları” qrupu vardı, orada 100 ölkə iştirak edib deyirdi ki, Suriyanı məhv edəcəyik. 4-5 ildən bəri Suriyada dövlətə qarşı savaşan qruplara dəstək verdilər. “Əsəd 1 həftədən sonra gedər, 1 aydan sonra gedər”- dedilər, amma Əsəd getmədi, müqavimət göstərdi..... “Əsəd müqavimət göstərdi” - demək səhvdir, müqaviməti göstərən Suriya ordusu, mülki müdafiə hissələridir. Onlar deyirdilər ki, Əsəd ələvidir, Suriya xalqının isə böyük çoxluğu sünnidir, onu devirər. Ordunun 90%-nin sünni olduğunu nəzərə alaraq bunu deyirdilər. Bu sözlər çökdü. İkincisi isə deyirdilər ki, Əsəd diktatordur, xalq onu sevmir, Allah bəlasını versin, xalq onu devirəcək. Bu gözləntilər də çökdü... Üçüncüsü, Əsədin və Suriya xalqının belə bir gerçəkliyi ortaya çıxdı: Suriya tarixi bir mərkəzdir. Bu həqiqəti Suriyanı dağıtmaq istəyən heç kim görmədi. Suriyanın 3-4 min illik yazılı tarixi var, bütün yazılı mədəniyyətlər Suriyadan çıxıb. Bütün dinlərin mərkəzi də Suriyadır. Pavel xristianlığı Dəməşqdən yayıb, Məhəmmədin peyğəmbər olacağı hələ 12 yaşında ikən Dəməşqdə məlum olub. İsanın əhrəmicə danışan kəndi hələ də Dəməşqin 40 kilometrliyində durur. Bu mədəniyyətlərin olduğu bir torpağın Səudiyyə Ərəbistanı kimi, Qətər kimi Körfəzin zəmanədən geridə qalmış ölkələrinə məğlub olacağını hesablayanların ağlı çatmır..
Комментариев нет:
Отправить комментарий