Ağlama ömrüm günüm, ağlamaq olmaz sənə...
Gözləri qan-yaş ilə bağlamaq olmaz sənə...
Hər nə qədər dərd ki var, indi gərək mən çəkim,
Ən kiçicik dərdi də, saxlamaq olmaz sənə...
Ruhuma bənzər bu çöl, sən də ki tənha ağac,
Əssə də hər gün külək, laxlamaq olmaz sənə.
Sakit axan çay təki sahilin hündür deyil,
Sel kimi birdən coşub çağlamaq olmaz sənə...
Yağma yağışlar kimi, yollarımı bağlama,
Fəhmiyə bax, ağlama, ağlamaq olmaz sənə
Комментариев нет:
Отправить комментарий