30.04.2017

DƏRBƏND TƏHLÜKƏSİ

İbrahim Sel

Azərbaycan qalaları Xazar təcavüzündən qorunmaq üçün tikilmişdir

 3 iyul- Qoy xalqların Xazariya üzərində qələbə günüdür. 3 iyul 964-cü ildə Cəsur ləqəbli əzəmətli rus knyazı Svyatoslav İqoreviçin drujinası Xazariya Xaqanlığı ordusunu darmadağın etdi. İudey Xazariyasının paytaxtı İtil Rus drujinası tərəfindən tutuldu və yerli-yeksan olundu. Salnamələrdə deyildiyi kimi, knyaz Svyatoslav bu məkr yuvasında daşı daş üstə qoymadı. Bundan sonra Rus igidləri Şimali Qafqaza doğru hərəkət edərək xazarların digər qalalarını da dağıtdılar. Beləcə parazitik dövlətin varlığına son qoyuldu. Avrasiya xalqları növbəti dəfə rusların sayəsində rahat nəfəs aldılar.
 Knyaz Svyatoslav sələmi, pul quldarlığını, mənəvi pozğunluğu bütün bəlaların və cinayətlərin mənbəyi hesab edən bir adam idi. Knyaz iudey xazarların sayəsində regionu bürümüş sələmə qarşı kəskin mübarizə aparırdı. O faizə pul verənlərin hər iki əlini kəsir, sələm paylayanları kütləvi surətdə sala bağlayıb Dnepr çayı ilə Qara dənizə doğru axıdırdı. Böyük knyaz öz əsgərlərinə qızıl, var-dövlət hərisi olmamağı və həyatlarını “qaranlıq” ilə mübarizəyə sərf etməyi tövsiyə edirdi. “Qaranlıq” dedikdə o Xazar parazitik sosial sistemini nəzərdə tuturdu.
 Yəhudilərin idarə etdiyi Xazariya dövlətini məhv etməklə böyük knyaz regionu amansız təcavüzdən qurtarmış oldu; baş alıb gedən və günü-gündən geniş vüsət alan qul alverinə, amansız soyğunçuluğa və üzücü sələmə son verildi. İudeylərin ticarət yollarına nəzarət etməsi, Böyük İpək Yoluna qoyduqları ağır tas, eləcə də qonşuluqdakı qoy xalqların istehsalatından aldıqları böyük vergilər nəinki regionda, həm də qitədə ticarətin və iqtisadiyyatın çökməsinə gətirib çıxarmışdı. Xazariya dövlətinin məhv edilməsi ilə Avropa və Asiya arasında ticarət əlaqələri yenidən öz normal məcrasına düşdü. Xazariya üzərində qələbə həm də qlobal əhəmiyyət daşıyırdı; konspiroloqlar qeyd edirlər ki, bu qələbədən sonra Yer sivilizasiyasının inkişafı dağıdıcı yox, yaradıcı xarakter aldı. Parazitik dövlətin məhvi yadelli (əslində yadplanetli) yırtıcıların bəşəriyyəti süquta uğratmaq planlarını alt-üst etdi.
 Xazariya üzərində qələbə- Rus silahının təntənəsi, Rus xalqının yenilməz ruhunun göstəricisi idi. Knyaz Svyatoslavın bu qələbəsi Rusiyanın əzəmətini möhkəmləndirdi və onun dünya siyasətində qabaqcıl mövqeyə çıxarmış oldu. Sionizmin üstümüzə yolladığı alman faşizmi üzərində qələbəni qürurla xatırladığımız kimi sionizmin sələfi olan Xazariya iudaizmi üzərində qələbəni də şövqlə xatırlamalıyıq. Uluların böyük zəfərlərini yadda saxlamaq və hörmətlə yad etmək- bizim hər birimizin müqəddəs vəzifəsidir. Belə ki həmin qələbələrin mahiyyətini bilmək bizi gələcək fəlakətlərdən sığortalayır və yaşamımızı düzgün qurmaqda yardımçı olur.
 Persiya şahları da Xazariya Xaqanlığından gələn təhlükəni gözəl anlayır və şimal regionunu nəzərdə saxlayırdılar. Dərbənddən şimaldakı ərazilər Xazar xaqanının əlində idi. Xaqanın paytaxtı əvvəllər Səməndər şəhəri, 722-723-cü ildən sonra isə Volqa çayı üzərindəki İtil şəhəri olmuşdu. İudey mahiyyətli Xazar xaqanlığı Persiya İmperiyası üçün ən böyük təhlükə mənbəyi sayılırdı. Mirzə Kazım bəyin “Dərbəndnamə”sində qeyd edildiyi kimi, Xazar xaqanının dörd yüz min dilavər pəhləvandan ibarət qoşunu var idi. Xazarların əsas hədəfləri şimalda Slavyan çarlığı olduğu kimi, cənubda da Persiya şahlığı idi. Belə ki xazarlar Avrasiya qitəsinin bir çox yerlərində sosial-iqtisadi sistemləri ələ keçirsələr də, vedik ənənələrin güclü olduğu Persiya və Rusiyada həyati rıçaqları ələ keçirə bilməmişdilər. Xazar xaqanı ilə Sasani şahları arasında daim ədavət və müharibə gedirdi.
 Sovet tarixçisi, akademik Boris Qrekov xazarların 7-9-cu əsrlərdə Qafqaza tez-tez hücum etdiklərini və böyük fəsadlar törətdiklərini bildirir. Tarixi mənbələrdən aydın olur ki, 7-ci əsrin əvvəllərində müasir İsrailin sələfi olan Xazar Xaqanlığı müasir NATO-nun sələfi olan Bizans İmperatorluğu ilə birlikdə İranın Sasani dövlətinə müharibə elan etmişlər. Xazar xaqanı Cəbunun oğlu və sərkərdəsi Şad 623-624-cü illərdə Albaniyaya soxulmuşdur. Bizans imperatoru İrakli də (610-641) İran şahı 2-ci Xosrov Pərvizə (590-628) arxadan zərbə endirmək məqsədilə çoxsaylı ordusu ilə Zaqafqaziyaya gəlmişdir. Bu zaman Xazar qoşunları Albaniyanı talan etmiş, region xalqlarını qırıb çataraq böyük qırğınlar törətmişlər. Xazariya daim Persiya xalqlarının baş bəlasına çevrilmişdir. Araşdırmalar göstərir ki, Azərbaycanın Şabran, Məsqət, Şirvan, Beyləqan, Muğan, Şiz və bir çox başqa şəhərləri, habelə Gülüstan, Girdman, Xunan, Mehyariyyə, Məluğ və digər qalaları məhz xazarlar tərəfindən dağıdılaraq məhv edilmişdir. Xazar basqınları nəticəsində Maq sivilizasiyası tarix səhnəsindən silinmiş, Muğan əvvəlki əzəmət və möhtəşəmliyini itirmişdir. Böyük İpək Yolunun buradakı özəyi olan böyük ticarət bazarı öz fəaliyyətini dayandırmışdır. Regionda əvvəllər nəzərə çarpan iqtisadi və ictimai inkişaf məhz xazar aqressiyası nəticəsində sönərək sıradan çıxmışdır.
 Dərbənd əsrlər boyu Xazariyanın cənubdakı forpostu rolunu oynamışdır, yalnız Qafqazda Rusiya dövlətçiliyi bərqərar olduqdan sonra həmin mövqeyini əldən vermişdir. Dərbənd regionda yeganə yer idi ki, yəhudilər burada qul bazarı açmışdılar və müxtəlif ölkələrdən gətirdikləri qulları satırdılar. Qul alveri yəhudi tacirlərinin ənənəvi gəlir mənbəyi idi. Qonşu vilayətlərə requlyar basqınlar nəticəsində xazarların əlinə çoxlu əsirlər düşürdü, onlar bu əsirləri Dərbənd bazarında satmaqla böyük qazanc əldə edirdilər. “Hüdud əl-aləm” əsərinin müəllifi Dərbəndə satmaq üçün hər cins qulların gətirildiyini bildirir. Araşdırmalar göstərir ki, xazarlar əlləri çatdıqları yerlərdə qonşu xalqların hamısını tasa otuzdurmuşdular. Erməni tarixçisi Moisey Kalankatlı yazır ki, 7-ci əsrin əvvəllərində xazarlar Albaniya torpaqlarını tutduqları zaman nəzarətçilər göndərərək, müxtəlif biliklərə malik olan sənətkarlardan qızıl əldə etdikləri, gümüş əritdikləri, dəmir çıxardıqları, mis şeylər emal etdikləri üçün vergi tələb edirdilər. Müəllif sözünə davam edərək göstərir ki, Xazar xaqanı “ixrac edilən ticarət mallarından gömrük, hətta Kür və Araz çaylarında balıq ovlayanlardan vergi tələb edirdi”. Əsrlər boyu Dağıstanın yəhudi əmirləri Azərbaycanı təcavüz altında saxlamışlar. “Dərbəndnamə”dən aydın olur ki, 9-11-cı əsrlərdə Şirvanın bağ və əkin yerləri satın alınaraq Dərbənd “mühafizəçilərinin” məxaricini təmin etmək üçün vəqf edilmişdi. Bakının neft və duz mədənlərinin, habelə bir sıra vəqf malikanələrinin mədaxili uzun müddət Dərbənddəki əmirlərin cibinə axmışdı. Mənbələrdə göstərilir ki, Məhəmməd ibn Ümmar adlı ərəb Bakının neft və duz mədənlərinin gəlirini toplayıb Dərbənd əmirlərinə çatdırırdı. Həmin dövrdə isə artıq Bakı nefti külli miqdarda gəlir verirdi. 10-cu əsrdə Bakı şəhərində olmuş ərəb səyyahı Əbu Duləf bu haqda məlumat verərək yazır: “Bakı Şirvan vilayətindədir. Mən orada neft mədənləri gördüm ki, qəbalə ilə bir günlük gəliri 1000 dirhəmdir. Bunun yanında başqa mədən vardır ki, gecə və gündüz daim buradan civə kimi ağ neft çıxır. Bunun da gəliri birinci qədərdir (yəni 1000 dirhəmdir)”. 9-cu əsrdə yaşamış ərəb tarixçisi Əhməd Bəlazurinin yazdığına görə, ərəblərin hakimiyyəti dövründə Dərbənddə regionun taxıl anbarı tikilmişdi ki, ərəblər qonşu vilayətlərdən topladıqları taxılı burada saxlayırdılar; harda aclıq olsa da, Dağıstan yəhudiləri gen-bol dolanırdılar. Dərbənd əmirləri bir müddət Şirvan ilə Dərbənd arasındakı münbit Məsqət vilayətini (massaget torpağı) də ələ keçirmişdilər, lakin sonradan Şirvanşahlar onu böyük çətinliklə geri qaytara bildilər. Şərq ölkələrindən şimal ölkələrinə gedən ticarət karvan yolu Dərbənddən keçirdi ki, əmirlər həmin karvanlardan külli miqdarda haqq alırdılar. Persiya hakimliyinin zəiflədiyi dönəmlərdə xazarlar avtomatik olaraq regionun iqtisadiyyatını və siyasi təsir vasitələrini öz əllərinə keçirirdilər. Araşdırmalar göstərir ki, həssas dönəmlərdə Dərbənd əmirlərinin xırda təsiri belə Şirvanşahlar sarayında müəyyən iğtişaşlara səbəb olurdu.
 Vaxtilə Sasani şahları imperiyanın şimal sərhədlərini xazar təcavüzündən qorumaq üçün bir sıra tədbirlər həyata keçirmişlər. Xüsusilə bu rayonda böyük istehkamlar, qalalar tikmiş, buraya təcavüzə sinə gərə bilən mətin qoy tayfalarını köçürmüşlər. Bəlazuri yazır ki, Sasani şahı Qubad (489-531) Şirvan vilayətindən Allan keçidinə qədər əraziyə çiy kərpicdən hasar çəkdirdi; şah bu hasar boyu 360 şəhər saldırmışdı ki, Babul-Əbvab tikiləndən sonra bunlar hamısı dağılmışdı. Mənbələrdə bildirilir ki, Sasanilər etibar etdikləri köçərilərdən və müxtəlif yerlərdən tayfalar köçürərək, Dərbənd ətrafında onlara yer verir və istehkamlar çəkirdilər. “Dərbəndnamə”də göstərildiyi kimi, Qubadın fərmanı ilə Dərbənd ətrafına bir çox tayfa köçürüldü: “Bunların bəziləri təmir edilmiş böyük Dərbənd şəhərinə sakin edildi”. “Dərbəndnamə”də bildirilir ki, Ənuşirəvan (531-579) atasından sonra Qafqaz dağlarında 360 şəhər və qala tikdirib hər birinə əmirlər təyin edərək sərhədin mühafizəsini onlara tapşırdı. Sasanilər tərəfindən çəkilmiş Dərbənd hasarı haqqında orta əsr müəllifləri bir sıra maraqlı məlumat verirlər. Bəlazuri göstərir ki, Dərbənd hasarı dənizdən başlayaraq dağın başına qədər çəkilmişdi: “Bu hasarın eni üç yüz dirsək idi. Hasar dənizə üç mil uzanmışdı. Hasar tikilib qurtardıqdan sonra ona dəmir qapı qoyuldu; əvvəllər Dərbəndi mühafizə etmək üçün əlli min əsgər lazım olduğu halda, indi yüz süvari mühafizəçi təyin edildi”. 9-10-cu əsrlərdə yaşamış İran coğrafiyaşünası İbn Fəqih Həmədani Dərbənd haqqında məlumat verərkən belə yazır: “Ənuşirəvan həmçinin öz məmləkəti ilə xəzərlər arasında daşdan və qurğuşundan eni 300 dirsək olan sədd çəkdirdi və onu dağların zirvəsinə qaldırdı; sonra həmin səddi dənizə qədər uzatdı və divarda dəmir qapılar qoydu”.  İbn Fəqih eyni zamanda qeyd edir ki, Babul-Əbvab şəhəri bina edildikdən sonra Sasanilər Qafqaz dağlarında 300 şəhər və qalanın bünövrəsini qoydular. Məsudi yazır ki, Babul-Əbvab adlanan şəhərin su və quru ilə uzanan və dağlara qaldırılmış divarının tikilməsi qurtardıqdan sonra Ənuşirvan buraya öz hakimləri ilə birlikdə əhali köçürdü, hər birinə rütbə təyin etdi və bu şahların ərazisinin sərhədlərini müəyyənləşdirdi. Ərəb müəllifləri Qafqaz dağlarında, xüsusilə Dərbənd keçidində tikilən istehkamlarla çox maraqlandıqları üçün bu haqda bir sıra məlumat vermişlər. Qafqaz dağlarında, Şirvan və Dağıstan ərazisində bu istehkamların yeri və xarabalıqları zəmanəmizə qədər qalmışdır. Dərbənd hasarı və onunla əlaqədar tikilən müdafiə istehkamları möhtəşəmliyi ilə heyrət doğurur. İbn Fəqih qeyd edir ki, Ənuşirvan tərəfindən tikilən Dərbənd divarları 7 fərsəng (təqribən 45-50 kilometr) məsafədə keçilməz meşəlik və uçurum qayalara qədər uzanır: “O yonulmuş dördkünc daşlardan tikilmişdir, bu daşlardan birini 50 adam qaldıra bilməz. Bu daşlar bir-birinin üzərinə qoyulmuş və bir-birinə dəmir bəndlərlə bərkidilmişdir. Bu 7 fərsəng məsafədə yeddi keçid düzəldilmişdir, bu keçidlərin hər birində mühafizəçilər qoyulmuşdur”. Şübhə yoxdur ki, Dərbənd hasarının çəkilməsi çox böyük strateji əhəmiyyətə malik idi. Ona görə də bu istehkamlar uzun əsrlər boyu öz əhəmiyyətini saxlamışdır. Xüsusilə bu istehkamların Persiya xalqlarını yırtıcı xazarların basqın və hücumlarından mühafizə edilməsi üçün böyük əhəmiyyəti vardı. Bu nəhəng istehkamlar bir sıra əfsanələrin yaranmasına da səbəb olmuşdur.
 Qafqaz dağlarında tikilmiş istehkamlar nəinki Şirvan və Azərbaycan, eyni zamanda bütün Şərq xalqları üçün ölüm-dirim məsələsi idi. Qeyd etmək lazımdır ki, orta əsrlərdə hələ texnikanın inkişaf etmədiyi bir dövrdə bu nəhəng istehkamları yaratmaq üçün çoxlu insan əməyi və vəsait lazım idi. Bu istehkamların yaradılmasında albanlar, azərbaycanlılar, ermənilər, şirvanlılar, ləzgilər birgə çalışaraq böyük əmək sərf etmişlər. Yerli əhali ilə bərabər bu istehkamlarda Persiya İmperiyasının qoşun dəstələri, memarları, daşyonanları, mühəndisləri də işləmişlər. “Dərbəndnamə”də qeyd edilir ki, Dərbənd hasarını çəkmək üçün buraya 10 min əsgər, mühəndis, memar və səriştəli fəhlələr gətirilmişdi. Şərqşünas alim Boris Dorn yazır ki, Ənuşirəvan Dərbəndi tikdirdikdən sonra Qafqaz dağlarında olan qalaların hər birinə hakim (sərkərdə) təyin etdi, onların ixtiyarına qoşun dəstələri, yaşayış üçün müəyyən torpaq sahələri və əhali verdi. Sərhəd boyunca meydana çıxan belə hakimlərin vəzifəsi, əsas etibarilə, sərhədləri şimaldan basqın edən xazar tayfalarının hücumundan mühafizə etmək idi. Qədim müəlliflər Dərbənd hasarından başqa burada diqqəti cəlb edən binaların olması haqqında da məlumat verirlər. Bu nöqteyi-nəzərdən İbn Fəqihin verdiyi məlumat daha çox qiymətlidir. O yazır: “Bab şəhərindəki divarın üstündə iki daş sütun vardır, sütunun hər birinin üstündə ağ daşdan yonulmuş şir heykəli durur. Onlardan aşağıda iki daş var və həmin daşların üstündə də şir təsvir edilmişdir. Qapının yaxınlığında insan heykəli vardır. Onun ayaqlarının arasında ağzında üzüm salxımı olan tülkü təsvir edilmişdir. Şəhərdən kənarda “Məsruf hovuzu” (Qübbəli hovuz) adı ilə məşhur olan hovuz vardır. Hovuzun içərisində pilləkən qayırılmışdır, hovuzda su az olduqda pillələrdən hovuza enirlər. Pilləkənin hər iki tərəfində daşdan iki şir qayırılmış, bu şirlərin birinin üzərində isə daşdan adam heykəli qoyulmuşdur. Hökmdarların evi üzərində də daşdan yonulmuş və divardan bir qədər aralı olan iki şir heykəli qoyulmuşdur”… 
 İran tarixçisi Hilal əs-Sabinin (969-1056) yazdıqlarından aşağıdakılar aydın olur. Dərbənd şəhəri hasarının dəniz suları içərisində olan hissəsi dağılmışdı. Hasarın bu hissəsi limanı dənizdən 600 dirsək uzunluğunda xəzərlərin hücumundan mühafizə edirdi. Hasarın dağılan yerlərinin düzəldilməsi üçün 60000 dinar lazım gəldiyi müəyyən edilir. Sacilər sülaləsinin hakimi Yusif ibn Əbu Sac xəlifənin vəziri İbn əl-Furata müraciət edərək, Dərbənd hasarının dənizin içərisinə doğru uzanan hissəsini düzəltmək üçün lazım olan bu məbləğin verilməsini xahiş edir. Vəzir ona göstərir ki, Xosrov Ənuşirəvan hasarı çəkdiyi zaman hər təsadüfə qarşı ehtiyat üçün yonulmuş və deşik açılmış daşları birləşdirməkdən ötrü dəmir qarmaqlar, qurğuşun və sairə şeylər hazırlanmışdır. Vəzir bu tikinti materialının basdırıldığı yeri də Yusifə yazmışdır. Yusif də həmin ehtiyat edilən tikinti materiallarının yerini öyrəndiyinə görə, işin icra edilməsindən başqa nəzərdə tutulan qalan məxaric azalmışdır. Hilal əs-Sabinin bu məlumatından aydın olur ki, Dərbənd Yusifin hakimiyyəti altına düşdüyü üçün o bu böyük strateji əhəmiyyətə malik olan qalanı təmir etdirmiş və beləliklə də, Sacilər dövlətinin şimal sərhədlərini xazarlardan mühafizə etməyə çalışmışdır.
 Persiya şahları Şirvan vilayətinə, buradakı hərbi-strateji əhəmiyyəti olan qalalara və şəhərlərə çox böyük diqqət yetirirdilər, çünki xazar basqınları zamanı ilk zərbə həmişə Şirvana dəyirdi. Xazar təcavüzündən ən çox əziyyət çəkən Şirvan vilayəti idi. Şimaldan basqın edən tayfalar əvvəlcə Şirvanı qarət edirdilər. Bunun qarşısını almaqdan ötrü Şirvan ərazisində dayanıqlı istehkamlar və əlçatmaz qalalar tikilirdi. Şirvanşahlıq Dərbənddən şimaldakı İud aqressiyasının qarşısında sədd rolunu oynayırdı. Şamaxı şəhəri uzun əsrlər boyu Şirvanın mərkəzi, Şirvanşahların paytaxtı olmuşdur. Qədim müəlliflərə görə, Şirvan sözü Dərbənd hasarını çəkdirən Sasani şahı Ənuşirəvanın adı ilə əlaqədardır. Bəlazuri yazır ki, Sasani şahı Ənuşirəvan Qafqaz sıra dağlarının şərq hissəsində bir neçə şahlıqlar yaradaraq, bunların hər birinə “şah” təyin etdi. Bu şahlıqlardan biri də Şirvanşahlıq idi. Məhz buna görə Şirvan adı Ənuşirəvanın adı ilə əlaqələndirilir. İbn Fəqihin Şirvan haqqında verdiyi məlumatda göstərilir ki, “Şirvan şəhəri Ənuşirəvan tərəfindən bina edilmişdir”. Şirvan haqqında ilk mənbələrin verdiyi məlumata və sair ədəbiyyata əsaslanan B.Dorn yazır ki, Şirvan sözü, bir rəvayətə görə Ənuşirəvan tərəfindən tikdirilmiş məşhur Şirvan şəhərinin, başqa bir rəvayətə görə Ənuşirəvan tərəfindən bu vilayətə təyin edilən Şirvan adlı birinci hakimin adından alınmışdır. B.Dorn Məsudiyə əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Şirvana təyin edilən ilk hakim Şirvan Ənuşirəvanın yaxın qohumlarından olmuş və bunun nəslindən olan hakimlər də Şirvanşah titulunu daşımışlar. Məsudiyə görə Şirvanşah Bəhram Gur (421-441) nəslindən idi. Dövlətşah isə Şirvanşahları Bəhram Çubin nəslinə mənsub edir. Bir sıra qədim müəlliflər də Şirvanşahları Sasanilər nəslinə bağlayırlar.
 Mənbələrdən aydın olur ki, Sasani şahı Qubad  və onun oğlu Ənuşirəvan xazarların basqınından qorunmaq üçün Dərbənd hasarını çəkdirdikləri zaman Şamaxı şəhəri mühüm strateji əhəmiyyətə malik idi. Yunan əsilli ərəb coğrafiyaşünası Yaqut əl-Həməvinin (1179-1229) məlumatına görə, Şamaxıya Yəzidiyyə də deyilmişdir: “Yəzidiyyə Şirvan vilayətinin əsas şəhəridir ki, Şamaxı adı ilə məşhur olmuşdur”. Osmanlı tarixçisi Münəccimbaşı Əhməd Dədənin “Cami əd-düval” əsərində göstərildiyinə görə, Yəzidiyyə şəhərini 918-919-cu ildə Məzyədilər sülaləsinə mənsub olan Şirvan hakimi Yəzid tikdirmişdir. Məzyədilərə Şirvanşahlar olmamışdan qabaq Lahicanşahlar deyilirdi, buradan anlaşılır ki, Şirvan aristokrasiyası Gilan kökənlidir. Xalq arasında olan rəvayətə görə, Şamaxı iki adın birləşməsindən əmələ gəlmişdir; bu kəlmə birinci hissəsi “şah” (hökmdar), ikinci hissəsi isə “max” (maq kahini) sözlərinin birləşməsindən əmələ gələn “Şah-maxi”- “maq şahı” mənasına gəlir.  “Maq şahı” anlamı da Şamaxı aristokratiyasının muğanlılara bağlılığına dəlalət edir. Tarixi mənbələrdən aydın olur ki, Sasanilər dövləti ərəblərin zərbəsi altında dağıldığı zaman, 642-ci ildə ərəb sərkərdəsi Əbdürrəhman ibn Rəbiə Şirvana hücum edərkən Şirvanı Şəhriyar adlı hakim idarə edirdi. Şəhriyar haqqında Təbəri maraqlı məlumat verir. O yazır ki, ərəblər ilk dəfə 640-cı ildə Azərbaycan hakimi İsfəndiyarla ölkənin tabe edilməsi haqqında müqavilə bağladıqdan sonra xəlifə Ömər (634-644) Əbdürrəhman ibn Rəbiəni və onun qardaşı Səlmanı Dərbəndi fəth etməyə göndərdi. Əbdürrəhman əl-Baba (Dərbəndə) yaxınlaşdıqda sərhəd vilayətinin hakimi Şəhriyar onu qarşıladı. Müəllif əlavə edərək yazır ki, Şəhriyar iranlı olub, Şəhriyar şahın nəslindən idi. Hətta Şəhriyar Əbdürrəhman ilə görüşdükdə ona özü haqqında demişdi ki, erməni olmadığı kimi, nəsil etibarilə qafqazlı da deyildir. Tarixi mənbələrdən aydın olur ki, maq kahini Şəhriyar şahın əsas missiyası şimaldakı Xazar təcavüzü ilə mübarizə aparmaq olmuşdur. Şəhriyar şah islam xalqlarının iudaizm ilə mücadiləsinə öz dəyərli töhfələrini vermiş tarixi bir şəxsiyyətdir. 9-cu əsrdə yaşamış ərəb tarixçisi Əhməd Yəqubinin fikrincə isə, Şamaxı şəhərini Əbu Cəfər xəzərlərə qarşı qoşun göndərdiyi zaman tikdirmişdir və xəzərlərə qarşı mübarizə etmək üçün onu istinad məntəqəsinə çevirmişdir. Bu versiyalardan hansı düz olur olsun, əsas odur ki, şamaxılıların tarixi missiyası iudaizmə və onun müasir davamçısı sionizmə qarşı mübarizə etməkdir.
 Araşdırmalar göstərir ki, Azərbaycan qalalarının hamısı xazar-yəhudi hücumlarının qarşısını almaq üçün tikilmişdir. Mənbələrdə göstərilir ki, Məzyədilər sülaləsinə mənsub olan Qubad ibn Yəzid 1045-ci ildə xazarların hücumlarına qarşı müqavimət göstərmək məqsədilə Yəzidiyyə şəhərinin ətrafına yonulmuş daşdan hasar çəkdirərək, ona dəmir qapılar qoydurmuşdur. Bir sıra Azərbaycan şəhərlərinin, xüsusilə Bərdə, Şamaxı, Şabran, Dərbənd, Görkərə, Məsqət, Beyləqan, Qəbələ və sair şəhərlərin Sasani şahlarının, xüsusilə Ənuşirvanın dövründə bina edilməsi haqqında məlumatlar vardır. Persiya şahları Dərbənd, Şirvan, Bərdə, Qəbələ, Beyləqan kimi qoşun dəstələri saxlanılan şəhərlərin ətrafına qala divarları çəkdirmiş, bəzi yaşayış məntəqələrini möhkəmlətmiş və yenilərini bina etdirmişlər. 
 Gəncə Çar Albaniyasının “kazna”sı- xəzinəsi olmuşdur. Tarix elmləri doktoru, professor Yevgeni Paxomovun fikrincə, həmin yer qoşunun xəzinəsi olduğu üçün “Gənc” (Gəncinə), yəni “xəzinə, anbar” mənasında Gəncə adlanmışdır. Paxomov bildirir ki, sonralar əmələ gələn Gəncə şəhəri 8-ci əsrin əvvəllərindən göstərilən adı daşımağa başlamışdır. Münəccimbaşının “Cami əd-düvəl” əsərində Gəncə şəhərinin tikilməsi haqqında yazılır ki, Məzyədilər nəslinə mənsub olan Məhəmməd ibn Xalid (Moisey Kalankatuklu onun adını Maxmat Xoxti oğlu kimi göstərir) 856-857-ci ildə Böyük Buğanın səyi ilə yenidən Azərbaycan, Ermənistan və Arran hakimi təyin edildi və o 859-860-cı ildə Arran vilayətində Gəncə şəhərini tikdirdi. Bu şəhərin tikilməsinin səbəbi Xunanın (Xubant) yaxın olması idi. Sonralar Xunan hərbi sərhəd nəzarət məntəqəsi rolunu oynayırdı. Münəccimbaşı yuxarıda adını çəkdiyimiz əsərində Məhəmmədin Gəncə şəhərini tikdirməsi haqqında əfsanəvi bir hadisə də nəql edir. Bu məlumata görə, Məhəmməd Xunan yaxınlığındakı təpədə- Gənzə (xəzinə) adı verilən yerdə şəhər bünövrəsini qoyaraq onu Cənzə (Gəncə) adlandırır. Beləliklə, qədim Gəncə şəhərinin əmələ gəlməsi haqqında bir-birinə uyğun gələn hər iki məlumatın həqiqətə müvafiqliyi üzə şıxır.
 Moisey Kalankatlının yazdığına görə, Bərdə şəhəri 5-ci əsrdə tikilmişdir. O göstərir ki: “Albaniya çarı Vaçe İran şahı Perozun əmri ilə Perozapat şəhərini tikdirdi, indi o Patrav adlanır”. İbn əl-Fəqih Bərdə, Beyləqan və Qəbələ şəhərlərinin Sasani şahı Qubadın (488-531) hakimiyyəti dövründə tikildiyini bildirir. Bəlazurinin yazdığına görə isə, Arran şəhərlərindən Beyləqan, Bərdə, habelə Qəbələ Sasanilər dövründə (6-cı əsr) tikilmişdir. Qədim mənbələrdə Nəşava adlandırılan Naxçıvan da, Bəlazurinin yazdığına görə, Sasani şahı Ənuşirəvan dövründə tikilmişdir. Bəlazurinin “qədim şəhər” adlandırdığı Şəmkür xazarlar və onların bir qolu olan Dağıstan yəhudilərinin basqınları nəticəsində dəfələrlə ziyan çəkmiş və dağılmışdır. Bəlazurinin yazdığına görə, 854-855-ci ildə Xilafətin sərkərdəsi Buğa islam dinini qəbul edən xazarlardan bir hissəsinin Şəmkürdə sakin olmasına icazə vermiş, şəhəri yenidən düzəldərək buraya Bərdədən tacirlər köçürmüş və şəhərin adını dəyişdirərək Mütəvəkkiliyyə adlandırmışdır. 6-cı əsrdə Sasanilərin hakimiyyəti dövründə xazar və iudey basqınlarından qorunmaq üçün Şəki də diqqət mərkəzində olmuşdur. Bəlazuri bildirir ki, “Sasani şahı Ənuşirəvan “Əbvab Şəkin” adlı yeri düzəltdikdən sonra qonşu dağ keçidini möhkəmlətmişdi”. İbn Fəqihin yazdığına görə, Şabran, Məsqət və Babül-Əbvab (Dərbənd) dağlardakı yollar üzərində olduğu üçün “bab” (darvaza, qapı) adlanırlar. Müəllif sözünə davam edərək yazır ki, Babül-Əbvab şəhəri (Qafqaz) dağının zirvəsindən başlayaraq Xəzər dənizinə qədər uzanır və üç mil məsafədə dənizi yarıb ora daxil olur. 9-10-cu əsrlərdə yaşamış ərəb səyyahları İstəxri və Məsudinin yazdıqlarına görə, Dərbəndin “ətrafına daşdan, kərpicdən və gildən hörülmüş möhkəm hasar çəkilmişdir”. Dərbənd hasarı haqqında Abbasqulu ağa Bakıxanovun qeydləri də maraqlıdır. O yazır: “Deyirlər ki, bu səddin bir milə qədəri Xəzər dənizinin içində olub, qalan hissəsi isə Qara dənizə qədər uzanıb getmişdir. Qubad əmr etdi ki, hasarı torpağın və qumun altından çıxarıb təmir etsinlər. Hasarı Təbərsaranın yuxarısına qədər çəkib ona dəmir qapılar saldılar. Bundan sonra o Dərbəndin cənub tərəfindəki divarı çəkdirdi və şəhərin binasını qoydu. Bu işlərin hamısı yeddi ilə tamam oldu”.
 Mənbələrdən aydın olur ki, Dərbənd hasarı çəkildikdən sonra şimaldan hücum edən azğın xazar tayfalarının qarşısını almaq mümkün oldu; belə ki hasarın hər qapısında mühafizə üçün qoyulan 100 nəfər keşikçi hücum edən 100 min qoşunun qarşısını saxlaya bilirdi. Göstərdiyimiz kimi, ilk növbədə Persiyanın Şirvan vilayəti şimaldakı Xazariya regionunda cəmləşmiş çeçen-avar-iud tayfalarının hücumlarına məruz qalırdı. Xazar tayfaları əsasən Qafqaz dağlarının Dərbənd hasarı çəkilən keçidindən aşaraq varlı Persiya ərazilərinə, Azərbaycana və qonşu ölkələrə soxulurdular. Bu sədd çəkildikdən sonra Şirvan və Azərbaycan əhalisi ardı-arası kəsilməyən hücumlardan müəyyən qədər rahatlaşdı. Dərbənd- Şirvan, Arran, Azərbaycan, Ermənistan kimi ölkələrin forpostu hesab olunurdu. Şimaldan basqın edildiyi zaman Dərbəndin yaxınlığındakı uca dağdan bu ölkələrə düşmənin gəldiyi xəbər verilirdi. İstəxri yazır ki, Dərbənd şəhərinin tərəfində uca bir dağ vardır ki, ona “Əl-zıb” dağı deyirlər. Hər il bu dağın zirvəsinə çoxlu odun toplayırdılar, əgər qəflətən düşmən hücum edirdisə, o zaman Azərbaycan, Arran və Ermənistan əhalisini xəbərdar etmək üçün burada toplanılan odunu yandırırdılar. Beləliklə, bu böyük məşəlin alovları Dərbənd tərəfdən yenə İudanın (İsrail övladlarının) basqın etdiyini bildirirdi.
 Dərbənd bir tərəfdən hərbi-strateji əhəmiyyətə malik idi, digər tərəfdən isə Xəzər dənizinin sahilində yerləşən ölkələr üçün böyük liman hesab olunurdu. 10-cu əsr ərəb coğrafiyaşünas-səyyahı İbn Havqəl yazır: “Bab ül-əbvab Xəzər dənizi üzərində yerləşən şəhərdir və şəhərin ortasından gəmilər üçün liman vardır. Dənizdən şəhərə tərəf uzanan bu limanın hər iki tərəfindən divar kimi çəkilmiş tikinti vardır, gəmilər dənizə bu tikintidən keçirlər. Keçidin ağzına Tir və Beyrutdakı zəncirlərə oxşar zəncir çəkilmişdir. Gəmilər icazəsiz buraya daxil olub, çıxa bilmir. Bu iki divar daşdan, qurğuşundan hörülmüşdür”. 

“Avrasiya tarixi” kitabından

Комментариев нет:

Отправить комментарий