15.04.2017

"Flame Towers" nəyi simvolizə edir? - "Modernizmin" Azərbaycanda şeytani alovları

Ətraf mühitdə, ələlxüsus da, ictimai yerlərdə gördüyümüz, amma mənasını bilmədiyimiz çoxlu sayda simovlik fenomenlər mövcuddur. Simvolikanın tarixi o qədər qədimdir ki, hətta qədim Hindistanın fəlsəfi düşüncəsinin təməllərində ("Upanışad" və s.) simvolikanın mədəniyyətinə rast gəlinir. Qədim yunan filosofu Platonun əsərlərində simvolikanın fəlsəfi yöndən araşdırılmasına dair müxtəlif biliklər verilməkdədir. Ümumiyyətlə, simvolika həmişə hər hansısa bir məsələnin batinini bildirir. Simovlikanin hədəfi məsələnin gözə görsənməyən, gizli, metafizik və batini tərəfini çatdırmaqdır. Həmçinin, simvolika hər hansısa bir qrup insanın bir hədəfə qulluq etməsinin göstəricisidir. Məhz buna görə, hər dinin, siyasi partiyanın, istənilən ideoloji məktəbin öz simvolikası var. Simvolikanın istifadəsinin digər əsas hədəfi də "birləşdirmək" və hər-hansısa bir ideoloqiyaya xidmət etmək mənasındadır.
Əsas məsələyə keçməkdən öncə, bir həssas nöqtəyə toxunmaq istərdik. Azərbaycanın hakim dairələrinin göstərişi ilə inşa edilən yeni tikililər arasında istifadə etdikləri simovlikalar çox olduğundan, biz bu tikililərin daşıdığı mənaları araşdırıb sizə çatdırmağı özümüzə borc bildik. Şəhərin üç metro stansiyasının üzərində qurulan piramida formasında tikililər, avtomobil tunellərinin üzərində qurulan "Hər şeyi görən göz" ("The eye of providence"), şəhərin müxtəlif parklarında üç buta formasında ("Buta" simvolu "6" rəqəminin formal oxşarıdır) və "666" (şeytani rəqəm) rəqəmini göstərən tikililər və s. hakim dairələrin simvolikaya marağının bariz nümunələrindəndir.
Bu məqalədə toxunmaq istədiyimiz əsas mövzu 2012-ci ildən bəri Bakının (hətta deyərdim bütün Azərbaycanın) ən məhşur simvoluna çevrilmiş "Flame Towers" ("Alov güllələri") kompleksinin özündə daşıdığı gizli simvolik mənaları məlumatsız insanlara çatdırmaqdır. Siravi insana sual verilsə ki, bu üç nəhəng bina nəyi simvolizə edir, əksər şəhər sakini suala dəqiq cavab verə bilməyəcək. Deyilə biləcək cavablar arasında, ən məhşuru bu olacaq ki, "Azərbaycan qədimdən odlar diyarı adlandırılır", "Alov şəkilində olan üç bina Bakı herbində əksini tapan üç alovu simvolizə edir" və s. Yəni, məsələyə zahiri və səthi yöndən yanaşma müşahidə olunacaq. Həqiqətdə isə, məsələ olduqca dərindir. Məqalənin də əsas məqsədi məhz siravi insanların bilmədiyi bir çox məsələnin üzərindən pərdəni çəkməkdir.
Dünyada mövcud olan gizli ideoloji cərəyanlardan ən məhşurunu bilmək istəsək bu cərəyanın məhz "şeytanpərəsətlik" ("satanizm") olduğunu desək heç də yanılmarıq. Bəlkə də, bu cərəyanın istifadə etdiyi simvolikaların sayı qədər gizli simvolika heç bir digər cərəyanda istifadə olunmayıb və yaxud istifadə olunmur. Məhz buna görə bir çox təhqiqatçılar "şeytanpərəstləri" öz araşdırmalarında "simvolika xəstələri" adlandırıblar. Gizli iş gördüklərindən və bir-birinə məhz simvolika vasitasiylə "xəbər" ötürdüklərindən bu formada ünsiyyət onlar üçün olduqca zəruridir.
"Şeytanpərəstliyin" əsas və ən məhşur simvolu "şeytani keçi"dir. Bədəninin bir qismi insandan, digər bir qismi isə keçidən ibarət olan bu simvol orta əsrlərdən bəri istifadə olunmaqdadır. Bu sirli simvolun adı "Bafomet"dir ("Baphomet"). Orta əsrlərin məhkəmə sistemlərinin əlyazmalarında mühakimə olunan tampliyerlərdən ("şeytanpərəstliyin" qədim qoludur ki, hal-hazırda da aktivdir) olan gizli məbəd keşişləri məhz bu simvolika ilə məhşur idilər. Onlara qarşı əsas ittiham şeytanpərəstlik, okkultizm, qara magiya, cadu və s. olmuşdur. Onu da qeyd edək ki, tampliyerlik (latın dilində "templum" - hərəm və məbəd mənasındadır) ilk dəfə 1118-ci ildə Payenli Hugo tərəfindən İerusəlimdə (Fələstində), "Süleyman məbədi"nə (sionist yəhudilərin bərqərar etmək istədikləri məbəd) ehtimal verilən bir məkanda yaradılıb. Bu cərəyan və sekta özü-özlüyündə sırf hərbi-mənəvi fundamentə malik idi və əsas hədəfi də müsəlmanlarla mübarizədən ibarət idi. Daha sonra, "Səlib yürülşərlərində" ("Xaç yürüşləri") çoxlu sayda qənimət əldə edən "Tampliyerlər ordeninin" üzvləri Qərbi Avropanin ən varlı və gizli dini-mənəvi cərəyanına çevrildilər və nüfüz dairələri daha da genişləndi. Hal-hazırda Avropa və ABŞ-da bir çox məhşur siyasi qurumlar "tampliyerlərin" idarəsi altındadır.
"Bafomet" (şeytani keçi) simvolikasının adına dair təhqiqatçılar arasında fikir ayrılığı vardır. Belə ki, bəzi tarixçilər bu adın "Bufihimat" sözündən yarandığını bildirirlər və mavritaniya dilində bu söz "hikmətin atası" kimi tərcümə olunur. Okkultizm və magiya üzrə ingilis tarixçisi Monteqyu Sammersin ehtimallarına əsasən "bafomet" sözü iki yunan sözün olan "baphe" və "metis" söz birləşməsindən yaranıb və mənası da "hikmətin vəftizi" (vəftiz - xristianlığın məhşur ayınlərindən olub, imanlıların cəmiyyətinə daxil olma mərasımıdır) mənasındadır. Tarixçilər və təhqiqatçılar arasında "Bafomet" sözünün yaranma tarixinə dair ən məhşur fikir isə bu sözün "Muhəmməd" sözünün təhrif olunmuş formasından ibarətdir. Yəni, bu cərəyanın əsas hədəfi bütün var-gücləri ilə İslam peyğəmbəri Hz. Muhəmmədin gətirdiyi din ilə mübarizədən ibarət olduğundan, bu dinə qarşı fəaliyyətdə olan "qara qüvvənin" adını şeytanpərəstlər həmin dini gətirən peyğəmbərlərin adı ilə çağırardılar.
"Bafomet" fenomeninin kimliyi barədə orta əslərdə məhşur olan fikir budur ki, bu varlıq İblisin (ilk şeytanın) qadın cinsində olan yoldaşıdır. Bəzi təhqiqatçılar bildirirlər ki, bu varlıq (İslam dininə əsasən "cin" adlandırılır) şeytani ierarxiyada ikinci yeri tutur, digərləri isə bildirirlər ki, müxtəlif okkultistlər (cindarlar) tərəfindən çəkilən şəkildə əks olunan elə İblisin özüdür, yəni İblisin maddi təzahürüdür. Hər bir halda, bu fenomen bir-başa şeytaniyyətlə və şeytanpərəstliklə bağlıdır.
"Bafometin" ən məhşur şəkili fransiz okkultisti, cindarı və taroloqu olan Elifas Levi tərəfindən 19-cu əsrin ortalarında çəkilib. O bu "şeytani keçini" öz "taro kartlarının" tərkibində olan İblisi simvolizə edən kartın üzərində əks etdirib. Daha sonra bu şəkil "Şeytan kilsəsinin" ("The church of Satan") əsas simvoluna çevrilir. Bu "kilsə" ilk dəfə 1966-ci ildə ABŞ-ın San-Fransisko şəhərində okkultist Anton LaVey tərəfindən yaradılr və üç il sonra LaVey özünün "Şeytan İncili" kitabını da yazır. Hal-hazırda bu cür "kilsələr" Qərbin müxtəlif şəhərlərində mövcuddurlar.
Elifas Levinin çəkdiyi rəsmə diqqət etsəniz şeytanı simvolizə edən idol hündür bir təpənin üzərində əks olunub. Təpə su ilə əhatə olunub. "Şeytani keçinin" başının qırağında havanı və küləyi simvolizə edən işarələr mövcuddur. Və ən əsası, şeytanın başında "alov çırağı" mövcuddur. Bu çırağ birbaşa şeytanpərəstliyi (dinlərə əsasən şeytanlar- cinlər xalis oddan yaradılıblar) və Cəhənnəm atəşini simvolizə edir. Alovun dillərinin sayına və formasına diqqət yetirdikdə bunun "Flame Towers" kompleksi ilə nə qədər oxşar olduğunu müşahidə etmək bir o qədər də çətin deyil. "Flame Towers" kompleksinə üç bina daxildir və "Bafometin" başında olan üç atəş dilini simvolizə edir. Bu binalar da Bakının demək olar ki, ən hündür yerində (Dağüstü parkda) tikilib; bu tikili də bir növ su ilə əhatə olunub (Xəzər dənizininin kənarındadır); bu tikili də küləkli bir yerdə tikilib. Diqqətçəkən məsələlərdən biri də budur ki, rəsmdə olan şeytanin əllərinin biri qadın formasındadır və bir hissəsi də kişi formasında. Bu da ölkədə olan kişi-qadın idarə sisteminə işarədir. Daha dəqiq desək, bizim hakim dairə öz idarə sistemini "şeytanpərəstliyə" müvafiq etməkdədir. Belə ki, yeni qanuna minmiş vitse-prezidentlik sistemi və ilk vitse-prezidentin qadın təyin olunmasının metafizik və görsənməyən tərəfi bundan ibarətdir. Şəkildə digər simvollar da mövcuddur ki, onları da geniş araşdırmaq olar, lakin biz bununla kifayətlənirik.
Bu tikilini ölkənin simvolu kimi təyin etmək hakim dairələrin birbaşa gizli, şeytanpərəst ordenlərlə əlaqədə olduğunun göstəricisidir. Belə batini mövzular sadə kütlədən gizlədilsə də, məlumatlı insanlar üçün heç də sirr deyil. Bakı şəhərində və digər şəhərlərdə tarixi binaların sökülməsi, məscidlərin yerlə-yeksan edilməsi, "Qız qalası" kimi qədim tikilini kölgəyə atıb müasir tikilini simvol kimi təqdim etmək, ölkəyə heç bir xeyri dəyməyən müxtəlif musiqi və idman yarışmalarını keçirmək məhz "şeytanpərəstliyə" xidmət etməkdədir. Belə ki, gizli şeytanpərəstlikdən ibarət olan "modernizm" və "postmodernizm" (müasirlik və post-müasirlik) dalğalarını ölkəyə gətirmək "ənənə məktəbini" ("tradisionalizmi") aradan aparmağa xidmət edir. Filosoflar öz istilahlarında modernizmi "Lusiferin (İblisin) tuğyan etdiyi əsr" adlandırmaqdadırlar. Səbəb də, insanları Allah, din, ənənə, həqiqi hikmət, həqiqi müdriklik, həqiqi dərinlik, həqiqi insaniyyətdən ayırmaqdır. Bütün bunlardan məhrum olan və bir növ "zombiləşmiş" kütləni idarə etmək də asanlaşır və istənilən plan da, xalqın marağına zidd olsa belə, asanlıqla icra olunur.

https://www.facebook.com/gamloasadullah/posts/1958445967717418

Комментариев нет:

Отправить комментарий