Türkiyə Azərbaycan Respublikasını işğal etməklə ölkəmizə xeyir vermək iqtidarında deyil. Türkiyə bizə qardaş dediyi kimi öz qonşusu Suriyaya da qardaş deyirdi, amma sonradan çirkin niyyəti faş oldu.
Ölkəmiz müstəqillik qazandıqdan sonra, xüsusi ilə Əbülfəz Elçibəyin dövründə pantürkizm xəstəliyi yayılmağa başladı. Sonrakı illərdə türkçülük mifləri zəifləyərək cəmiyyətdəki yerini itirdi. Buna baxmayaraq ölkədə hələdə bu əfsanələrə inanan və kimliyini inkar edərək özünü türk adlandıran həmvətənlərimiz var. Bu problem dərk ediləndir, çünki hakimiyyətin dəstəyi ilə ölkə daxilində efirə verilən türk telekanalları və pantürkistlərin Azərbaycan dilli telekanalları (xəzər tv və s.) əhali arasında təbliğatat aparmaqla məşğuldurlar.
Pantürkistlərin təbliğatının hədəf və məqsədi nədir? Dərin təəssüflə qeyd etmək lazımdır ki, əsas məqsəd Azərbaycan Respublikasını işğal etməkdir. Saytlarda yayılmış bir videoda Türkiyə Silahlı Qüvvlərinin keçmiş baş qərargah rəisi general İlkər Başbuğ bir tədbirdə ən böyük arzusunun Azərbaycanın Türkiyəyə birləşdirilməsi olduğunu dilə gətirir, o tədbirdə iştirak edənlər isə bunu sevinclə qarşılayırlar. Maraqlısı isə tədbir iştirakçılarından bəzilərinin İran və Rusiyanın bu işə imkan verməyəcəklərini dilə gətirmələridir.
İndi bir anlıq təsəvvür edək ki, general Başbuğun dediyi sözləri İran, Rusiya və yaxud başqa bir ölkənin kiçik rütbəli bir hərbiçisi desə idi nə olardı? Və nədənsə Azərbaycan milli məclisi də ölkə müstəqilliyini hədələyən bu pantürkist generala heç bir reaksiya verməmişdir.
Ümumiyyətlə, Türkiyə Azərbaycana nə verə bilər? Türkiyə Azərbaycan Respublikasını işğal etməklə ölkəmizə xeyir vermək iqtidarında deyil. Türkiyə bizə qardaş dediyi kimi öz qonşusu Suriyaya da qardaş deyirdi, amma sonradan çirkin niyyəti faş oldu. İndi Suriya ərazilərinə göz tikdiyi məlum olub və bu məqsədə çatmaq üçün terrorçularla əməkdaşlıq kimi namərdliyə də əl atıb. Bu Türkiyənin mahiyyətidir. Azərbaycana da qardaş deməyi belədir- ölkəmizi işğal edərək neftə yiyələnmək istəyir.
Sonda qeyd edək ki, hərbi və digər texniki vasitələri başqa ölkələrdə istehsal edilən xalqın, Avropada elm və təhsilə aidiyyatı olmayan aşağı səviyyəli işləri görən ölkənin Azərbaycana heç bir faydası ola bilməz.
Araz Rüstəmzadə badkubeh.com
Комментариев нет:
Отправить комментарий