Hazırda Milli Məclisin deputatı olan Fazil Mustafa (Qəzənfəroğlu) vaxtilə bu gün təmsil etdiyi hökumətin qurucusu mərhum Heydər Əliyevi çox ağır ifadələrlə təhqir edib. "Azadlıq" qəzetinin 21 oktyabr 1998-ci ildəki bir buraxılışında o, Azərbaycan prezidenti İlhama Əliyevin atası, mərhum prezident Heydər Əliyevvi müaviyyə ilə müqayisə edib və xalqı bu haqsızlığğa etiraz etməyə çağırıb. Vetenugrunda.az-ın verdiyi xəbərə görə, jurnalist, hüquq müdafiəçisi Cavid Cabbarlının tapıb ortaya çıxardığı bu məqalə yəqin ki, oxuyanları mat qoyacaq. Bəli, yazının müəllifi, deputat Fazil Mustafa Qəzənfəroğlunun hökumətin qurucusunu bu şəkildə təhqir etdikdən sonra deputat seçilərək başa çıxarılmasına və bu günə qədər cəzasız qalmasına hamı mat qalıb. Beləliklə, hazırkı deputat Fazil Mustafanın (Qəzənfəroğlu) 1998-ci ildə qələmə aldığı "Dözənlər və səbr edənlər" yazısını oxucularımıza təqdim edirik.
"Dözənlər və səbr edənlər"
Millətin səsini hayqıracaq insanlar hər zaman tapılacaq. Vacib deyil ki, millət qulaq assın və dərhal hərəkətə keçsin.
Taleyin bəxş etdiyi qəhrəmanlıq anından imtina etmək olmazdı. Vicdanlı vətəndaş Əşrəf Mehdiyev də bu yolu izlədi. Bu metodun nə Qandiyə, nə də başqa birisinə dəxli vardı. Sadəcə normal bir vətəndaş hərəkəti idi.
Əvvəlcə kəfən geydi, yalın əliylə zülmün qalasına yumruğunu silkələdi. Dalınca da hamımızın indiyə qədər xısın-xısın öz aramızda danışdığımız bir həqiqəti üzümüzə söylədi. Yəni qaçacaq yer qoymadı. İndi acı həqiqətlə üz-üzə qalan bir millət var. Artıq "o zaman bilmirdik bizi kimlər idarə edir" bəraətinin işə yarayacağını da düşünməyə dəyməz.
Əşrəf Mehdiyev dedi ki, qos-qoca Azərbaycan türklərini öz məmləkətində millətini gizlədən bir qrup idarə edir. Küçədə görən tanışlar "gördünmü Əşrəf Mehdiyev hakimiyyəti necə ifşa elədi?" deyib, qisas dolu təbəssümlərilə adamın içini yoluxdurmağa çalışırlar. Ancaq əslində ifşa olunan biz idik. Yəni idarə olunan, dözümlü Azərbaycan türklərinin hamısı.
Beş il öncəni yadınıza salın, hər kəsin Elçibəyə birinci ittihamı bu idi ki, "niyə çıxıb televiziyadan xalqa müraciət etmədi?" Gözlə gördüyünüzə, qulaqla eşitdiyinizə inanmadığınız bir yerdə müraciətlə, hayqırtıyla nəyinsə düzələcəyinə inanacaq qədər sadəlöhv deyildi Elçibəy. Bağırdı ki, öz içinizdən, sizdən olanın dəyərini bilin, dinlədinizmi? Üstündən beş il keçəndən sonra dinlədinizmi sizə edilən başqa bir müraciəti? Heysiyyətinizə, milli mənliyinizə toxunan bir şeylər oldumu? Oldusa, o zaman yaxın günlərin dirənişi hər şeyi göstərəcək.
Ancaq başqa-başqa işlərə şahid olduq. Dilindən böhtandan başqa bir şey eşitmədiyimiz Nizami Süleymanov oktyabrın 10-da Quranla çıxdı televiziyaya. Qurana and verdi ki, qalxın ayağa. Çoxlarınız da yəqin ki, qalxdınız. Düşünmədiniz ki, Həzrət Məhəmmədin çatdırdığı Quranın hallalıqdan danışa-danışa H.Əliyevi öz "atası" adlandıran Nizami Süleymanova nə dəxli var? Ondan bir qədər əvvəl Allahşükür Paşazadə əlinə Quran alaraq aclıq və səfalət içində inləyən müsəlmanlara, həm də cəmi Qafqaz müsəlmanlarına Heydər müəllimə səs verməyin şəriətcə caiz olduğunu bəyan etdi.
İmkanı olsaydı, bəlkə də XX əsrdə Heydər Əliyev adında birisinin doğulacağını övliyaların xəbər verdiyinə dair bir əhbar da qoşardı. Sonra da gəlib çıxdıq andiçmə mərasiminə. Orda da H.Əliyev əlini Qurana basaraq bu xalq üçün "canını fəda etdiyini" və daha beş də eyni cür bu "canı fəda etmək" missiyasını davam etdirəcəyinə and içdi. Və andiçmə mərasimində çıxış edərkən xoşuna gələn bir cüməni də təkrar etməyi unutmadı: "Çadırda yaşayan insanlarımız çox dözümlüdürlər".
Beləliklə, hər kəs öz anladığı Quranı məmləkətimizin insanına təqdim etdi. Bir zaman Müaviyyə də Həzrət Əliyə qarşı çıxarkən əsgərlərinə mizraqların ucuna Quran ayələri yazılmış vərəqələri keçirməyi əmr etmişdi. Və Həzrət Əlinin adamları Quran ayələriylə gələn qoşunla döyüşmək istəməmişdilər. O halda Məhəmmədin Quranından başqa bir qüdrət tanımayan Həzrət Əli bu müqəddəs kitabın yazıldığı vərəqlərə onun ruhundan daha çox üstünlük verən tərəfdarlarının hesabına sonralar məğlubiyyətinə səbəb olacaq danışıqlara getməli olmuşdu.
İndi hamı əlini Qurana basaraq üstümüzə gəlir. Böhtançılar, saxtakarlar, satqınlar, el malını yeyənlər və daha kimlər. Dözümlü xalq epitetini qulağımıza çırpırlar. Bir şeyi də deyək ki, bu dözümlü xalq təkcə çadırlarda yaşayanlardan ibarət deyil. Bu dözümlü deyilən kütlə hamımızıq, zülmə dirəniş göstərməyən bədənlərin hamısı.
Əşrəf Mehdiyevin göz yaşardan çağırışından söz açdıq. Dözməyə aludə olmuş insanlarımızın hisslərini tərpədəcək səmimi bir monoloq söylədi. Bu monoloqa içi titrəməyənlər heç olmasa müqəddəs Quranı dinləsinlər. Orada insanlar üçün dözməyə çağırış yoxdur. Ali-İmran surəsində (200) "Ey iman edənlər! səbr edin" deyiləndə, Allah iman sahiblərinə, yəni Allahın qullarına səbr etməyi gərəkli sayır.
Dözüm isə kölələr üçün düşünülüb. Səbr hərəkətdir, dirənişə hazırlıqdır. Dözüm isə çöküşdür, çürüməkdir. Bu gün əllərində öz anladıqları Quran üstümüzə gələnlərin hamısı bizi dözümə çağırır. Əşrəf Mehdiyev isə Qurana əl basaraq müraciət etmədi. Ancaq içində Məhəmmədin təbliğ etdiyi Quranı gətirdi. Bütün iman sahiblərinə müraciət elədi. Həm də kimliyi şübhəli olanların idarə etdiyi bu məmləkətin sahiblərinə.
Axşamtərəfi aclıqla azadlığımızın meydanında fişəng qəlpələri doldurulurdu.
"Azadlıq" qəzeti, 21 oktyabr 1998"
Комментариев нет:
Отправить комментарий