23.04.2017

Zamiq Səfai - Əlindən

Bu şeiri ustadım şair İlqar Bizəbana həsr edirəm. Yüz yaşayasan, əziz ustad...

Aldıqca meyi dəhrdə dildarın əlindən,
Bəh-bəh, nə gözəldir, öpəsən yarın əlindən.

Çox dəmləri əfsus verib badə itirdik,
Sarsıntıya salmış bizi qəddarın əlindən.

Var isə xətamız, yəqin açmaz, ümid var,
Ə`malımıza nur düşə Səttarın əlindən.

Gər istəməsək də bu cahanın acı seyrin,
Seyr etmədəyik nakəsin, əğyarın əlindən.

Ey dost, neçə naz-nemətə çatdıqsa fənadır,
Rəhm etsə bəqa, allıq O Qəffarın əlindən.

Kor tutduğunun fərqinə varma, bu fənadə,
Can təngə gələr bir belə israrın əlindən.

Zahirdə susur,nəhrdi batində, Səfai,
Cəhd eylə, cam al, Bizəban İlqarın əlindən.

Комментариев нет:

Отправить комментарий